Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin yaydığı məlumat həqiqəti əks etdirmir”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin yalanını ifşa edib. Nazirlikdən bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində atəş açılması haqqında məlumat yayılıb. Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır, həqiqəti əks etdirmir.

Read More
Cəbhədən Xəbər 

Komando bölmələrinin şərti düşmən hədəflərini məhvetmə görüntüləri – VİDEO

2023-cü ilin döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerində və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib. Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib. Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.

Read More
Cəbhədən Xəbər 

ANAMA: “Laçında baş vermiş mina hadisəsi yaşayış evinin girişində olub” – FOTO/VİDEO

Laçında bir nəfərin xəsarət alması ilə nəticələnən mina partlayışı yaşayış evinin girişində olub. Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 13-də Laçın rayonunun Sus kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, nəticədə bir nəfər mülki şəxs xəsarət alıb: “ANAMA-nın apardığı araşdırma zamanı hadisənin tərk edilmiş məskunlaşma ərazisində, yaşayış evinin girişində baş verdiyi məlum olub. Ermənistan tərəfinin heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin mina və digər partlayıcı sursatlarla qəsdən çirkləndirməsi mina terrorunun bariz nümunəsidir”. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə aparılan davamlı…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapıldı – YENİLƏNİB + FOTO/VİDEO

Sosial şəbəkələrin Ermənistan seqmentində hərbi qulluqçunun foto və videosu yayılaraq, onun itkin düşmüş Azərbaycan əsgəri olduğu iddia edilir. Hərbi qulluqçunun bu görüntülərindən qarşı tərəfin onunla necə qəddar, öz erməni xislətinə uyğun davrandığı açıq-aydın görünür.   13:33 Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, – deyə hərbi qurumdan bildirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri – 2004-cü…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapıldı

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, – deyə hərbi qurumdan bildirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun təlimlərində “Smerç” raketlərindən döyüş atışları icra edilib – VİDEO

Cari ilin döyüş hazırlığı planına əsasən, Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqelərinin tutulması və texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. Real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr “Smerç” reaktiv yaylım atəşi sistemi və DANA özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər. Şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Təlimin keçirilməsində əsas diqqət komandir heyətinin çevik qərar qəbuletmə…

Read More
Cəbhədən Xəbər 

Erməni təxribatı nəticəsində yaralanan hərbçilərimiz aviasiya ilə tibbi müəssisəyə təxliyə edilirlər

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı artırılır – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Read More