Cəbhədən Xəbər 

Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinə münasibət bildirib

“Hazırda Ermənistanın sərhədlərində sakitlikdir, Ermənistan münaqişədə iştirak etmir. Qeyd etmək istəyirəm ki, Ermənistan Qarabağdakı hərbi münaqişəyə cəlb olunmayıb. Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan televiziya vasitəsilə canlı yayımda çıxış edərkən deyib. Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə antiterror tədbirləri çərçivəsində yalnız qanuni hərbi obyektləri və hərbi infrastruktur…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçilərinin erməni silahlılarına və mülki şəxslərə müraciəti – FOTO

Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyi ərazilərdə Azərbaycan hərbçilərinin erməni silahlılarına və mülki şəxslərə müraciəti yayılıb. Çağırışda ilk növbədə yaraqlılardan silahlarını yerə qoyub təslim olmaq tələb edilir: “Mənasız müqavimət göstərməyin. Həyatınızı qoruyun! Silahlı müqavimət göstərdiyiniz halda məhv ediləcəksiniz. Özünüzü və ailənizi düşünün.” Müraciətdə qeyd olunub ki, təslim olanlarla və ailələri ilə Beynəlxalq Humanitar Hüquq normalarına uyğun davranılacaq. “Sizin hüquqlarınız qorunacaq, su və ərzaqla təmin olunacaqsınız. Sizə tibbi yardım göstəriləcək. Təslim olmaq sizin sağ qalmağınız və yaşamağınız üçün fürsətdir!” Mülki əhaliyə müraciətdə isə onların və ailələrinin separatçıların çirkin siyasi oyunlarının…

Read More
Cəbhədən Xəbər 

Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə daha bir çağırış – VİDEO

“Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində qeyri-qanuni silahlı dəstələrin üzvlərinin silahsızlaşdırılması üzrə tədbirlər həyata keçirdir. Bu tədbirlərdə məqsəd rejimin 30 illik qarətinə son qoymaq, həmçinin orada yaşayan insanlara, azadlıq, sülh və ədalət gətirməkdir”. Bu barədə Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə daha bir çağırışda bildirilirb. “Əmin olun ki, həyatınız Azərbaycan üçün dəyərlidir”, – deyə çağırışda əlavə olunub və buna görə tədbirlərin həyata keçirildiyi müddətdə hərbi hissələrdən, hərbi texnika obyektlərindən və qeyri-qanuni rejimin fəaliyyətinin həyata keçirildiyi inzibati binalardan uzaq durmaq istənilib. Ətraflı süjetdə:  

Read More
Cəbhədən Xəbər 

TƏCİLİ: Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı!

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan…

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələri artilleriya qurğularından mövqelərimizi atəşə tutur

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Ordumuzun arsenalında olan yüksəkdəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Read More