Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Naxçıvandakı mövqeləri atəşə tutulub

Sentyabrın 12-si saat 09:45-dən 10:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.   ARANTV.AZ xəbər verir ki, bu barədə MN məlumat yayıb.   “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, MN-in məlumatında deyilir.

Read More
Cəbhədən Xəbər 

Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub – YENİLƏNİB

Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. 16:11 Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab…

Read More
Cəbhədən Xəbər 

Separatçılar Qarabağı tərk edirlər – FOTO

Hərbi xidmətə cəlb olunan separatçılar Qarabağı tərk edirlər. “Trend” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülər “Laçın” sərhəd-keçid məntəqəsində çəkilib. Şəkildə Qarabağdan Ermənistana gedən bir qrup erməni əks olunub. Onların arasında qadın yoxdur. Ehtimal olunur ki, bunlar “tələbə” adı ilə Qarabağdan qaçan separatçılardır.  

Read More
Cəbhədən Xəbər 

Qırıcılarımız səmada: Hərbi pilotların peşəkarlığı artırılır – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması, eləcə də plana uyğun olaraq digər fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub. Qeyd edək ki, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması məqsədilə keçirilən təlimlər davam edir.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyəyə rəsmi səfəri başlayıb – FOTO

Sentyabrın 11-də müdafiə naziri Zakir Həsənovun birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvətilə qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək. Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.  

Read More
Cəbhədən Xəbər 

Ağdam istiqamətində növbəti təxribatın qarşısı alınıb – VİDEO

Sentyabrın 11-i saat 1 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Read More
Cəbhədən Xəbər 

Qanunsuz erməni silahlıları Ağdam istiqamətində səngərlər qazmağa cəhd göstəriblər

Sentyabrın 11-i saat 01:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.   ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Qeyd edilib ki, Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Laçın rayonundakı mövqeləri atəşə tutulub – VİDEO

Sentyabrın 9-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistan ordusunun mövqelərinin atəşə tutulması yalandır”

Sentyabrın 9-u saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib: “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”.

Read More
Cəbhədən Xəbər 

Füzuli istiqamətində növbəti təxribatın qarşısı alınıb

Sentyabrın 10-u saat 09:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.

Read More