Cəbhədən Xəbər 

Hərbi Prokurorluqla Hərbi İnstitutun birgə keçirdiyi tədbirdə ekoloji qanun pozuntularından danışılıb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55 illiyi münasibətilə və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunun yüksəkrütbəli hərbi qulluqçuları birgə tədbir keçiriblər. Hərbi Prokurorluğun mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunda təşkil edilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə general-mayor Elçin Məmmədov, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı, hərbi prokurorun böyük köməkçisi –…

Read More
Cəbhədən Xəbər 

Qazaxıstanda Azərbaycan hərbçilərinin iştirakı ilə təlimlər başlayıb

Qazaxıstanda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birlestik-2024” komanda-qərargah təlimləri başlayıb. ARANTV.AZ xəbər verir ki, ölkənin qərbindəki Manqistau vilayətində yerləşən “Oymaşa” poliqonunda keçirilən hərbi manevrlər iyulun 17-dək davam edəcək. Təlimlərə 4 mindən çox şəxsi heyət, 700 ədəd hərbi texnika cəlb olunub. Əsas məqsəd hərbi münaqişə vəziyyətində quru qoşunlarının manevrləri, havadan kəşfiyyat, dəniz xüsusi təyinatlıları, hərbi aviasiya və hərbi gəmilərin döyüş tapşırıqlarının icrası zamanı çevik reaksiyasının yoxlanılmasından ibarətdir. İştirakçılar eyni zamanda, hərbi döyüş növləri, taktiki planlaşdırma və atış qabiliyyətinin yoxlanılması üzrə də sınaqlara cəlb olunacaq. Qeyd edək ki,…

Read More
Cəbhədən Xəbər 

Sərhədimizi keçən qaçaqmalçılar sərhədçilərimizi keçə bilmədilər

İyul ayının 3-də saat 23:27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Sərhəd naryadının “Dayan!” əmrinə məhəl qoymayan sərhəd pozucuları qaçmağa cəhd göstərdikdən sonra “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq havaya xəbərdarlıq atəşi açılıb və onlar saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakinləri 1981-ci il təvəllüdlü Tarıverdiyev Anar Rafayil oğlu və 1983-cü il təvəllüdlü Carçıyev Sərvər Mehman oğlu olması müəyyən edilib, üzərilərinə baxış…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir – FOTO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti ilə mürəkkəb ərazi şəraitində döyüş dəstək vasitələrinin imkan və qabiliyyətlərinin qiymətləndirilməsi, qarşılıqlı əlaqənin təşkili və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə taktiki-xüsusi təlim keçirilir. ARANTV.AZ  xəbər verir ki,  Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin gedişatını izləmək üçün qoşun növlərinin idarəetmə məntəqələrində olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, müasir idarəetmə sistemlərinin və yüksək texnologiyaların tətbiqi ilə keçirilən təlimdə hərbi qulluqçular tapşırıqları peşəkarlıqla yerinə yetirir. Təlimin keçirilməsində əsas diqqət komanda-idarəetmənin təşkili, o cümlədən komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Belarusda keçirilən tədbirlərdə iştirak edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli mərasimdə fəxri qonaq qismində iştirak edib. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, müdafiə naziri Minsk şəhərində keçirilən müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri ilə yanaşı Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun da qatıldığı hərbi paradı izləyib. Daha sonra Qələbə meydanı ziyarət olunub. Nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Qələbə abidəsinin önünə gül dəstələri qoyulub. Belarus Milli Kitabxanasında Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. İclasda hərbi əməkdaşlığın cari…

Read More
Cəbhədən Xəbər 

Minskdə keçirilən paradda Azərbaycan hərbçilərinin keçidi

Minsk şəhərinin alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyi münasibətilə Belarus paytaxtında hərbi parad keçirilir. Tədbirdə Azərbaycan hərbçiləri də keçid ediblər. Parada Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın parad heyətləri ümumilikdə 5 mindən çox hərbçi cəlb edilib. Bundan başqa, meydandan 300-dən çox hərbi texnika nümayiş olunur, Minsk səmasında isə “Mi-8MTV5” və “Ka-52 Alligator” helikopterləri, “Yak-130” və “An-26” təyyarələri və s. şou göstərir.     Mənbə: Belta

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyinə yeni səlahiyyət verildi

Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları dəyişib. ARANTV.AZ  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən Müdafiə Nazirliyinə yeni səlahiyyət verilib. Müdafiə Nazirliyi də tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi üçün yaradılan ekspert-ixtisas komissiyalarında təmsil olunacaq.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

İyulun 2-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki,  qonağı salamlayan Baş Qərargah rəisi onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə qeyd edilib. NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini bildirən general-polkovnik K.Vəliyev bunun…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov Belarusa səfər edib

İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasına səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır. Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.

Read More