Cəbhədən Xəbər 

Yenilməz ordumuzun müsəlləh əsgəri

Düşməni döyüş meydanında diz çökdürməyə, canı, qanı bahasına dövlətini, onun suverenliyini, ərazi bütövlüyünü qorumağa hər an hazırdır! Ordu dövlətin qüdrətini şərtləndirən amillər sırasında ən böyük rola malikdir. Dövlət müstəqilliyinin qorunması bilavasitə ordunun gücündən asılıdır. İkinci Qarabağ müharibəsində hünər, rəşadət göstərən Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında yer almaqla ölkəmizin qüdrətini daha da artırıb.  Bu gün Milli Ordumuzun peşəkarlığından, gücündən və qüdrətindən qürur hissi duyuruq. Ordumuz güvənc yerimiz olmaqla Vətənimizi yağılardan qorumağa hər an hazırdır. Müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas amalını doğma torpaqlarımızın-Qarabağın işğaldan…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 13-ü saat 21:35-dən sentyabrın 14-ü saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı və Tovuzqala rayonunun Mosesqex yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, sentyabrın 14-ü saat 00:05 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Kəlbəcərdə erməni kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb

Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb. Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.

Read More
Cəbhədən Xəbər 

Hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olublar

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! Faktla bağlı araşdırma aparılır.

Read More
Cəbhədən Xəbər 

Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi

Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları saxlanılan erməniəsilli şəxslərə baş çəkiblər. Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüşü keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsindən qeyd edilib. Bildirilib ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. “BQXK, həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, – deyə əlavə ediblər.…

Read More
Cəbhədən Xəbər 

Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb

Sentyabrın 13-ü saat 12:20-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçiləri “Barak 8-ER” zenit-raket komplekslərini döyüşə hazır vəziyyətə gətirdilər – FOTO/VİDEO

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Atış çalışmalarında döyüş heyətləri tərəfindən “İldırım 8-ER” (“Barak 8-ER”) ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib. Atışların keçirilməsində əsas diqqət şəxsi heyətin raket əleyhinə müdafiə qabiliyyətli…

Read More
Cəbhədən Xəbər 

MN: Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin bölmələrini atəşə tutmayıb

Sentyabrın 13-ü saat 03:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.   Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən (MN) bildirilib.   “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən əlavə olunub.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, müdafiə naziri qonaqları salamlayaraq, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib. Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb. Öz növbəsində, Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov səmimi qəbula…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və təminatla bağlı məlumat yaydı – VİDEO

Azərbaycan Ordusunun bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən zəruri tədbirlər davam edir.   Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Qeyd olunub ki, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.   Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçularımıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi…

Read More