Cəbhədən Xəbər 

Ermənistan qüvvələrinə məxsus zirehli döyüş texnikasının məhv edilməsinin görüntüləri yayılıb – VİDEO

Müdafiə Nazirliyinin komando heyətinin irəliləməsinin qarşısını alan 1-259 nömrəli düşmən postuna artilleriya zərbələrinə düzəlişlər edilməklə köməklik göstərilib və dislokasiya ərazisinə çıxan 1 ədəd zirehli döyüş texnikası məhv edilib. “Report” həmin görüntüləri təqdim edir:

Read More
Cəbhədən Xəbər 

MN: “Bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribatdır”

“Bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır”. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. “Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı ve sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir”, – A.Eyvazov bildirib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN Qarabağdakı erməni silahlılarını silahı yerə qoyaraq təslim olmağa çağırıb

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq”. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. “Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyen onlara yaxın durmamağı ve hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgüclendirici ve digər texniki vasitələrlə çatdırılır”, – o vurğulayıb.

Read More
Cəbhədən Xəbər 

Ordumuz mülki şəxslərə zərər verməmək üçün ermənilərin hərbi texnikasının məhv edilməsini təxirə salıb – VİDEO

“Azərbaycan Ordusu mülki şəxslərə zərər verməmək üçün ermənilərin hərbi texnikasının məhv edilməsini təxirə salıb”. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. Bununla da bir daha sübut olunur ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır.  

Read More
Cəbhədən Xəbər 

MN: “60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib”

“Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçib”. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. “Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dək minaatan, 2 ədəd zenit-raket qurğusu, 2 ədəd “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib”, – deyə A.Eyvazov qeyd edib.

Read More
Cəbhədən Xəbər 

Anar Eyvazov: “Hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir”

“Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərinə cəlb olunan Silahlı Qüvvələrimizin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir”. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. O, bildirib ki, onlar bütün növ təminatla təmin edilib.

Read More
Cəbhədən Xəbər 

Hərbi attaşelər lokal xarakterli antiterror tədbirləri barədə məlumatlandırılıblar – FOTO

Sentyabrın 19-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib. Nazirlikdən verilən məlumata görə, brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib. Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların…

Read More