Cəbhədən Xəbər 

Goran təlim sahəsində yararsız döyüş sursatlarının məhvi həyata keçirilir

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir. ARANTV.AZ xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən bildirilib. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq. Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək.

Read More
Cəbhədən Xəbər 

Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti MMU-da olub

Yanvarın 8-də Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov ölkəmizdə səfərdə olan general-mayor Nayid Ataqan oğlu Əl-Mutairinin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüşüb. ARANTV.AZ xəbər verir ki,  qonaqlara MMU-nin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib. Görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında hərbi təhsil istiqamətində qarşılıqlı təcrübə mübadiləsinə daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir…

Read More
Cəbhədən Xəbər 

Türkiyənin diviziya generalı Azərbaycanın İstanbuldakı Konsulluğunda olub

Türkiyənin Milli Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Metin Tokel Azərbaycanın İstanbuldakı Konsulluğunda olub. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva “X”dəki hesabında bildirib. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında sarsılmaz qardaşlıq bağlarının bundan sonra da möhkəmlənməsi, əməkdaşlığın daha da dərinləşməsi diqqət mərkəzində olub.

Read More
Cəbhədən Xəbər 

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib

İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu olmuş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. ARANTV.AZ xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Mərasimdə general-mayor Həsən Əlövsədov çıxış edərək polkovnik-leytenant R.Atakişiyevin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışb, onun gənc pilotlar üçün örnək olduğunu qeyd edib. Bildirilib ki, polkovnik-leytenant R.Atakişiyevin xatirəsi…

Read More
Cəbhədən Xəbər 

Laçında mövqelərimiz yenidən atəşə tutuldu

Laçın istiqamətində yanvarın 6-sı saat 14:10 radələrində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutub. Qeyd edək ki, ötən gün də Ermənistan silahlı qüvvələri tərəfindən Laçının Zabux və Cağazur yaşayış məntəqələrini atəşə tutub.

Read More
Cəbhədən Xəbər 

Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günü ilə əlaqədar Müdafiə Nazirliyinin bir qrup zabit heyəti, Vətən müharibəsi iştirakçıları və Milli Qəhrəmanın ailə üzvləri yanvarın 2-də onun məzarını ziyarət ediblər. ARANTV.AZ  xəbər verir ki,  bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov Sumqayıt şəhərində orta təhsil alıb. Sonra o, indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib. Polad Həşimov döyüş bölgələrində Azərbaycanın müdafiəsi uğrunda ona həvalə edilən əmr və tapşırıqları layiqincə…

Read More
Cəbhədən Xəbər 

18 yaşı tamam olmuş şəxslərin NƏZƏRİNƏ – Yanvarın 1-dən…

Azərbaycan vətəndaşlarının yanvarın 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb. Musavat.com-un məlumatına görə, bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən yanvarın 30-dək ehtiyata buraxılırlar.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Azərbaycan Ordusunu təbrik edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. ARANTV.AZ  xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli xidmətinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu əlamətdar gün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini təcəssüm etdirir.…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldıldı

Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı İlham Əliyev Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliyi təsdiqləyib. Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Xatırladaq ki, bu günə qədər həmin yaş həddi 18 yaşından 35…

Read More
Cəbhədən Xəbər 

HHQ-də “Zabit ixtisas kursu”nun növbəti buraxılış mərasimi keçirilib

2024-cü ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində “Zabit ixtisas kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Mərasimdə məzunlara HHQ komandanının təbriki çatdırılaraq, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb. Bu cür kursların hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, peşəkarlıq səviyyəsinin artırılmasına müsbət təsiri qeyd olunaraq əhəmiyyəti vurğulanıb. Çıxışlardan sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub,…

Read More