Cəbhədən Xəbər 

Hərbi qulluqçulara orden və medallar təqdim edilib – FOTO/VİDEO

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi zamanı xüsusilə fərqləndiklərinə görə və Azərbaycan Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təqdim edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimlərdə Azərbaycan sərhədçilərinin istənilən döyüş tapşırığını bundan sonra da şərəflə yerinə yetirəcəklərinə, müqəddəs torpaqlarımızın müdafiəsini və mühafizəsini böyük əzm və…

Read More
Cəbhədən Xəbər 

Rəhman Hacıyev: “QDF-yə ianə olunan minatəmizləmə maşını böyük töhfə verəcək”

“Qarabağ Dirçəliş Fonduna (QDF) ianə olunan minatəmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə böyük töhfə verəcək”. “Report” xəbər verir ki, bunu QDF İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib. O, QDF-nin donor və tərəfdaşları ilə əlaqələrinin günü-gündən inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində fonda pul vəsaiti ilə yanaşı, texniki vasitələrin də ianə edildiyini diqqətə çatdırıb: “Revival P” minatəmizləmə maşınının Laçın şəhəri günündə QDF-yə ianə edilməsi xüsusilə əlamətdar bir hadisədir. İanə olunan minatəmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, bununla da orada…

Read More
Cəbhədən Xəbər 

Xocavənddə mövqelərimizə yaxınlaşmaq istəyən erməni separatçıların təxribatının qarşısı alındı

Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yaydı. Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.

Read More
Cəbhədən Xəbər 

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub – VİDEO

Sentyabrın 2-si saat 21:15-dən sentyabrın 3-ü saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli və Paşalı rayonunun Martiros yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Ermənistan ordusuna məxsus zərbə PUA-sı ələ keçirilib – FOTO/VİDEO

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilir ki, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən PUA xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilərək ələ keçirilib.  

Read More
Cəbhədən Xəbər 

MN: Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması barədə məlumat yalandır

Sentyabrın 2-si saat 16:00-dan 16:10-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə  Azərbaycanın Müdafiə Nazirliyindən (MN) bildirilib. “Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – Müdafə Nazirliyindən qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Ordumuzun bu gün zərərsizləşdirdiyi Ermənistana məxsus PUA-nın istehsalçısı məlum olub – FOTO

Sentyabrın 2-si günorta saatlarında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələri tərəfindən aşkar edilərək, xüsusi vasitələrin tətbiqi ilə hədəfə çatmadan zərərsizləşdirilən Ermənistan silahlı qüvvələrinə məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) istehsalçısı məlum olub. “Report” xəbər verir ki, aparat əsasən müasir kartoqrafik həllər təqdim edən ABŞ şirkəti “Micro Aerial Projects” tərəfindən hazırlanıb. İstehsalçının rəsmi səhifəsində PUA-ların sırf mülki və elmi məqsədlər üçün nəzərdə tutulduğu bildirilir. Bu isə o deməkdir ki, erməni tərəfi sadə və ucuz cihazları alaraq onlara kustar üsulla hazırlanmış hərbi vasitələr əlavə edir. Əlbəttə ki, ermənilərin bu addımı ancaq…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun Ermənistan SQ-yə məxsus PUA-ların idarəetmə stansiyasını məhv etməsinin VİDEOSU – YENİLƏNİB + FOTO

Azərbaycan Müdafiə Nazirliyi Ordumuzun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyasının məhv edilməsinin görüntülərini paylaşıb. Videonu təqdim edirik: 11:33 Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib. Azərbaycan…

Read More