Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Sağlam gələcək naminə…

By Vüsal Rafiqoğlu
30.01.2026 3 Min Read

Narkotiklərlə mübarizədə polisin rolu

Bu gün qlobal miqyasda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsində artım dinamikası müşahidə edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2030-cu ilə qədər narkotik istifadəçilərinin sayının əlavə 11 faiz artmasına dair proqnozları da dünya miqyasında narkotik istifadəsinin ciddi bir problem olaraq qaldığını göstərir. Ona görə də təhdidlərə münasibətdə həm beynəlxalq, həm də yerli səviyyədə əlaqələndirilmiş mübarizə tədbirlərinin görülməsi zərurətə çevrilir.

Beynəlxalq əməkdaşlıqda yeni mərhələ

Transmilli mütəşəkkil cinayətkar qrupların müxtəlif ölkələri “narkotik yuvası”na çevirmək və bununla da “qara bazar”ların sayını artırmaqla əlavə gəlir qazanmaq cəhdləri “ağ ölüm” adlandırılan narkotiklərlə mübarizədə birgə səylər göstərilməsini vacib edir. Onların ən müxtəlif və ən ağılasığmaz yollarla ölkəmizi də narkotik daşınmasında rahat güzargaha çevirmək cəhdlərinə qarşı hüquq mühafizə, daha dəqiq desək, daxili işlər orqanları prinsipial mübarizəsini 2025-ci ildə də davam etdirib. Daxili İşlər Nazirliyi (DİN) tərəfindən beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Mərkəzi Asiya Regional İnformasiya Əlaqələndirmə Mərkəzi, POMPIDOU, GUAM və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq davam etdirilib, əməkdaşlar müxtəlif təşkilatların, eləcə də ayrı-ayrı dövlətlərin təşəbbüsü ilə videokonfrans və fiziki formatda keçirilən seminar və iclaslarda iştirak edib, qarşılıqlı informasiya və təcrübə mübadiləsi aparılıb.

Azərbaycan polisi qətiyyətli və israrlıdır…

Əhalinin genofonduna böyük zərbə kimi qəbul edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı Daxili İşlər Nazirliyinin ayrı-ayrı baş idarə, idarə, şöbə və bölmələrinin əməkdaşları tərəfindən koordinasiyalı şəkildə mübarizə tədbirləri həyata keçirilib, cari ildə əməliyyat-axtarış fəaliyyətinin miqyası və effektivliyi əhəmiyyətli dərəcədə artırılıb. Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 7.564 faktı üzrə 5 ton 675 kiloqram müxtəlif tərkibli narkotik vasitə və 126 kiloqram psixotrop maddə aşkarlanaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 198 nəfərdən ibarət 88 cinayətkar qrup zərərsizləşdirilib. Sözügedən cinayətkar qruplar tərəfindən törədilmiş 283 fakt üzrə məsuliyyətə cəlb edilmiş şəxslərdən çəkisi 2 ton 643 kq narkotik vasitə və 76 kq psixotrop maddə götürülüb. Xüsusilə də son dövrlər narkotacirlər öz çirkin niyyətlərini ənənəvi üsullarla yanaşı, müasir vasitələrdən istifadə etməklə də həyata keçirməyə çalışırlar. Yəni, narkotiklərin təmassız, sosial şəbəkələr üzərindən onlayn qaydada satışını təşkil etməyə cəhd göstərirlər. Bu cəhdlərə qarşı da polis əməkdaşları tərəfindən müasir üsul və metodlardan istifadə edilməklə adekvat mübarizə aparılır, əməliyyat-texniki tədbirlərlə həmin səhifələr aşkarlanaraq bağlanılması təmin olunur. Eləcə də həmin səhifələr üzərindən satışla məşğul olan və kuryerliyə cəlb edilən şəxslər ifşa olunaraq barələrində məsuliyyət tədbirləri görülür. Bunun nəticəsidir ki, 2025-ci ildə narkotiklərin xarici ölkələrdən idarə olunan sosial şəbəkə profilləri vasitəsilə, eləcə də mobil tətbiqlər üzərindən onlayn satışı hallarının qarşısının alınması istiqamətində 586 fakt üzrə 2 ton 824 kq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Şübhəsiz ki, insanların sağlamlığına zərər vuran külli miqdarda narkotik vasitənin polisin qətiyyətli və israrlı yanaşması sayəsində aşkar edilərək qanunsuz dövriyyədən çıxarılması bir daha cinayət əməlinə görə cəza mexanizminin işlək olduğunu, qanunların aliliyinin qorunduğunu göstərir.

Polis-vətəndaş birliyi mübarizənin effektivliyini artırır…

Bu gün mübarizə tədbirləri yalnız narkotik vasitələrin qanunsuz realizəsində iştirak edənlərin ədalət mühakiməsinə cəlb olunması ilə yekunlaşmır. Daxili İşlər Nazirliyi ölkədə narkotiklərə olan tələbatı azaltmaq, antinarkotik təbliğatını daha da dərinləşdirmək, cəmiyyətimizdə, xüsusilə də gənclərdə immunitet formalaşdırmaq kimi həyativacib hədəfləri əməliyyat-axtarış fəaliyyəti ilə paralel şəkildə həyata keçirir. Bu baxımdan aidiyyəti dövlət orqanları və ictimai təşkilatlarla əlaqəli şəkildə əhali arasında aparılan maarifləndirmə işləri daha aktiv fazada icra olunur. Ərazi polis orqanları təhsil müəssisələrində maarifləndirici görüşlər keçirməklə narkotik vasitələrin insan orqaniziminə zərərləri barədə ətraflı məlumatlar verir, yeniyetmələr və gəncləri narkotikdən istifadənin həm sağlamlıq, həm də ağır hüquqi nəticələri barədə xəbərdar edirlər.

Ötən il respublika üzrə əksəriyyətində rayon polis rəislərinin də iştirakı etdiyi  iki minə yaxın belə maarifləndirmə tədbiri təşkil olunaraq keçirilib. Daxili İşlər Nazirliyinin, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki rəsmi səhifələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı cəmiyyətlə birgə mübarizənin zəruri olduğunu əks etdirən, narkotiklərin insan sağlamlığına, mənəvi və fiziki inkişafına vurduğu zərərlər, törətdiyi təhlükələr barədə gündəlik məlumatlar paylaşılıb. Hazırlanmış sosial reklamların paytaxt və bölgələrdə kütləvi nümayiş etdirilməsi mümkün olan yerlərdə yayımlanması təmin edilib. 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar ictimai maarifləndirmə istiqamətində görülən işlərin effektivliyini artırmaq məqsədi ilə “Özünü qoru, narkotikə hədəf olma” adlı yeni şüarın elektron informasiya terminalları vasitəsilə nümayişi həyata keçirilib. Bütün bunlar hazırda da polisin mübarizəsinin “maarifləndirmə cəbhəsini” təşkil edir.

Göründüyü kimi, bütün cəbhələrdə bəşəri təhdidin qarşısına sədd çəkmək üçün fasiləsiz xidmət aparılır. Lakin “ağ ölüm”ə qalib gəlmək üçün vətəndaşların da polisə dəstək olması, bu zəruri prosesdə daha yaxından iştirakı, hər bir kəsin birbaşa antinarkotik təbliğatçısına çevrilməsi bütün dövrlər üçün aktualdır və 21-ci əsrin ən ağrılı problemlərindən olan narkomaniyaya qalib gəlməyin əsas düsturu sayıla bilər.

Cəsarət Qənbərli,
DİN Mətbuat Xidmətinin əməkdaşı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Doğma torpaqlara qayıdış davam edir

Next

Su böhranı… – Hansı çıxış yolları var?

Xəbər lenti

  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026
  • Yeni rütbə alan diplomatlarımız kimlərdir? – DOSYE 08.07.2026
  • Metroda “Qarabağ”a görə iş rejimi dəyişir 08.07.2026
  • “Hər şey yaxşı olsa, keçid baş tutacaq” 08.07.2026
  • Quru Qoşunlarında əməliyyat təlimi keçirilir 08.07.2026
  • Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv