Cəbhədən Xəbər 

Ermənistan ordusu Naxçıvan istiqamətindəki mövqelərimizi atəşə tutub – VİDEO

Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN: Mövqelərimiz minaatanlardan atəşə tutulub

Sentyabrın 2-si saat 11 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib. Azərbaycan MN-dən o da bildirilib ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Eskişehirdə uçuş tədris ilinin açılış mərasimində iştirak edib – VİDEO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə birlikdə Eskişehirdəki 1-ci Baş Reaktiv Baza Komandanlığında 2023-24-cü uçuş tədris ilinin açılış mərasimində iştirak edib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Açılış mərasimində çıxış edən Yaşar Gülər türk ordusunun terrorçulara qarşı uğurlu əməliyyatlar keçirdiyini vurğulayıb: “Ordu eynilə Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa ölkələrdəki qardaş, dost və müttəfiq ölkələrin haqlı işlərinə dəstək verir”.  

Read More
Cəbhədən Xəbər 

“Laçın” sərhəd-buraxılış məntəqəsində ən son vəziyyət – CANLI YAYIM

Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti dəfə erməniəsilli şəxslərin sərbəst keçidi təmin edilir. Baku TV-nin Qarabağa ezam olunmuş hərbi müxbiri Fərdin İsazadənin məlumatına görə, Xankəndiyə doğru hərəkət edən 17 nəfərdən üçü mülki şəxs, qalan 14-ü isə BQXK-nın nümayəndəsidir. Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə son bir ayda aşkarlanan minaların sayı AÇIQLANDI – FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə avqust ayında aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 972, tank əleyhinə 1 020 mina və 1 121 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 5 264,14 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN Ermənistan tərəfinin daha bir yalanını ifşa edib: Təxribata cavab veririk – YENİLƏNİB

“Azərbaycan Ordusunun bölmələrinin guya erməni mülki əhaliyə təhlükə yaratması barədə Ermənistan tərəfinin yaydığı məlumatın heç bir əsası yoxdur”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Qeyd olunur ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatına qarşı zəruri cavab tədbirləri görür və yalnız legitim hərbi hədəfləri atəşə tutur. 13:43 Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin daha bir yalanını ifşa edib. “Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır. Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti şəkildə təkzib…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır

Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin yalanını ifşa edib. “Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır. Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır”, – deyə Azərbaycan MN-in məlumatında vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

Ermənistan ordusu genişmiqyaslı təxribat törədir: Mövqelərimiz minaatanlardan atəşə tutulur – YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür. 12:07 Erməni tərəfi şərti Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədir. Bu barədə Caliber.Az məlumat verir. Qeyd olunur ki, Ermənistan ordusu şərti Azərbaycan-Ermənistan sərhədində ağır zirehli texnika, zərbə dronları və döyüşə hazır qüvvələrini cəmləşdirərək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vurmağı hədəfləyib. Məlumatda qeyd olunur ki, bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını…

Read More
Cəbhədən Xəbər 

Ermənistan bölgədə vəziyyəti gərginləşdirir, Zod istiqamətinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. “Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır. Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün…

Read More