Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində seminar keçirilib

Müdafiə Nazirliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar təşkil edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, seminar çərçivəsində psixoloq ixtisaslı zabitlərə psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib. Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən hazırlanmış…

Read More
Cəbhədən Xəbər 

Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub – FOTO/VİDEO

Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə “Hürkuş” hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub. Tədbirdə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər. “Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub. Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının…

Read More
Cəbhədən Xəbər 

Bakıda NATO-nun təlim kursu keçirilib

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən “Hərbi ictimai əlaqələr” mövzusunda təlim kursu keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib. Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.

Read More
Cəbhədən Xəbər 

DSX rəhbərliyi helikopter qəzasında həlak olmuş zabitin məzarını ziyarət edib FOTO

Dekabrın 3-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qurumun digər rəhbər vəzifəli şəxsləri hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş baş leytenant Nağıyev Fərid Təyyar oğlunun məzarını ziyarət ediblər. ARANTV.AZ  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Ailəsinin arzusu ilə Beyləqan rayonunda dəfn edilmiş hərbi qulluqçunun əziz xatirəsi ehtiramla yad edilib, məzarına gül dəstələri qoyulub. Sonra hərbi qulluqçunun ailəsinə baş çəkilib və baş sağ­lığı verilib.

Read More
Cəbhədən Xəbər 

Hərbi qulluqçumuza hücum olub, erməni əsilli şəxs zərərsizləşdirilib – RƏSMİ

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Cəbhədən Xəbər 

Xaçınçay su anbarı minalardan tam təmizləndi – FOTO

“Hazırda Fövqəladə Hallar Nazirliyi (FHN) də bütün aidiyyəti qurumlar kimi azad edilmiş ərazilərin minalardan və partlamamış mərmilərdən təmizlənməsinə cəlb edilib”. ARANTV.AZ xəbər verir ki, bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun əməkdaşı gizir Bəhram Məmmədov deyib. Onun sözlərinə görə, işlər sürətlə və intensiv şəkildə aparılır: “Bu il yanvarın 3-dən etibarən Ağdam rayonunun Maqsudlu kəndində və Xaçınçay su anbarı və ondan qidalanan kənd təsərrüfatı təyinatlı kanalların ətrafının mina və partlamamış mərmilərdən təmizlənməsi sürətlə davam edir. Artıq Xaçınçay su anbarı və onun ətrafı tam şəkildə mina və partlamamış mərmilərdən təmizlənib.…

Read More
Cəbhədən Xəbər 

Artilleriya bölmələrində döyüş atışlı təlimlər keçirildi – FOTO/VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təlimlərdə digər qoşun növlərilə qarşılıqlı əlaqədə atəşi idarəetmə və digər suallar məşq etdirilərək komandir heyətinin çevik qərarqəbuletmə qabiliyyəti, o cümlədən hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib. Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlərdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarılaraq təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar. Bölmələr şərti düşmən hədəflərini sərrast atəş zərbələrilə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.  

Read More
Cəbhədən Xəbər 

Ordumuzun hərbçisi həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Hüseynov Şahin Şəmisəddin oğlu məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olub. ARANTV.AZ  xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Read More
Cəbhədən Xəbər 

Polkovnik Zaur Nudirəliyev təyyarəni düşmən mövqeyinə çırparaq şəhid olubmuş – VİDEO

Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik Zaur Nudirəliyevin döyüş zamanı hansı şəraitdə şəhid olduğu açıqlanıb. Bu barədə İTV-nin hazırladığı “Savaş şahini Zaur Nudirəliyev” adlı sənədli filmdə çıxış edən şəhid pilotun döyüş yoldaşı polkovnik-leytenant Reyhun Fərmanov bildirib. Qeyd edib ki, Zaur Nudirəliyev təkcə düşmən mövqelərinə zərbələr endirməklə kifayətlənməyib: “Oktyabrın 4-ü təxminən saat 12:15 radələri olardı, düşmənin hava hücumundan müdafiə vasitələrinin qoşulması haqqında kəşfiyyat məlumatı alan kimi, mən ona dedim ki, məhvetmə zonasına girməsin. Amma Zaur uçuşunu davam etdirdi, bizi dinləmədi. O qədər əzmli idi ki, çətin vəziyyətdə olan quru qoşunlarımızın…

Read More
Cəbhədən Xəbər 

DSX rəisi helikopter qəzasında həlak olmuş hərbçilərin məzarını ziyarət edib FOTO

Dekabrın 2-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib. ARANTV.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. DSX rəhərliyi onların xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar. Hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər. Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.

Read More