Cəbhədən Xəbər 

Xocalı ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ – Görün nələr tapıldı…VİDEO

Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib. “Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir”, – məlumatda vurğulanıb.

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun zabiti ürək-damar, ağciyər çatışmazlığından vəfat edib

Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.

Read More
Cəbhədən Xəbər 

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

Bu gündən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. ARANTV.AZ xəbər verir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Proses iyulun 30-da bitəcək. Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 20-də imzaladığı sərəncama əsasən, 2006-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1989-2005-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası…

Read More
Cəbhədən Xəbər 

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” kiçik artilleriya və “Anatoli Qujvin” hidroqrafiya hərbi gəmiləri iyunun 30-da Bakı limanını tərk ediblər. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib. Eyni zamanda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında futbol və voleybol üzrə yoldaşlıq görüşləri keçirilib. Hərbi dənizçilərimizin qələbəsi ilə başa çatan hər iki görüşün sonunda komandalara kubok və medallar təqdim edilib.

Read More
Cəbhədən Xəbər 

Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Gəncə İdeoloji Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri” mövzusunda tədbir keçirilib. ARANTV.AZ xəbər verir ki, tədbirdə hərbi institutun rəhbər, zabit, müəllim, kursant heyəti, AMEA MEK-nın nümayəndələri, Zəngəzur Cəmiyyətlər Birliyinin sədri və başqa qonaqlar iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər mövzu ətrafında geniş danışaraq gənclərin hərbi…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Milli Assambleyasının sədr müavini cənab Çaba Hende ilə görüşüb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin xüsusi rolu vurğulanaraq bütün sahələrdə olduğu  kimi, hərbi sahədə də birgə əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Tərəflər, həmçinin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

Read More
Cəbhədən Xəbər 

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

Xarici media Azərbaycanın İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alması barədə materiallar dərc ediblər. ARANTV.AZ xəbər verir ki, Rusiyanın “AviaPort” profilli informasiya agentliyinin və ABŞ-ın “The Defense Post” nəşrinin materiallarında bildirilir ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib. Materiallarda qeyd olunur ki, dövlət başçısına təyyarənin taktiki-texniki xüsusiyyətləri, əməliyyat və digər göstəriciləri barədə məlumat verilib. “AviaPort” agentliyi Prezident Administrasiyasının məlumatına istinadla yazır: “Çətin coğrafi və əməliyyat şəraitində həm müdafiə, həm də mülki tapşırıqları yerinə yetirməyə qadir olan təyyarə hərbi daşımalar, paraşütçülərin və yüklərin…

Read More
Cəbhədən Xəbər 

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılışına həsr olunan mərasim keçirilib. ARANTV.AZ  xəbər verir ki,  əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Milli Müdafiə Universitetinin rektoru kursu bitirən zabitləri müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni müvəffəqiyyətlər arzulayıb, həmçinin kursu tədris edən professor-müəllim heyətinə öz təşəkkürünü bildirib. Qeyd edilib ki, Azərbaycan Ordusunun peşəkar və…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov macar həmkarı ilə görüşdü – FOTOLAR

Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri Kristof Szalay-Bobrovnicski ilə görüşüb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Budapeşt şəhərində yerləşən “Qəhrəmanlar meydanı” ziyarət edilib və ənənəyə uyğun olaraq əklil qoyulub. Macarıstan Müdafiə Nazirliyinin binasında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra fəxri qonaq kitabı imzalanıb. Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi…

Read More