Cəbhədən Xəbər 

Sabah hərbçilərin nizami yürüşü keçiriləcək

26 iyun – Silahlı Qüvvələr Günündə Bakı, Sumqayıt, Gəncə, Şuşa şəhərləri və Bərdə rayonunun mərkəzi küçə və prospektlərində hərbi qulluqçuların yürüşləri və orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Hərbi qulluqçular iyunun 26-sı saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər: – Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi; – Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı –…

Read More
Cəbhədən Xəbər 

Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür

Bu gün müasir müstəqil Azərbaycan tarixi Zəfərinin yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi əsasında  hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Azərbaycanın tarixi Zəfəri Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurların təqdimatıdır. Ölkəmiz…

Read More
Cəbhədən Xəbər 

Silahlı Qüvvələrimiz müasir şəkildə yenidən qurulur

Azərbaycan Ordusu paradlar ordusu deyil, güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiqləmiş ordudur Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, taleyüklü məsələlərinin həlli naminə göstərdiyi xidmətlərin alternativi yoxdur. SSRİ miqyasında heç bir müttəfiq respublikada olmayan, heç bir dövlət başçısının cəsarət etməyəcəyi təşəbbüsü ilə hələ o illərdə sayılıb-seçilən Ulu Öndər Heydər Əliyev həmkarlarından fərqlənirdi. Hərbi təcrübəsini dövlətçilik məharəti ilə vəhdətdə həyata keçirən müdrik şəxsiyyətin adı sağlığında belə əbədiləşmişdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla uzaqgörən siyasətçi olduğunu təsdiqləyən Ulu Öndər ordu quruculuğu istiqamətində apardığı siyasəti, milli kadrların yetişdirilməsi…

Read More
Cəbhədən Xəbər 

Yanğından mühafizə komanda rəislərinin təlim-metodiki toplanışı keçirilib – VİDEO/FOTO

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, toplanışda anbarların, saxlancların, açıq saxlama meydançalarının, sexlərin, emalatxanaların, qarajların, parkların və digər yanğın təhlükəli obyektlərin yanğından mühafizə olunma qaydaları, yanğının baş verdiyi anda genişlənməsinin qarşısını almaq üçün görüləcək işlər praktiki olaraq icra edilib. Hərbi hissələrin yanğından mühafizə xidməti və ştatlı yanğından mühafizə komanda rəislərinin,…

Read More
Cəbhədən Xəbər 

Silahlı Qüvvələr Günü ərəfəsində mediaturlar təşkil edilib – FOTO/VİDEO

26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində media nümayəndələri üçün Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Mediaturlar çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də sosial-məişət şəraiti və maddi-texniki təminatı ilə yaxından tanış olublar. Media nümayəndələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdən birində olub, burada xidmət edən hərbi qulluqçularla görüşüblər. Hərbi qulluqçularımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə ediblər, Azərbaycan Ordusuna…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı – saat 13:00-da…

İyunun 22-si saat 13:00-da Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atıcı silahlardan yenidən atəşə tutulub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More
Cəbhədən Xəbər 

Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən üç il sonra, 2023-cü ildə Azərbaycanın müstəqillik tarixinə daha yeni Zəfər səhifələri yazıldı. 2023-cü ilin 23 aprelində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyü, sentyabrın 19-da isə Silahlı Qüvvələrimizin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bununla da Azərbaycanın həyatında yeni dövr başladı. Dövlət başçısı İlham Əliyev bu ilin  yanvarında yerli televiziya kanallarına müsahibəsi zamanı bu mühüm məqamı xüsusi qeyd…

Read More
Cəbhədən Xəbər 

Dövlətimizin dayağı, xalqın qüruru – Azərbacycan Ordusu

İyunun 26-da yaranmasının 106-cı ildönümünü böyük fərəh və sevinc hissi ilə qeyd edəcəyimiz şanlı Azərbaycan Ordusu hər birimizin qürur yeridir. Ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması ilə əlamətdar olmuşdur. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bu mənada mühüm əhəmiyyət daşımışdır. Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif…

Read More
Cəbhədən Xəbər 

Daxili İşlər Nazirliyinin Hərbi İnstitutunda məzunların növbəti buraxılışı olub

İyunun 21-də Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib. Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının…

Read More