Cəbhədən Xəbər 

Ermənilərdən azad olunan yüksəkliklərin adları açıqlandı – RƏSMİ

“Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb”. Bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb. “Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür”, – nazirlik vurğulayıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilir – CANLI YAYIM

Azərbaycan Ordusunun avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə qarşı apardığı “Qisas” əməliyyatı ilə bağlı mətbuat konfransı keçirilir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov əməliyyatın detallarını açıqlayır.

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyindən Laçın dəhlizində gedən əməliyyat barədə açıqlama gözlənilir – RƏSMİ

Ermənistan mətbuatı iddia edir ki, hazırda Laçın dəhlizi ərazisində döyüşlər gedir. Təmas xəttindən gələn müxtəlif tipli xəbərlərlə bağlı Qazet.az Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovla əlaqə saxlayıb. “Bu barədə məlumatı dəqiqləşdirib mətbuata xəbər verəcəyik”, – deyə Anar Eyvazov bildirib.

Read More
Cəbhədən Xəbər 

Ermənistan KİV: Azərbaycan PUA-sı Sərsəng su anbarı yaxınlığındakı kazarmanı vurdu – FOTO

Ermənistan KİV-də yayılan məlumata əsasən, Azərbaycan ordusu Kəlbəcərin Heyvalı kəndi istiqamətində (keçmiş Ağdərə – red.) pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçərək düşmənin hərbi kazarmalarına zərbələr endirib. Sözügedən ərazi Sərsəng su anbarının yaxınlığında yerləşib. Erməni KİV-in iddiasına görə, Azərbaycan PUA-sının zərbəsi nəticəsində bir hərbçi ölüb, daha yeddisi yaralanıb.  

Read More
Cəbhədən Xəbər 

Sosial şəbəkədə özünü zabit kimi təqdim edən əsgər ordu sıralarından çıxarıldı

Müdafiə Nazirliyi hərbi qulluqçunun sosial şəbəkələrdə canlı yayımda çıxışı ilə əlaqədar açıqlama yayıb. Müdafiə Nazirliyindən APA-ya daxil olan açıqlama deyilir: “Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mədədov Urfan İsə oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib. Sosial şəbəkələrdə özünü zabit kimi təqdim edən əsgər U.Mədədov Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb. Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan…

Read More
Cəbhədən Xəbər 

Fransa Azərbaycana minaaxtaran detektorlar hədiyyə etdi – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında 3 avqust 2022-ci il tarixində Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib. ANAMA-dan verilən məlumata görə, agentliyin Horadiz regional mərkəzində baş tutan tədbirdə 25 fevral 2022-ci il tarixli Niyyət Bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib. Baş tutan təqdimat tədbirində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros çıxış ediblər. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin idarə heyətinin sədri Vüqar Süleymanov qurumun…

Read More
Cəbhədən Xəbər 

Erməni deputat: “Azərbaycanın tələbi ilə Qarabağdakı hərbçilərimiz tərxis olunur” – FOTO

Ermənistandan hərbi xidmətə çağırılan və Azərbaycanın hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərində yerləşdirilmiş erməni hərbçilər təcili tərxis olunurlar. Bu barədə erməni deputat Tiqran Abramyan özünün “Facebook” hesabında məlumat verib. O, Ermənistandan Qarabağa hərbi çağırışın sonuncu dəfə 2020-ci ilin iyul-avqust aylarında keçirildiyini xatırladıb və bildirib ki, 44 günlük müharibədən sonra, 2021-ci ilin qışından Ermənistandan Qarabağa çağırışçılar göndərilmir. “İki il əvvəl Ermənistandan hərbi xidmətə çağırılan əsgərlərin Qarabağdakı son dəstələri buranı 2022-ci ilin avqustunda tərk etməli olmasına baxmayaraq, Azərbaycanın tələbi ilə tərxisetmə, deyəsən, vaxtından əvvəl həyata keçirilib”, – deyə deputat yazıb.  

Read More
Cəbhədən Xəbər 

Laçında şəhid olan Anar Kazımov dörd ayın əsgəri olub – YENİLƏNİB + VİDEO

Bu gün şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır. Oxu.Az-ın əldə etdiyi məlumata görə, A.Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndidə doğulub. O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. ARANTV.AZ xəbər verir ki, bu barədə MN məlumat yayıb. Məlumata görə, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir! Allah rəhmət eləsin! Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Read More
Cəbhədən Xəbər 

Raket və Artilleriya Qoşunları yollarda: Müharibə səhnəsini xatırladan təlimlərdən GÖRÜNTÜLƏR

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar. Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsidir.

Read More