Cəbhədən Xəbər 

Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

İyunun 7-də Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə “Milli təhlükəsizlik və müharibə kursu”nun dinləyicilərini qəbul edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər. Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nümayəndə heyəti və dinləyicilərə Azərbaycanda hərbi…

Read More
Cəbhədən Xəbər 

Raket və artilleriya bölmələrimiz iş başında – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrinin özüyeriyən haubitsa heyətləri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimin planına əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyəyə getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə “Efes-2022” beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimiz zirehli texnikanı işə saldılar: Quru Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Quru Qoşunlarının hissə və bölmələrində döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimə cəlb olunan motoatıcı, artilleriya və zirehli texnika bölmələri ssenariyə uyğun olaraq aşkar olunan şərti düşmən hədəflərini qarşılıqlı əlaqədə məhv ediblər. Təlimin keçirilməsində əsas məqsəd komandirlərin idarəetmə qabiliyyətini və şəxsi heyətin praktiki bacarıqlarını inkişaf etdirmək, eləcə də bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir. Döyüş atışlı taktiki təlimlərdə qarşıya qoyulan tapşırıqlar bölmələr tərəfindən müvəffəqiyyətlə icra olunub.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın 44 günlük müharibədə təcrübəsi Hindistanda müzakirə olunur: Tankların gələcəyi necə olacaq?

“2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən müharibə pilotsuz uçuş aparatları ilə unikal müharibə növünü dünyaya nümayiş etdirdi”. ARANTV.AZ-ın məlumatına görə, bu barədə “The Week” jurnalında Rusiya-Ukrayna müharibəsindən Hindistanın öyrənə biləcəyi dərslərə həsr olunmuş məqalədə bildirilir. Müəllifin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri tərəfindən Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin Rusiyanın zirehli texnikalarına qarşı uğurla istifadəsindən sonra Hindistan öz tanklarının gələcəyini müzakirə edir. “Rusiya tankları “Javelin” tipli tank əleyhinə idarəolunan raketlər və ya Türkiyənin “Bayraktar TB2” pilotsuz təyyarələri ilə ağır zərbələrə məruz qalıb. Bu da PUA-ların rolunu yenidən gündəmə gətirib”, – deyə məqalədə bildirilir.…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasını əmr etdi

İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb. Müşavirədə ötən ay ərzində qoşun növlərinin fəaliyyəti qiymətləndirilib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələləri diqqətə…

Read More
Cəbhədən Xəbər 

Dəniz piyadalarının təlimindən görüntülər – VİDEO

Hərbi Dəniz Qüvvələrində dəniz piyadalarının “SAT xüsusi təyinatlı kursu” keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, kurs ərzində hərbi qulluqçular fiziki və psixoloji dayanıqlılıqlarının yoxlanılması üzrə müxtəlif tapşırıqları yerinə yetirirlər. Gecə və gündüz ən çətin şəraitdə belə iştirakçıların dözümlülüyünün artırılması məqsədilə qarşıya qoyulan bütün tapşırıqlar uğurla icra olunur. “SAT xüsusi təyinatlı kursu” oktyabrın 22-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan MN: “Ermənistan tərəfi dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır”

İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır. Nazirlikdən qeyd edilib ki, Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən…

Read More
Cəbhədən Xəbər 

DSX məlumat yayıb

Dövlət Sərhəd Xidməti məlumat yayıb. ARANTV.AZ xəbər verir ki,  Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. İyun ayının 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmış, yerli hüquq mühafizə orqanları məlumatlan­dırılaraq sərhəd pozucularının təqibinə başlanılmışdır. Daxili…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbçilərinin Türkiyədəki təlimindən görüntülər – FOTO/VİDEO

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimində növbəti mərhələnin tapşırıqları yerinə yetirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Beynəlxalq təlimin planına uyğun olaraq iştirakçılar şərti terror dəstəsi tərəfindən avtomobilə yerləşdirilən partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi, helikopterlər vasitəsilə şərti düşmən obyektinə aviazərbələrin endirilməsi, dəniz piyadalarının sahil xəttinə çıxması və yüksəkliklərin ələ keçirilməsi, həmçinin axtarış-xilasetmə əməliyyatı və yaralıların təxliyə olunması mərhələləri üzrə tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Təlim iştirakçıları, eyni zamanda, zəbt olunmuş gəminin azad edilməsi və helikopterdən dəniz xüsusi təyinatlılarının gəmiyə enməsi üzrə fəaliyyətləri də müvəffəqiyyətlə yerinə yetiriblər. Əlahiddə Ümumqoşun…

Read More