Cəbhədən Xəbər 

Ermənistan ordusuna məxsus hərbi avtomobil qəzaya düşüb: Ölən var

Ermənistan ordusuna məxsus “Ural” markalı yük avtomobili qəzaya uğrayıb. Hadisə Vayots Dzor vilayətinin (Dərələyəz mahalı) ərazisində baş verib. Qeyd olunur ki, Serob Akopyanın idarə etdiyi “Ural” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir. Hadisə yerinə hərbi polis qurumunun əməkdaşları cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.   Mənbə: News.am

Read More
Cəbhədən Xəbər 

DSX rəisinin müavini Ermənistanla sərhədə gedib – FOTO

Dekabr ayının 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Çıxışda cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlaması qeyd olunub. Sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olublar. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana,…

Read More
Cəbhədən Xəbər 

“Qarabağ Xronikası”: Qarabağdakı “Pantsir”in Rusiya və Ukraynada itirilmiş TK ilə hansı əlaqəsi var? – VİDEO

“Qarabağ Xronikası”nın sayca 72-ci buraxılışı yayımlanıb. Verilişin budəfəki sayı Ermənistanın keçmiş rəhbərliyinin beynəlxalq səviyyədə apardığı mütəşəkkil cinayətkarlıq fəaliyyətinə həsr olunub. Verilişdə bildirlib ki, ötən ilin əvvəllərində Rusiyanın Sankt-Peterburq şəhərindəki hərbi hissələrin birindən “Pantsır” 2 top kompleksi müəmmalı şəkildə yoxa çıxıb. Analoji hadisə Ukraynanın Odessa şəhərində də baş verib. Bəlkə, Qarabağ müharibəsində Azərbaycana qarşı istifadə edilən elə həmin “itmiş” komplekslər olub? Daha ətraflı “Qarabağ Xronikası”nın yeni buraxılışında:

Read More
Cəbhədən Xəbər 

Kəmaləddin Heydərov: “FHN-in yeni minaaxtaran alayı yaradılıb”

“İşğlandan azad olunan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin yenu minaaxtaran alayı yaradılıb”. ARANTV.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Nazir bildirib ki, həmçinin həmin ərazilərə ilk günlərdən nazirliyin Yanğından Mühafizə Xidməti əməkdaşları cəlb edilib: “74 nəfər yeni mina axtaran yetişdirmişik. 120 ədəd mina axtaran cihazlar xaricdən alınaraq həmin mütəxəssislərə təhvil verilib”. “Yeni yaradılmış alay Türkiyə mütəxəssisləri və ANAMA əməkdaşları ilə birlikdə ərazilərdə təmizlənmə işlərini davam etdirir” – deyə nazir bildirib.

Read More
Cəbhədən Xəbər 

Şəhidimizin qisası alındı

Azərbaycan Ordusu dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Asif Əliyevin qisasını alıb. ARANTV.AZ xəbər verir ki,  bu gün Ermənistan ordusunun bir hərbçisi həlak olub, 8 nəfər yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sıravi Vaqe Manasaryan (2002) həlak olub, daha 8 erməni hərbçi yaralanıb, onlardan 6-nın vəziyyəti ağırdır. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazilriyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Qarşı tərəf…

Read More
Cəbhədən Xəbər 

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi: Ermənilər atəşkəsi 203 dəfə pozublar

Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb. ARANTV.AZ  xəbər verir ki, məlumatı “TRT Haber” telekanalı yayıb. Televiziya əməkdaşı Fatih Avanosu mərkəzə ezam edib. Mərkəzin 11 aydır fəaliyyət göstərdiyini vurğulayan F.Avanos burada 60 türk hərbçisinin xidmət etdiyini, onlardan 13-nün PUA operatoru olduğunu bildirib. Müxbirin sözlərinə görə, atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir. Jurnalist atəşkəs pozuntularının necə hesablandığına da aydınlıq gətirib: “Əslində, bu pozuntuların daha çox olduğunu bilirik. Ancaq türk hərbçilər eyni müddətdə təkrarlanan pozuntuları atəşkəsin pozulması…

Read More
Cəbhədən Xəbər 

Ermənilərdən Kəlbəcərdə növbəti TƏXRİBAT – VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş  texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.  

Read More
Cəbhədən Xəbər 

MN: “17 202 mina məhv edilib, 13 273 hektar ərazi minalardan təmizlənib” – VİDEO

Azərbaycan ordusunun mühəndis-istehkam bölmələri Türkiyənin hərbi istehkamçıları ilə birgə azad olunmuş ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərini davam etdirir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində dekabrın 1-dən 10-dək 342 ədəd piyada və tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirilməsi ilə 96.7 hektar ərazi təmizlənib. Ümumilikdə azad olunmuş ərazilərdə bu günədək mühəndis qoşunları tərəfindən 17 202 mina…

Read More