Cəbhədən Xəbər 

Müdafiə naziri Vətən Müharibəsinin ilk dəqiqələrindən danışdı

“Hələ sentyabrın əvvəllərindən etibarən cəbhə xəttində erməni silahlı qüvvələrinin aktivliyinin artması, ayın ortalarından isə döyüş hazırlığı tədbirlərinin bütün istiqamətlərdə keçirilməsi kəşfiyyat məlumatları əsasında təsdiqləndi”. ARANTV.AZ xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov “Azərbaycan” qəzetinə müsahibəsində Vətən Müharibəsinin ilk dəqiqələri ilə bağlı sualı cavablandırarkən deyib. “Ermənistanın artıq təxribata yox, müharibəyə hazırlaşması aydın görünürdü. Düşmən tərəfindən mövqelərimizin mütəmadi atəşə tutulması, eyni zamanda təmas xəttini keçmək cəhdləri intensivləşirdi. Təbii ki, biz də fəaliyyətsiz deyildik. Şübhəsiz, qoşunlarımızın yüksək döyüş hazırlığı baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün kifayət edirdi. Sentyabrın 27-də…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Şuşa əməliyyatının detallarını açıqladı – Prezidentin hansı tapşırığı olub?

“Oktyabr ayının sonlarından cəbhə bölgəsində Şuşa ətrafındakı halqa cənubdan, şərqdən və qərbdən qoşunlarımız tərəfindən sıxılmağa başlamışdı. Ali Baş Komandanın rəhbərliyi ilə hazırlanan və onun təsdiq etdiyi əməliyyat planının bütün detallarının, icra mexanizminin tam açıqlanması məxfilik baxımından bu gün mümkün deyil”. ARANTV.AZ xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov “Azərbaycan” qəzetinə müsahibəsində Vətən Müharibəsi ilə bağlı danışarkən deyib. Nazir qeyd edib ki, Şuşa ermənilər üçün bütün Qarabağı nəzarətdə saxlayan strateji yüksəklik və bölgənin əsas müdafiə sütunu idi: “Şuşa Xankəndinin müdafiəsini təmin edirdi. Onu Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus vilayəti ilə…

Read More
Cəbhədən Xəbər 

Hərbi əməliyyatların koordinasiyası belə həyata keçirilib – Nazir açıqladı

“Hərbi əməliyyatlar birmənalı olaraq Prezidentin vahid komandanlığı altında keçirilirdi. Hər gün təqdim edilən hərbi məruzələr Ali Baş Komandan tərəfindən dəqiqliklə öyrənilir və növbəti gün üçün yeni döyüş tapşırıqları verilirdi”. ARANTV.AZ  xəbər verir ki, bunu müdafiə naziri Zakir Həsənov “Azərbaycan” qəzetinə müsahibəsində jurnalistin “Hərbi əməliyyatların koordinasiyası, komandanlığı necə həyata keçirilirdi?” sualına cavab verərkən deyib. “Azərbaycan Ordusunun rəhbərliyi Prezidentin tapşırıqlarını planlaşdırır və uğurlu icrasını təmin edirdi. Düşmən qoşunlarına qarşı Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı keçirilir, yeni yaşayış məntəqələrinin azadlığı uğrunda döyüşlər aparılırdı. Döyüş əməliyyatları zamanı Prezident qeyd edirdi ki, “əməliyyat planı tam icra…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov: “Anlayırdıq ki, Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə hərbi təxribatlar planlaşdırır”

“Bir faktı xüsusi vurğulamalıyam ki, Azərbaycan Ordusunun ən müasir, yeni nəsil silahlarla təchiz olunması, hərbi təlimlərdə məşq etdirilən xüsusi döyüş tapşırıqları Müdafiə Nazirliyi tərəfindən tam həcmdə açıqlanmırdı. Çünki müharibə vəziyyətində olan ölkənin hərbi potensialı məxfi saxlanılmalıdır”. Bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib. “Lakin düşmən Azərbaycan Ordusunun güclü olduğunu çox yaxşı bilir və hərbi potensialımızda baş verən müsbət dəyişiklikləri diqqətlə izləyirdi. Ermənistanın xüsusi xidmət və hərbi kəşfiyyat orqanlarının bu məsələdə nə qədər həssas olduğunu bilirdik. Eyni zamanda anlayırdıq ki, Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə hərbi…

Read More
Cəbhədən Xəbər 

Nazir: “Torpaqları şərəflə qoruyan əsgərləri öz övladlarımız kimi qəbul edirik”

“İşğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçuların xidmət, təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandanın verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq bu bölgələrə davamlı səfər edirəm. Hərbi hissələrə, yeni inşa edilən, əsaslı təmir olunmuş hərbi infrastruktura baxış keçirir, hərbi xidmətin vəziyyətini öyrənir, hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə yerində yaxından tanış oluram, müvafiq tapşırıqlar verirəm. Görüşlər zamanı şəxsi heyəti hər zaman olduğu kimi ayıq-sayıq, gümrah, məğrur, əzmkar və xoş əhvali-ruhiyyədə görürəm. Onlar hərbi xidməti tarixi torpaqlarımızda, qədim yurd yerlərimizdə yerləşən hərbi hissələrdə keçdikləri üçün qürur…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda 20 mindən artıq mülki şəxs yeni iş yerləri ilə təmin olunub

“Xidməti-döyüş fəaliyyətlərinin icrasında da əhəmiyyətli dönüş yaranıb. Ali Baş Komandanın tapşırığına əsasən şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə mətbəx, təmizlik və digər məişət işlərinin görülməsi üçün müvafiq vəzifələrə mülki şəxslər cəlb olunub. Beləliklə də, şəxsi heyət təsərrüfat və məişət işlərindən uzaqlaşdırılaraq yalnız hərbi xidmətlə bağlı tapşırıqların icrasına cəlb olundu. Həyata keçirilən bu islahatların nəticəsində 20 mindən artıq mülki şəxs yeni iş yerləri ilə təmin olundu”. Bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində bildirib. Müdafiə naziri qeyd edib ki, möhtərəm Prezident hərbi qulluqçuların…

Read More
Cəbhədən Xəbər 

Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası yaradılıb – FOTO

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi digər sahələrdə olduğu kimi səhiyyə sistemində də nailiyyətlərin qazanılmasında, hər bir vətəndaşımızın, hərbi qulluqçularımızın və ailə üzvlərinin sağlamlıqlarının qorunmasında mühüm rol oynayır. Bu gün Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında daimi fəaliyyət göstərən ştatlı Naxçıvan Qarnizonu Mərkəzi Hərbi-Həkim Komissiyası və həkim-uçuş komissiyasının yaradılması da həyata keçirilən genişmiqyaslı islahatların bəhrəsidir. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalında keçirilən yeni yaradılmış komissiyanın təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasında yerləşən…

Read More
Cəbhədən Xəbər 

Yolu azaraq Ermənistan tərəfə keçən azərbaycanlı hərbçilər geri qaytarılıb – RƏSMİ

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.

Read More