Cəbhədən Xəbər 

Nazir Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşüb

Dekabrın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri Bəhreyn Krallığı ilə birgə hərbi əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu istiqamətdə görülən işlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonaq həm öz adından, həm də Bəhreyn Kralı adından Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan Ordusunun bütün şəxsi heyətinə təbriklərinin çatdırılmasını xahiş edib. Görüşdə regionda hərbi-siyasi vəziyyət,…

Read More
Cəbhədən Xəbər 

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən  Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub. Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Türkiyəyə başsağlığı verib – FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İraqın şimalında Türkiyə ordusunun üç hərbçisinin şəhid olması ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: “Pəncə-İldırım” əməliyyatında xaincəsinə terror hücumu nəticəsində şanlı türk ordusunun üç hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Allah rəhmət eləsin” – deyə, başsağlığında qeyd edilib.  

Read More
Cəbhədən Xəbər 

“Caliber” ordumuzun irəlilədiyi mövqelərdə: Qaragöldən Kilsədağa qədər – VİDEO

“Caliber”in növbəti süjeti Azərbaycan ordusunun bölmələrinin noyabrda Ermənistan sərhədindəki yerdəyişmələrinə həsr olunub. Layihənin “YouTube” kanalında yerləşdirilən videoda ordumuzun bu istiqamətdə irəliləyişinin miqyası ətraflı şəkildə göstərilir. “Caliber” Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Kəlbəcər yaxınlığındakı Şərqi-Göyçə silsiləsinin əsas, strateji əhəmiyyətli yüksəkliklərinə və Ermənistanla sərhəddə  – Laçın dəhlizinə qədər olan cənubda yerləşən ərazilərə çıxmaqla ildırımsürətli, genişmiqyaslı yerdəyişməsinə dair faktlar və kadrlar nümayiş etdirir. Ətraflı videoda:

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq etdi

Azərbaycan Müdafiə Nazirliyi dövlət sərhədində təxribat törədən Ermənistana növbəti dəfə xəbərdarlıq edib. ARANTV.AZ-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. “Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub”, – nazirlikdən qeyd olunub. Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribat törətdib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçumuz şəhid olub – RƏSMİ

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Qeyd olunub ki, baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Read More
Cəbhədən Xəbər 

Ermənistan MN “əsirlərin siyahısı”na kənar şəxsləri daxil edib: Cinayət işi başlanıb

Ermənistanın hərbi polisi Azərbayan tərəfindən saxlanılan və itkin düşmüş hərbçilərin siyahıları ilə bağlı saxtakarlıq faktını aşkarlayıb. Belə ki, 2021-ci ilin yanvar ayında Müdafiə Nazirliyinin müxtəlif struktur bölmələrinin vəzifəli şəxsləri tərəfindən hərbi qulluqçu və könüllü olmayan R.A.-nın sözügedən siyahıya daxil edilməsi üzə çıxıb. Saxtakarlıq nəticəsində hərbi qulluqçuların Sığorta Fondundan R.A.-nın ailəsinə bu günə kimi 2 milyon 700 min dram vəsait köçürülüb. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü bəndi üzrə (vəzifə öhdəliklərinə qarşı səhlənkarlıq) cinayət işi başlanıb. Mənbə: “Sputnik Armenia”

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun xüsusi təyinatlılarının anti-terror təlimi – FOTO/VİDEO

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib. Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər. Basqın zamanı yaralanan hərbi qulluqçuların təhlükəsiz şəkildə təxliyyəsi həyata keçirilib. Xüsusi təyinatlı bölmələrin terrorla mübarizə vərdişlərinin təkmilləşdirildiyi və real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış…

Read More
Cəbhədən Xəbər 

Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutdu – RƏSMİ

Dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Read More
Cəbhədən Xəbər 

ANAMA: “Ermənistanın verdiyi mina xəritələri ilə ilkin tanışlıq onların etibarsız olması təəssüratını yaradır”

“Ötən həftə Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər müəyyən ərazilərinin mina sahələrinin formulyarlarını da Azərbaycan tərəfinə təqdim edib”. Bu barədə ANAMA-nın İdarə heyətinin sədri Vüqar Süleymanov açıqlama verib. O bildirib ki, mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur: “Lakin, bildirmək istərdim ki, təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır. Məlum olduğu kimi, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə bütün mina səhələrini əhatə edən formulyarların verildiyi iddiası…

Read More