Cəbhədən Xəbər 

Separatçılar Azərbaycan tərəfinə təslim olmaq istəyən döyüşçünü güllələdi – FOTO

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında güllə yarası alaraq ölən erməni döyüşçü Qor Martirosyan barədə əlavə informasiya ortaya çıxıb. “Caliber” “Telegram” kanalının məlumatına görə, insident Şuşanın Qaybalı kəndi istiqamətində baş verib. Martirosyanla bağlı hadisə baş verənə qədər o, üçüncü şəxs vasitəsilə Azərbaycan tərəfi ilə əlaqə saxlamağa çalışıb. Q.Martirosyanın bizim hüquq-mühafizə orqanlarına təslim olmaq niyyətində olub. Buna səbəb isə xidmət “yoldaşları” tərəfindən alçaldılması olub. Görünür, onun niyyətindən separatçıların xəbəri olub, çünki zəng açıq əlaqə vasitəsilə həyata keçirilib. Ötən gün təxminən saat 21:20 radələrində avtomat səsləri eşidilib, bundan sonra hadisə yerinə Rusiya sülhməramlıları…

Read More
Cəbhədən Xəbər 

Azad edilən ərazilərdə daha 30 mina aşkarlanıb – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan verilən məlumata görə, noyabrın 29-dan dekabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 3, tank əleyhinə 27 mina və 19 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 70 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.  

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın neçə ölkəyə silah ixrac edib?

Azərbaycanın silah ixrac etdiyi ölkələrin sayı məlum olub. ARANTV.AZ xəbər verir ki,  Müdafiə Sənayesi Nazirliyindən (MSN) bildirilib ki, 2021-ci ilin 9 ayı ərzində 13 ölkəyə aviasiya döyüş sursatları, mülki və ikili təyinatlı mallar, döyüş sursatları, atıcı silahlar və onların dəstləşdiriciləri, artilleriya silahları, yaxın məsafəli döyüş vasitələri ixrac edilib.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan hərbi qulluqçumuza hücum zamanı zərərsizləşdirilən diversantın cəsədini Ermənistana təhvil verdi

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi Ermənistana təhvil verilib. Bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib. O bildirib ki, erməni hərbi təxribatçısı Seyran Sarkisyanın meyiti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülməramlılarının iştirakı ilə Qırmızı bazar ərazisindən qarşı tərəfə verilib.

Read More
Cəbhədən Xəbər 

“Qarabağ xronikası”nın 70-ci buraxılışı: Paşinyan Putinə “atır” – VİDEO

Baku TV-nin efirində yayımlanan “Qarabağ xronikası” verilişinin 70-ci buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə bildirib ki, Ermənistan təbliğat maşını iki gündür Qırmızı Bazar qəsəbəsi istiqamətində intensiv atışmaların qeydə alındığı haqda məlumat yayır və atışmanı azərbaycanlıların törətdiyini iddia edir. “Soydaşlarımızın bir qismi sosial şəbəkələrdə “niyə Azərbaycan tərəfindən reaksiya yoxdur” və ya “Azərbaycan mediası niyə susur” kimi suallarla çıxış edib. Bu xəbərə reaksiyasızlığın iki üzü var”, – deyə o bildirib. Sözügedən verilişi təqdim edirik:

Read More
Cəbhədən Xəbər 

Qarabağ müharibəsinin rus qəhrəmanı: “Sonuncu xatırladığım, mənə iynə vurduqlarıdır” – VİDEO

“BakuTV” kanalında yayımlanan “Müəllif baxışı” verilişinin növbəti qonağı şiddətli döyüşlər zamanı ağır yaralanan Vətən Müharibəsi veteranı Denis Quzlayev olub. O, döyüş yolunun başlanğıcından, hərbçilərimizin qəhrəmanlığından, itkilərdən danışıb. Proqramda həmçinin Denis Quzlayevin anasının da fikirlərinə yer verilib. Onun sözlərinə görə, oğullarının cəbhəyə getməsindən evdə xəbərləri olmayıb. Ətraflı “Baku TV”nin süjetində:

Read More
Cəbhədən Xəbər 

Komando hərbi hissəsində taktiki təlim keçirildi – FOTO/VİDEO

2021-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəxsi heyət “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqəsini tərk edərək cəmləşmə rayonuna hərəkət edib. Təlimin ssenarisinə uyğun olaraq verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə keçən heyət atəş mövqelərini tutaraq atıcı silahlardan və qumbaraatanlardan atışlar icra edib. Təlimin əsas məqsədi şəxsi heyətin atıcı silahlardan istifadəetmə bacarıqlarının və Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir. Təlimdə qarşıya…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun sərrast zərbəsi: Düşmənin məhv edilən D-30 divizionu – VİDEO

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun bölmələrinin peşəkarlığını ortaya qoydu. Azərbaycan ordusu qarşısına qoyduğu bütün tapşırıqları vaxtında və böyük dəqiqliklə icra edib. Hətta bəzən erməni tərəfinə düşünmək üçün belə vaxt qalmayıb. Məsələn, Rusiya mətbuatında Qarabağda – Qırmızı Bazar istiqamətində 2020-ci ilin 16 oktyabrında çəkilmiş görüntülər yayımlanıb. Görüntülərdə Qırmızı Bazar istiqamətində məhv edilmiş erməni artilleriyası əks olunub. Sözügedən texnikanın Xocavənd istiqamətinə hərəkət etdiyi ehtimal olunur. Lakin bölmələrimizin sərrast atəşi nəticəsində erməni qoşunlarının D-30 toplarından ibarət artilleriya divizionu demək olar ki, tam şəkildə məhv edilib. Videoda həmçinin ordumuzun “Bayraktar” yoxsa artilleriya zərbəsi…

Read More