Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə daha 20 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan verilən məlumata görə, dekabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə iki, tank əleyhinə 18 mina və 166 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More
Cəbhədən Xəbər 

Avropa İttifaqının üzvü Azərbaycanın təhvil verdiyi 10 erməninin ölkələrinə çatma anını paylaşıb – FOTO

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Aİ-nin təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb. Bu barədə Aİ rəsmisi özünün “Twitter”dəki hesabında yazıb. O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə şaddır. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb. Aİ rəsmisi birliyin hər iki ölkənin rəhbəri ilə uğurlu görüşləri üzərində qurmaq üçün hər iki ölkə ilə işləməyə davam edəcəyini vurğulayıb.  

Read More
Cəbhədən Xəbər Əsas səhifə 

MN: Azad olunmuş ərazilərdə 17 255 mina və partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib – FOTO/VİDEO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 10-dan 19-dək 53 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 92 hektara qədər ərazi təmizlənib. Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 1 7255 mina və partlamamış döyüş sursatı aşkar…

Read More
Cəbhədən Xəbər 

Naxçıvan Qarnizonunda xüsusi təyinatlı bölmələrin təlimi keçirilib – FOTO/VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb. Bildirilib ki, təlimə cəlb edilmiş xüsusi təyinatlı bölmələrə qərargahlar tərəfindən verilmiş tapşırıqlar 44 günlük Vətən Müharibəsində qazanılan döyüş təcrübəsinin tətbiqi ilə icra edilib. Təlimin planına əsasən “Həyəcan” siqnalı ilə qaldırılan xüsusi təyinatlı bölmələrə təxribat hazırlığında olan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi və eyni zamanda qruplaşmanın rəhbərinin sağ olaraq ələ keçirilməsi tapşırığı verilib. Müxtəlif üsullarla təmas xəttini gizli şəkildə keçərək dağ aşırımlarından və ərazinin çətin keçiləbilən relyefindən istifadə edən xüsusi…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusu yeni tırtıllı və xizəkli texnikalar alıb – FOTO

Azərbaycan Ordusuna yeni tırtıllı və xizəkli texnika vasitələr alınıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir. Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər və Laçın rayonlarında səfəri zamanı yeni texnikalara baxış keçirib.  

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Kəlbəcər və Laçına getdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən işlər davam etdirilir. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib. Hərbi qulluqçuların yaşayış yeri ilə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib.…

Read More
Cəbhədən Xəbər 

Ölkədə hərbi məhsulların istehsalı artıb

“Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan ümumi məhsul həcminin 60 %-dən çoxunu ixraca yönəltmək mümkün olub”. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Bildirilib ki, bunun nəticəsində nazirliyin məhsulları dünyanın 30-dan çox ölkəsinə ixrac edilib. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində ümumi istehsal həcmi 2020-ci illə müqayisədə 10 % artıb.

Read More
Cəbhədən Xəbər 

Azad olunmuş ərazilərimizdə ümumqoşun atış sahəsinin açılışı olub – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə yeni inşa olunmuş təlim mərkəzinin açılışında iştirak edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə nazirinə məruzə olunub ki, mərkəzdə təlimlərə cəlb ediləcək şəxsi heyətin, təlim-döyüş texnikasının yerləşməsi və fəaliyyəti üçün bütün lazımi infrastruktur qurulub. Xüsusi olaraq modelləşdirilmiş təlim mərkəzi real döyüş şəraitinə uyğunlaşdırılaraq inşa edilib. Burada müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üçün məşğələlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, təlim…

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə ümumqoşun atış sahəsi açılıb – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib. Bu barədə Ölkə.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinə məruzə olunub ki, mərkəzdə təlimlərə cəlb ediləcək şəxsi heyətin, təlim-döyüş texnikasının yerləşməsi və fəaliyyəti üçün bütün lazımi infrastruktur qurulub. Xüsusi olaraq modelləşdirilmiş təlim mərkəzi real döyüş şəraitinə uyğunlaşdırılaraq inşa edilib. Burada müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üçün məşğələlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, təlim…

Read More