Cəmiyyət 

Jurnalistika təkcə peşə deyil, vicdan və sevgi işidir

Bəzi insanlar həyatın qısa olduğunu, bu fani dünyadan rəhmətdən, təmiz addan başqa heç nə apara bilməyəcəklərini unudurlar. Elə adamlar var ki, bütün enerjilərini başqasının qazancını saymağa, kiminsə irəli getməsinin qarşısını almağa sərf edirlər. Bu qəbildən olanlar kiminsə bir az irəli getdiyini görsələr, nə yolla olursa-olsun onun yolunun üstündə “qaratikan kolu” olmağa hazırdırlar. Halbuki həmin vaxtı öz inkişaflarına, hansısa peşəyə sərf etsəydilər, bu gün özləri də nəyəsə sahib ola, uğur qazana bilərdilər. Mənim jurnalistikaya gəlişim tam təsadüfi olub. Uşaqlıqdan şeir yazırdım, indi də gündəmdə baş verən hadisələri izləyib mövzu işləyə bilirəm,…

Read More
Cəmiyyət 

Su böhranı… – Hansı çıxış yolları var?

Ekoloqların hesablamalarına görə, bu gün dünyada təxminən 2,2 milyard nəfər insanın təmiz içməli suya çıxışı yoxdur.  Hətta iddia olunur ki, 2045-ci ilədək suya tələbat təxminən 40 faizdən çox artacaqdır ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər. Hazırda iqlim dəyişikliyi nəticəsində quraqlığın artdığı və 1,4 milyarddan çox insanın bu fəsaddan əziyyət çəkdiyi bildirilir. Məlumdur ki, planetin bir parçası olaraq ölkəmizdə də bu problem mövcuddur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15…

Read More
Cəmiyyət 

Sağlam gələcək naminə…

Narkotiklərlə mübarizədə polisin rolu Bu gün qlobal miqyasda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsində artım dinamikası müşahidə edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2030-cu ilə qədər narkotik istifadəçilərinin sayının əlavə 11 faiz artmasına dair proqnozları da dünya miqyasında narkotik istifadəsinin ciddi bir problem olaraq qaldığını göstərir. Ona görə də təhdidlərə münasibətdə həm beynəlxalq, həm də yerli səviyyədə əlaqələndirilmiş mübarizə tədbirlərinin görülməsi zərurətə çevrilir. Beynəlxalq əməkdaşlıqda yeni mərhələ Transmilli mütəşəkkil cinayətkar qrupların müxtəlif ölkələri “narkotik yuvası”na çevirmək və bununla da “qara bazar”ların sayını artırmaqla…

Read More
Cəmiyyət 

Doğma torpaqlara qayıdış davam edir

Zəngilan rayonunun Məmmədbəyli kəndinə 26 ailə-142 nəfər köçürülüb Qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyytalara başlayaraq Zəngilan şəhərini, rayonun 4 qəsəbəsini və 49 kəndini işğaldan azad etdi. Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza müraciətində bəyan etdi. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaltdı. 2023-cü il iyulun 31-də isə dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi hər il Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Zəngilanın…

Read More
Cəmiyyət 

Ucqar kənd məktəblərinin bağlanmasına ETİRAZ

İlqar Orucov: “Kənd uşağının təhsil almaq haqqı bərabər şəkildə təmin edilməlidir” Azərbaycanda azşagirdli məktəblərin distant təhsilə keçirilməsi ilə bağlı səslənən fikirlər sosial şəbəkələrdə geniş narazılıq doğurub. İstifadəçilər bu qərarın təhsilin keyfiyyətinə, uşaqların sosial inkişafına və kəndlərin boşalmasına səbəb ola biləcəyini bildirirlər. Bu mövzuda sosial şəbəkədə başlanmış müzakirələrdə iştirak edən Firuzə Əliyeva hesab edir ki, yalnız müəllimi olmayan bəzi fənlər distant tədris oluna bilər, bütün məktəbin onlayn formata keçməsi isə dünya təcrübəsinə uyğun deyil və maliyyə qənaətinə hesablanıb. Onun sözlərinə görə, bu addım ailələri kənddən köçməyə məcbur edə, uşaqları isə uzun…

Read More
Cəmiyyət 

Kəlbəcərdə kvadratı 1700 manata mənzillər satılır

Kəlbəcər şəhərində satış məqsədilə yeni çoxmərtəbəli binaların inşasına başlanıb. Mənzillər artıq satışa da çıxarılıb. Kompleksin daxilində 6 yaşayış binası və ümumilikdə 9 blok mövcud olacaq. Qiymətlərə gəldikdə isə təmirsiz mənzilin 1 kvadrat metri 1700 manata satılır. Təmirli mənzilin 1 kvadrat metri 2100, divarları ağardılmış (white box) isə 1800 manatdır./Milli.az/

Read More
Cəmiyyət 

“WhatsApp” pullu olacaq?

WhatsApp”ın status və kanallar bölmələrindəki reklamları sınaqdan keçirdikdən sonra Meta indi bu reklamları silmək üçün yeni bir yol sınayır. “İki sahil” xəbər verir ki, tətbiqin kodlaşmasında aparılan araşdırma zamanı məlum olub ki, şirkət reklamsız təcrübə üçün pullu abunə modeli hazırlayır. “WhatsApp” versiyasının 2.26.3.9 kodunda aşkar edilən mətn sətirləri reklamsız abunə planının mövcudluğunu açıq şəkildə təsdiqləyir. Bu yeni sistemlə istifadəçilər sabit aylıq ödəniş ödəməklə tətbiq daxilindəki reklamları tamamilə deaktiv edə biləcəklər.

Read More
Cəmiyyət 

Bir çay paketini neçə dəfə dəmləmək olar?

İsti su ilə ilk təmas çay yarpaqlarının bioloji aktiv maddələrinin, o cümlədən polifenollar, kofein və efir yağlarının 70-80%-ni çıxarır. İkinci və sonrakı dəmləmələrdə isə yalnız minimal faydaları olan ətirli su ilə içmək mümkündür. Çünki aktiv maddələrin əksəriyyəti artıq birinci fincana hopub. Publika.az xəbə verir ki, bu barədə Gazeta.ru-ya Rusiya Dövlət Texniki Universiteti MIREA-nın Biotexnologiya və Sənaye Farmasiyası kafedrasının dosenti, farmakologiya üzrə fəlsəfə namizədi Mariya Zolotareva məlumat verib. “İlk dəmləmədən sonra nəm mühit mezofil aerob və fakultativ anaerob mikroorqanizmlərin çoxalması üçün ideal şərait yaradır. Otaq temperaturunda bir neçə saat ərzində çay paketinin…

Read More
Cəmiyyət 

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

  Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub. “İki sahil” xəbər verir ki, bu il ilk çərşənbə – Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək. Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir. Ötən il Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf etmişdi. Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək. Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.

Read More