Cəmiyyət 

Yeni Amnistiya aktı: Dövlət başçısının növbəti humanist təşəbbüsü

Politoloq: Amnistiya aktının hüquqi və mənəvi təsirləri cəmiyyətin birliyini və dövlətə inamı daha da gücləndirəcək Azərbaycan Respublikasında növbəti Amnistiya aktının elan olunması haqqında qərarın qəbul edilməsi ölkənin hüquqi və ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən bu qərar dövlətin humanizm prinsiplərinə sadiqliyini, hüquqi islahatların davamlı xarakter daşıdığını və cəza siyasətində balanslı yanaşmanın tətbiq olunduğunu göstərir. Qeyd olunmalıdır ki, Amnistiya aktı Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyi, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunduğu yeni…

Read More
Cəmiyyət 

Alça gül açdı, nənəli…

  Vaxt vardı bu misralar cənub bölgəsində çayı yığımı zamanı qızların dilindən düşməzdi. İndi isə cənub mirvarisi Lənkəranda yaz-yay mövsümündə bar verən alça ağacın ikinci dəfə açdığı çiçəklər məhsula düşüb. Artıq alçalar yeməlidir. Bu nadir təbiət hadisəsi istər-istəməz adamın marağına səbəb olur. Təbiət gözəlliyinə daha bir ahəng qatan ağac Lənkəranın Şağlaser kəndində 79 yaşlı Pənci Ağayevin həyətyanı sahəsində bitir. On yaşlı ağac bu il ikinci dəfə məhsul verməsi ilə ev sahibini təbiətin yaratdığı möcüzəyə heyran qoyub. Marağımı görən Pənci kişi dedi:- Ağacın bol barına həmişə sevinmişəm. Amma onun qış fəslində…

Read More
Cəmiyyət 

Ağdərəyə ilk qar yağdı – FOTO, VİDEO

Ağdərə rayonuna mövsümün ilk qarı yağıb.Qısa vaxt ərzində ərazi ağ örtüyə bürünüb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com- a verilən məlumata görə, yağan qar hərəkətə və gündəlik fəaliyyətə hər hansı çətinlik yaratmayıb. Avtomobil yolları açıqdır, nəqliyyatın normal hərəkəti təmin olunur. Mövcud hava şəraiti ilə əlaqədar aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.   Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Leyla Əliyeva və Alena Əliyeva mükafatlandırma mərasimində iştirak ediblərFOTO

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasimi keçirilib. Musavat.com xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Əvvəlcə festival barədə məlumat verilib. Bildirilib ki, 2023-cü ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub yaşadılması və dövlətinə, vətəninə bağlı gəncliyin yetişdirilməsidir. Layihə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi…

Read More
Cəmiyyət 

Kəlbəcərli həyatın ilk qar sevinci-FOTOLAR

Kəlbəcər rayonuna qar yağması yeni qurulan Kəlbəcər şəhərinə bir neçə ay öncə köçmüş uşaqları daha çox sevindirib. Musavat.com xəbər verir ki, Yeni il bayramını doğma yurdlarında ilk dəfə qarşılamağa hazırlaşan uşaqlar üçün qar sanki bir hədiyyə olub. Balaca kəlbəcərlilər əyləncənin dadını çıxarırlar. Bu, onların Kəlbəcərli həyatında ilk qış və ilk qardır. Həm də buna görə əlamətdarlğı ilə seçilir.   Musavat.com

Read More
Cəmiyyət 

Edinburq deyil, Kəlbəcərdir – VİDEO

Hazırda Kəlbəcərdə qarlı hava şəraiti hökm sürür. Publika.az xəbər verir ki, Yeni ilə sayılı günlər qalmış nağıla bənzəyən Kəlbəcər heç də Avropa şəhərlərindən geri qalmır. Görüntülərə baxanda bir anlıq Edinburqda olduğunuzu düşünə bilərsiniz, amma bura işğaldan azad edilən doğma Kəlbəcərdir: (“Qafqazinfo”)

Read More
Cəmiyyət 

Sağlam qida, yoxsa?..

Mütəxəssislər “sağlam qida” kimi təqdim edilən, lakin əslində yüksək şəkər və kalori tərkibinə malik olan qəlyanaltı batonlarının istehlakçıları yanlış yönləndirdiyi barədə xəbərdarlıq edirlər. London Kraliça Meri Universitetinin (QMUL) nəzdində fəaliyyət göstərən Duz və Şəkər üzrə Fəaliyyət Mərkəzinin araşdırmasına əsasən, Böyük Britaniyada 10 supermarketdə satışda olan 450-dən çox qəlyanaltı batonunun qida tərkibi təhlil edilib. Nəticələr göstərib ki, məhsulların 37 faizi yüksək şəkər, 55 faizi isə yüksək doymuş yağ tərkibi ehtiva edir. Təhlilə görə, “sağlam seçim” adı ilə satılan batonların 64 faizi əslində sağlam qidalanma meyarlarına cavab verməyən məhsullar kateqoriyasına daxildir. Araşdırmada…

Read More
Cəmiyyət 

Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək. Musavat.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə alınaraq təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib. Qeyri-iş günlərində də sərnişindaşıma fəaliyyətini qanunvericiliyin…

Read More
Cəmiyyət 

Bəzi yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Dekabrın 26-da gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Read More
Cəmiyyət 

Firad Əliyev təltif olundu – FOTO

Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev Medianın İnkişafı Agentliyi tərəfindən təltif olunub. Musavat.com xəbər verir ki, o, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə mükafatlandırılıb. Xatırladaq ki, baş ədliyyə müşaviri Firad Əliyev əvvəl Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. Bir müddət əvvəl daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Hərbi Prokurorluq arasında ictimai əlaqələrin təmin edilməsində və informasiya əməkdaşlığı fəaliyyətində fərqləndiyinə görə baş ədliyyə müşaviri Firad Əliyevi “Daxili Qoşunlar…

Read More