Cəbhədən Xəbər 

Laçında erməni təxribatının qarşısı alındı

Sentyabrın 6-sı saat 12:10-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More
Cəbhədən Xəbər 

Qanunsuz erməni yaraqlılarının fortifikasiya qurğuları quraşdırması cəhdinin qarşısı alınıb

Sentyabrın 5-i saat 19:35 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Pakistana başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Bəlucistan əyalətinin Qvadar şəhərində helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının şəhid olması haqqında məlumat məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib – FOTO

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ramal İsrafil oğlu Tağıyevin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə bağlı məlumat yaydı – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlim toplanışında hərbi vəzifəlilərlə sıra və rabitə hazırlığı məşğələləri təşkil olunur, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları öyrədilir. Toplanışın keçirilməsində əsas diqqət ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsinə, bilik və bacarıqlarının artırılmasına yönəldilib.  

Read More
Cəbhədən Xəbər 

Poliqonlarda hərəkətlilik: Hərbçilərimiz döyüş hazırlığını necə keçirlər? – VİDEO

Yeni tədris dövrünün başlanması ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən yarış və məşqlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq, bölmələr daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzləri və poliqonlara hərəkət edirlər. Yarışların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasıdır.

Read More
Cəbhədən Xəbər 

Bu gündən müddətli müqavilə ilə müəllimlərin növbəti vakansiya seçiminə başlanılır

Bu gün saat 12:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək. ARANTV.AZ xəbər verir ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Təkrar sertifikatlaşdırmadan keçməyərək əmək müqaviləsi ləğv olunan müəllimlər bu il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: Qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır

Sentyabrın 5-i saat 00:05-dən 00:20-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Separatçılardan Qarabağda növbəti TƏXRİBAT – VİDEO

Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən separatçı dəstələrin Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmasına dair yeni görüntülər ortaya çıxıb. Ordu.az-ın yayımladığı həmin görüntüləri təqdim edirik:  

Read More