Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə son bir ayda neçə mina aşkarlandı?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb. Agentlikdən verilən məlumata görə, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 546, tank əleyhinə 279 mina və 1 021 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 2 098,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 2020-ci ilin noyabr ayının 10-dan bu ilin mayın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 11 555, tank əleyhinə 5 723 mina və 16 041 partlamamış hərbi sursat…

Read More
Cəbhədən Xəbər 

Bakıda NATO-nun təlimi BAŞLADI – FOTO

Hərbi İdarəetmə İnstitutunda NATO-nun təlim kursu keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən “NATO-da əməliyyatın planlama prosesi” mövzusunda təlim kursu keçirilir. Kurs müddətində dinləyicilərə NATO haqqında ümumi məlumat, ştat strukturu və əməliyyatların planlama prosesi ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunur. Həmçinin mövzuya dair fikir mübadiləsi aparılaraq, praktiki qrup çalışmaları yerinə yetirilir.  

Read More
Cəbhədən Xəbər 

Dövlət sərhədində mövqelərimiz atəşə tutulub – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Ermənilər qəzəbdən dəliyə döndülər: Parlamentin spikeri Qarabağla bağlı separatçı fikri deməyə cürət etmədi

Ermənistan parlamentinin spikeri Alen Simonyan separatçı fikri səsləndirməkdən imtina etdiyi üçün ölkədə gündəmə çevrilib. Belə ki, o, Qarabağın heç zaman Azərbaycanın tərkibində olmayacağı fikrini səsləndirməkdən imtina edib. A.Simonyanın bu cür davranması sosial şəbəkənin erməni seqmentində qəzəb dalğasına səbəb olub. A.Simonyanın sözügedən fikri səsləndirə bilməməsinin səbəbi isə birmənalı olaraq Azərbaycanın yaratdığı yeni reallıqlardır. Görünür, 44 günlük müharibədən sonra Azərbaycanın siyasi müstəvidə də əldə etdiyi mütləq üstünlükdən xəbərdar olan spiker sözügedən tərzdə açıqlamaların artıq heç vaxt mümkün olmadığını dərk edib. Erməni rəsmilərin hətta daxili auditoriyanı sakitləşdirmək üçün belə müvafiq açıqlamalara cürət edə…

Read More
Cəbhədən Xəbər 

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib – FOTO/VİDEO

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım tədbirləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Vətən müharibəsi şəhidləri Mehman Qənbərov, Taleh Kərimov, Rahib Babayev və Anar Heydərovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər. Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı…

Read More
Cəbhədən Xəbər 

Bitmir ki, bitmir!

Düşmənin basdırdığı minalar hələ də təhlükə mənbəyi olaraq qalır Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi irimiqyaslı tikinti və bərpa ilə yanaşı, minatəmizləmə ilə bağlı aparılan sürətli işlər də diqqəti cəlb edir. Doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün Qarabağda mühüm layihələr həyata keçirilir. Lakin işğalçı ölkənin faşist xislətinə xas olaraq torpaqlarımızda saysız-hesabsız mina basdırması isə bu prosesin tez bir zamanda baş verməsini ləngidən əsas səbəbdir. Çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Elə bu günlərdə Brüsseldə Prezident İlham Əliyevin Avropa…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Hulusi Akarla görüşüb – FOTO

Mayın 27-də Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib. Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb. Görüşdə həmçinin Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever,…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə edildi – FOTO

Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu qeyd edərək Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib. Hər iki qardaş ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığı, bütün sahələrdə olduğu kimi hərbi sahədə də qardaş Türkiyənin…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ermənistan hərbçisini geri qaytarıb

2022-ci il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, erməni əsgərin Ermənistan tərəfinə qaytarılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə baş tutan görüşün nəticəsi olaraq baş verib.

Read More
Cəbhədən Xəbər 

5 min nəfərə “Müharibə veteranı” adı verilməsi barədə qərar qəbul olunacaq

Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5000 nəfərdən artıq vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib. Bu barədə MN facebok səhifəsində məlumat yayıb. Xəbərə görə, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək. Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.…

Read More