Cəmiyyət 

Sabah Vardanyana hökm oxunacaq

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası fevralın 17-də davam etdiriləcək. Bu barədə Musavat.com-a Bakı Hərbi Məhkəməsindən məlumat verilib. Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110…

Read More
Cəmiyyət 

Azərbaycanda İİV-ə yoluxma sayı azalıb

2026-ci ilin yanvar ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 1(0,01%) nəfəri inyekson narkotik istifadəçisi olub. “İki sahil” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun bu ilin yanvar ayı üzrə hesabatında qeyd olunub. Məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində…

Read More
Cəmiyyət 

DYP-dən piyadalara XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin ən müdafiəsiz iştirakçısı kimi piyadalara müraciət edərək bildirib ki, ictimai nəqliyyatı minik meydançalarında, avtobus dayanacaqlarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləsinlər. Bu barədə BDYPİ-dən bildirilib. “Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir. Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir. Dəyərli piyadalar! Baş Dövlət Yol Polisi İdarəsi bir…

Read More
Cəmiyyət 

İftarın sevimlisi xurma təhlükəlidir – Həkim açıqladı

Artıq bir neçə gün sonra Ramazan ayı başlayır və ölkədə iftar süfrələrinin ən sevimli simvollarından biri yenə də xurmadır. Marketlərin vitrini şirin, tünd qəhvəyi xurmalarla dolub, ailələr iftarlarda süfrəni bu ənənəvi meyvə ilə açmaq üçün qutu-qutu alırlar. Amma mütəxəssislər vurğulayırlar ki, hər kəs üçün xurma eyni dərəcədə faydalı deyil, bəzi qruplar üçün hətta zərərli də ola bilər. Ölkə.az xəbər verir ki, Ramazan zamanı xurmanın əsas cəlbedici xüsusiyyəti onun tez enerji verməsidir. Tərkibində olan təbii şəkərlər, qlükoza, fruktoza və saxaroza orucdan çıxan bədənin enerjisini sürətlə bərpa etməyə kömək edir. Xurmanın lif,…

Read More
Cəmiyyət 

Sevginin yaşı yoxdur – VİDEO

Bir neçə gün öncə qırmızı “Jiquli”dəki səmimi görüntüləri ilə gündəm olan ahıl cütlük müsahibə verib. Bayram baba və Maral nənə Cəlilabadda yaşayırlar. Xanımı böyrək çatışmazlığından əziyyət çəkdiyi üçün, 67 yaşlı Bayram kişi tez-tez onu müayinə üçün həmin maşınla xəstəxanaya aparır. Görüntülər də növbəti belə səfərlərdən birində lentə alınıb. Maraqlısı isə budur ki, Bayram Şıxəliyev 19 yaşında müəllim işlədiyi məktəbdə tanıyıb həyat yoldaşını. Maral nənənin isə o zamanlar 15 yaşı olub. Cütlük 45 ildir ki, ailəlidir.

Read More
Cəmiyyət 

QMİ-dən Həcc ziyarətinə hazırlaşanlara XƏBƏRDARLIQ

“2026-cı il üzrə Həcc mövsümü üçün sənəd qəbulunun müddəti uzadılıb”. Musavat.com bildirir ki, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. “Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb. Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq”, – deyə o bildirib. Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini…

Read More
Cəmiyyət 

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: Bahar havası bitir, leysan, QAR gəlir – Tarix açıqlandı

Qütb soyuqları və intensiv yağıntılardan sonra Türkiyədə Liviya üzərindən gələn hava kütləsinin təsiri sayəsində yaz havası yaşanır. Musavat.com-un xəbərinə görə, xüsusilə Türkiyənin qərb bölgələrində temperatur mövsüm normasını xeyli üstələyib. İstanbul və Ankarada 20 dərəcə isti var, Sakarya, Kocaeli və Bursa ətrafında isə temperatur 25 dərəcəyədək yüksəlib. Egey və Aralıq dənizi sahillərində temperatur 22–23 dərəcə təşkil edir. Buna baxmayaraq, fevralın 17-dən etibarən leysan yağışlar və sərin hava yenidən üstünlük təşkil edəcək. Egey, Mərmərə və Qərbi Aralıq dənizi bölgələrində, eləcə də Qara dənizin daxili hissələri və Mərkəzi Anadolunun şimal-qərbində qısamüddətli güclü fırtına…

Read More
Cəmiyyət 

Sürücülərə xəbərdarlıq: Yola düşməzdən əvvəl…

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şənbə və bazar günləri şəhərlərarası yollarda nəqliyyat axınını nəzərə alaraq sürücülərə səfər öncəsi təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirməyi tövsiyə edib. Musavat.com xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Qeyd olunub ki, yola düşməzdən əvvəl avtomobilin texniki vəziyyətini yoxlamaq vacibdir. Əyləc sistemi, sükan idarəetməsi, təkərlərin vəziyyəti və işıqlandırma qurğularının sazlığı səfərin təhlükəsiz keçməsində əsas rol oynayır. “Hərəkət zamanı sürət həddini yol şəraitinə uyğun seçmək, öndə gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini qorumaq və yalnız icazə verilən yerlərdə ötmə əməliyyatı aparmaq yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək…

Read More