Cəbhədən Xəbər 

Türkiyənin Quru Qoşunları komandanı Azərbaycanda rəsmi səfərdədir

Aprelin 27-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Daha sonra Zəfər parkı ziyarət olunub və Zəfər abidəsinin…

Read More
Cəbhədən Xəbər 

Ölkəmizdə “TurAz Qartalı – 2026″ birgə taktiki-uçuş təlimi başlayıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə  “TurAz Qartalı – 2026” birgə taktiki-uçuş təlimi başlayıb. “İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib. Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib. Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim tapşırıqları haqqında brifinq təqdim olunub. Qeyd edək ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının planlaşdırılması və…

Read More
Cəbhədən Xəbər 

Hərbçilərimiz təlimlər üçün Türkiyəyə getdilər

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES – 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar. Qeyd edək ki, “EFES – 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. “İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında baş tutub. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutaraq normativləri icra ediblər. Bir neçə mərhələdən ibarət olan yarışda iştirakçılar müxtəlif atış çalışmaları üzrə bacarıqlarını nümayiş etdiriblər. Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda hərbi təlimlərə bu şəxslər CƏLB OLUNACAQ

Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən olunmuş zamanlarda ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir. Bəs bu hərbi təlimlərə (toplanışlara) kimlər çağırılır? Hansı hərbi vəzifəyə sahib olan şəxslər bu təlimlərə getməlidir? Məsələ ilə bağlı Ajans.az-ın suallarını hərbi ekspert İbrahim Rüstəmli cavablandırıb: “Hərbi təlimlər dünyanın bütün ordularında həyata keçirilən bir kampaniyadır. Ola bilsin ki, tələblərə uyğun olaraq onların intensivliyi artırılsın, yəni hərbi təlimlərə daha çox adam cəlb olunsun. İlk növbədə bu təlimlərə daha çox ehtiyac duyulan ixtisaslar üzrə mütəxəssislər cəlb olunur. Bu mütəxəssislər kimlərdir? Onlar ali…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb

Azərbaycan və Çex respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirilib. “İki sahil” xəbər verir ki,  Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib. Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün “İkitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb. Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib.

Read More
Cəbhədən Xəbər 

Türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olublar

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.  Səfər çərçivəsində türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər. N hərbi hissəsini ziyarət…

Read More
Cəbhədən Xəbər 

Ali təhsilli şəxslər üçün hərbi xidmət 3 ay OLACAQ? – VİDEO

Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aktuallaşıb və bu məsələ həm cəmiyyətdə, həm də ekspertlər arasında fərqli yanaşmalar doğurur. Əsas sual isə ondan ibarətdir ki, belə bir modelin tətbiqi nə dərəcədə realdır və bu dəyişiklik ordunun hazırlıq səviyyəsinə, eləcə də kadr təminatına necə təsir göstərə bilər. Musavat.com xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılmasının tərəfdarlarından olduğunu açıqlayıb. “Hesab edirəm ki, bu kateqoriyaya daxil olan şəxslər hərbi xidmətə başladıqdan sonra bir il ərzində…

Read More
Cəbhədən Xəbər 

Mina təhlükəsiyi bütün bəşəriyyətin problemidir

Azərbaycanın postmünaqişə dövründə qarşılaşdığı ən böyük problemlərdən biri işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsidir. Bununla əlaqədar Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə müraciət edib. Prezident İlham Əliyev aprelin 20-də BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə də növbəti dəfə bu məsələyə toxunub. Bildirib ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirib və ya yaralanıb. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir:…

Read More