Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri Türkiyədə səfərdədir – FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, general-polkovnik Z.Həsənov 30 Avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək. Səfər çərçivəsində, həmçinin, müdafiə nazirinin Türkiyə Respublikası Milli Müdafiə Universitetinin  tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.

Read More
Cəbhədən Xəbər 

Hərbi vəzifəsi olmayan şəxslər də təlimlərə çağırılır? – AÇIQLAMA

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə hərbi vəzifəsi olmayan və hərbi xidmət keçmiş şəxslər də təlimlərə cəlb edilə bilər. Bu barədə “Trend”ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur”,- deyə o əlavə…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Qarabağda Rusiya sülhməramlılarının müşayiəti altında qanunsuz daşımaları davam etdirirlər – VİDEO

Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edirlər. Yayılan yeni videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaları həyata keçirilməsi aydın görünür. Bu dəfə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınıb. Qeyd edək ki, bundan öncə də dəfələrlə analoji hadisənin görüntüləri yayılıb.  

Read More
Cəbhədən Xəbər 

Füzulidə erməni təxribatı: Ordumuz cavab tədbirləri görüb – VİDEO

Avqustun 28-i saat 23:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Gizir hazırlığı kursuna əlavə sənəd qəbulu elan edilib

Heydər Əliyev adına Hərbi İnstitutun nəzdində orta ixtisas təhsili pilləsi (subbakalavr) üzrə təşkil olunan gizir hazırlığı kursuna plan yerlərinin tam komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Qeyd olunub ki, sənəd qəbulunda cari ildə keçirilən buraxılış imtahanında (qəbul imtahanın birinci mərhələsində) 50 və daha çox bal toplayan, 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Abituriyentlər 29 avqust – 5 sentyabr tarixlərində Heydər Əliyev adına Hərbi İnstituta (Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi) müraciət edə bilərlər.

Read More
Cəbhədən Xəbər 

Azad edilmiş ərazilərdə daha 348 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ARANTV.AZ  xəbər verir ki, avqustun 21-dən 27-dək-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 528,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Xankəndidə güllə səsləri: Ermənilər separatçıların rəhbərinə qorxulu anlar yaşatdılar – VİDEO

Ermənilər gecə saatlarında Xankəndidə separatçıların “hökumət evi”nə silahlı basqın ediblər. Bu barədə erməni mediasında kadrlar yayılıb. Bildirilir ki, hücumun məqsədi separatçıların başçısı Arayik Arutyunyandan humanitar vəziyyətin həllini tələb etmək olub. Videoda atışma səsləri eşidilir. Həmçinin, iki hücumçunun saxlanıldığı bildirilir.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yalanını ifşa etdi

Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin yalanını ifşa edib. “Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, – deyə Azərbaycan MN-in məlumatında qeyd olunub.

Read More
Cəbhədən Xəbər 

Qanunsuz erməni silahlıların fortifikasiya qurğularını quraşdırma cəhdinin qarşısı alınıb – VİDEO

Avqustun 27-si saat 12:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More