Cəbhədən Xəbər 

Separatçıların Xankəndi-Xocalı yolu üstündəki “Tor” ZRK-sı məhv edilib – VİDEO

Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş “Tor” zenit-raket kompleksinin (ZRK) vurulması anının görüntüləri yayılıb. “Caliber” “Telegram” kanalının məlumatına görə, Xankəndi-Xocalı yolu yanında yerləşdirilmiş “Tor” ZRK-sı məhv edilib. Xatırladaq ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələrinin “Mortira” RMS-in məhvedilmə GÖRÜNTÜLƏRİ – VİDEO

Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş “Mortira” radioelektron mübarizə stansiyası (RMS) məhv edilib. Bu barədə kadrları “Caliber” “Telegram” kanalı yayıb. Qeyd olunub ki, Aşağı Otaraq kəndində (Ağdərə istiqamətində) yerləşdirilmiş stansiya məhv edilib.

Read More
Cəbhədən Xəbər 

Kərkicahan-Xəlfəli yolunda separatçıların iki postu məhv edildi – YENİLƏNİB + VİDEO

Kərkicahan-Xəlfəli yolunda Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinə məxsus daha bir post Azərbaycan Ordusu tərəfindən məhv edilib. Görüntüləri “Caliber” “Telegram” kanalı yayıb.   14:21 Kərkicahan-Xəlfəli yolunda Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələrinə məxsus post Azərbaycan Ordusu tərəfindən məhv edilib. Həmin görüntüləri təqdim edirik. Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.  

Read More
Cəbhədən Xəbər 

MN: Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır. Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat…

Read More
Cəbhədən Xəbər 

Xankəndidəki separatçılar mülki obyektlərdə gizləniblər

Qarabağdakı separatçıların başçıları Xankəndidəki xəstəxanalardan birinə sığınıblar. Bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb. Görünür, Azərbaycan Ordusunun mülki obyektləri hədəf almadığını çox yaxşı bilən Qarabağdakı cinayətkar qruplaşmanın üzvləri bununla öz varlıqlarını qorumağa cəhd edirlər. Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi və Azərbaycan Xarici işlər Nazirliyi Qarabağın erməni sakinlərinə müraciət ediblər. Həmən müraciətdə qeyd olunur ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, general-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb. Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Read More