Cəbhədən Xəbər 

Sülhməramlılardan növbəti rüsvayçılıq: “Qisas”dan sonra ermənilərlə birlikdə “keşik çəkməyə” başladılar?

Qarabağda – Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə sözügedən kontingentlə bağlı daha bir qalmaqallı informasiya yayılıb. Belə ki, ötən gün Azərbaycan Ordusunun “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlıları qanunsuz erməni hərbi birləşmələrinin daha çox qeydinə qalmağa başlayıblar. Məlumata görə, sülhməramlılar bəzi postlarda erməni terrorçularla birgə “keşik çəkməyə” qərar verib. Bu cür “tədbirlər”in bölgədə “gərginliyi azaltmağa” xidmət etdiyi vurğulanıb. Mənbə: Sputnik Ermənistan

Read More
Cəbhədən Xəbər 

Yaralı erməni separatçılar təcili İrəvana aparıldılar

Ötən gün Qarabağda baş verən toqquşmalarda ağır yaralanan erməni separatçılar İrəvanın mərkəzi klinik hərbi hospitalına yerləşdiriliblər. Verilən son məlumata görə, ötən gün ordumuzun keçirdiyi “Qisas” əməliyyatı nəticəsində 19 separatçı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Xəstəxanadan bildirilib ki, yaraqlıların əksəriyyəti qəlpə xəsarəti alıb. Onların bəziləri artıq əməliyyat olunub. Mənbə: “Sputnik” Ermənistan

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın hərbi şahinləri səmada: Çətin təlimlərdən GÖRÜNTÜLƏR

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir. Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.

Read More
Cəbhədən Xəbər 

“Qisas” əməliyyatından sonra hazırda bölgədə vəziyyət necədir? – MN AÇIQLADI

Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

MN: “Hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir” – FOTO

Müdafiə nazirinin tapşırığına əsasən, yeni tədris dövrünün başlanması ilə əlaqədar olaraq Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşlər keçirilib. Müdafiə Nazirliyindən verilən məıumata görə, görüşlərdə hərbi qulluqçuların xidməti-məişət şəraiti öyrənilib, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb və onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib. Bundan əlavə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən şəxsi heyətin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib – YENİLƏNİB + VİDEO

Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı apardığı “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilib. ARANTV.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov əməliyyatın detallarını açıqlayıb. O qeyd edib ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib: “Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bundan əlavə,…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun separatçıların postunu darmadağın etməsinin görüntüləri – VİDEO

Sosial şəbəkələrdə Azərbaycan ordusunun pilotsuz uçuş aparatı vasitəsilə Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki qanunsuz erməni silahlı birləşmələrinə məxsus postu vurmasının görüntüləri yayılıb. Kadrlarda Azərbaycan PUA-sının sərrast atəşi ilə postun darmadağın edildiyi aydın müşahidə olunur.    

Read More
Cəbhədən Xəbər 

MN: “Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib” – RƏSMİ + VİDEO

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat  nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi xəbərdarlıq etdi: “Əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”

Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Qeyd edək ki, bu gün Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib.

Read More