Cəbhədən Xəbər 

Ermənistanın təxribatı ilə bağlı cinayət işi başlanılıb

11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb. “Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!”, – deyə məlumatda qeyd edilib.

Read More
Cəbhədən Xəbər 

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıblar – VİDEO

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıblar. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Read More
Cəbhədən Xəbər 

MN: “Ermənistan təxribatı nəticəsində yaranmış gərginlik davam edir” – VİDEO

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

Read More
Cəbhədən Xəbər 

MN: “Mövqelərimiz ermənilər tərəfindən minaatan və iriçaplı silahlardan istifadə etməklə atəşə tutulur” -VİDEO

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır. “Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq”, – deyə məlumatda…

Read More
Cəbhədən Xəbər 

Ermənistan təxribatı nəticəsində üç hərbi qulluqçumuz şəhid olub – ADLAR + VİDEO

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti…

Read More
Cəbhədən Xəbər 

Ermənistanın təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlandı – YENİLƏNİB + VİDEO

Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlanıb. Bunlar Artur Avetisi Saakyan (1999-cu il təvəllüdlü), Mkrtiç Armeni Arutyunyan (1989-cu il təvəllüdlü), Henrik Vaçaqani Koçaryan (1997-ci il təvəllüdlü) və Narek Qagiki Sarkisyandır (1994-cü il təvəllüdlü). Qeyd edək ki, təxribat nəticəsində daha 6 erməni hərbçi yaralanıb. 20:53 Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin sayı artıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təxribat nəticəsində 4 nəfər məhv edilib, 6 nəfər yaralanıb. 18:01 Ermənistan tərəfinin törətdiyi təxribat nəticəsində üç erməni əsgəri məhv edilib. Bu barədə erməni mənbələri…

Read More
Cəbhədən Xəbər 

Ermənilər mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Read More
Cəbhədən Xəbər 

Naxçıvanda iki hərbi qulluqçumuz itkin düşüb – VİDEO

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov yeni istifadəyə verilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən növbəti hərbi obyekt istifadəyə verilib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə baxış keçirib, burada yaradılan şəraitlə tanış olub. Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektləri  tikilib, müasir avadanlıqlarla təchiz olunub. Bildirilib ki, döyüş əməliyyatları zamanı…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov azad edilmiş ərazilərdə: Yeni hərbi obyektlər istifadəyə verildi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastruktur qurulur. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən hərbi obyektlərə baxış keçirib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri ilk olaraq yeni istifadəyə verilmiş texniki-təmir məntəqəsində görülən işlərlə tanış olub. Məruzə edilib ki, texniki-təmir məntəqəsində avtomobil, zirehli texnika, eləcə də raket-artilleriya silahlarının cari və orta təmirinin aparılması üçün bütün imkanlar yaradılıb. Məntəqədə ehtiyat hissələrin…

Read More