Cəbhədən Xəbər 

Ermənistan ordusu genişmiqyaslı təxribat törədir: Mövqelərimiz artilleriya atəşi altında

Erməni tərəfi şərti Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədir. Bu barədə Caliber.Az məlumat verir. Qeyd olunur ki, Ermənistan ordusu şərti Azərbaycan-Ermənistan sərhədində ağır zirehli texnika, zərbə dronları və döyüşə hazır qüvvələrini cəmləşdirərək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vurmağı hədəfləyib. Məlumatda qeyd olunur ki, bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan Ordusu bütün lazımi tədbirlərə əl atacaq. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub.

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib: İki hərbi qulluqçumuz yaralanıb

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, zərbə nəticəsində daha iki hərbi qulluqçumuz yaralanıb. Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür. Xatırladaq ki, bundan öncə Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Ramiz oğlu Tağıyev yaralanıb. Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli,…

Read More
Cəbhədən Xəbər 

Erməni təxribatı nəticəsində hərbi qulluqçumuzun yaralanması ilə bağlı cinayət işi açılıb – YENİLƏNİB

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib. Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə…

Read More
Cəbhədən Xəbər 

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Ramiz oğlu Tağıyev yaralanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb – FOTO/VİDEO

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hər iki qardaş və dost ölkələrin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.…

Read More
Cəbhədən Xəbər 

Qanunsuz erməni silahlılarının fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb

Avqustun 31-i saat 10:55 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri Anıtqəbri ziyarət edib – FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkəyə işgüzar səfəri çərçivəsində rəhbərlik etdiyi nümayədə heyəti ilə birgə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər qonaqlar Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyaraq, xatirəsinə ehtiram nümayiş etdiriblər. General-polkovnik Z.Həsənov “Xatirə kitabı”na ürək sözlərini yazıb. Müdafiə nazirinin Türkiyədə işgüzar səfəri davam edir.  

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Ankarada Türkiyənin Zəfər Bayramında iştirak edib – FOTO

Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər Bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib. Təntənəli mərasimdə qardaş ölkənin Zəfər Bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub.  

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Ankarada Heydər Əliyev Parkını ziyarət edib – YENİLƏNİB + FOTO

Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək məqsədilə qardaş ölkəyə işgüzar səfər edən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyulub, hörmət və ehtiram nümayiş etdirilib. 09:38 Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, general-polkovnik Z.Həsənov 30 Avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə…

Read More