Cəbhədən Xəbər 

Qazaxıstan Hərbi Polis Baş İdarəsinin nümayəndələri Azərbaycanda səfərdədir – FOTO

Azərbaycanda səfərdə olan Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar. ARANTV.AZ  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb. Keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qazaxıstan nümayəndə heyəti Hərbi Polis bölmələrinin istifadəsində olan müasir silah və texnikaya, həmçinin avtomobil parkına…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə olunub

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri davam edir. Azərbaycanın Serbiyadakı səfirliyindən “İki sahil”ə bildirilib ki, səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev Serbiyanın mədəniyyət naziri, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviçilə görüşüb. Görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrindən, dinamik inkişaf edən ikitərəfli münasibətlərdən bəhs edilib, səfər proqramının yekunu və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın Serbiyadakı…

Read More
Cəbhədən Xəbər 

Müdafiə nazirinin müavini – Baş direktor İtaliyada səfərdədir

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov İtaliya Respublikasına səfər edib. ARANTV.AZ  xəbər verir ki,  səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb. Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Görüşdə, həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Read More
Cəbhədən Xəbər 

Kərim Vəliyev Serbiyada “Yugoimport SDPR” şirkətini ziyarət edib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə “Yugoimport SDPR” şirkətini ziyarət edib. Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib. Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Daha sonra “Rastko Nemanyiç” hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub. Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və texnika nümunələri təqdim…

Read More
Cəbhədən Xəbər 

Ordumuzun radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin təlimindən görüntülər

Cari ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində taktiki-xüsusi təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ssenariyə uyğun olaraq, təlimə cəlb olunan bölmələr döyüşə hazırolma dərəcəsinə gətirilib, döyüş təyinatı rayonuna çıxarılıb. Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması, bölmələrə tapşırıqların çatdırılması üzrə praktiki fəaliyyətlər məşq etdirilib. Radiasiya və kimyəvi kəşfiyyat bölmələrinin qüvvələri ilə mövcud şəraitin izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib, şərti düşmənin kütləvi qırğın silahı tətbiq etməsinə hazırlığı vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülüb, həmçinin radiasiya, kimyəvi və…

Read More
Cəbhədən Xəbər 

NATO Qətər Hava Qüvvələri ilə əməkdaşlığı artırır

Azərbaycan, Qətər və NATO-nun mütəxəssisləri “C-130 Hercules” Hava Nəqliyyatı Bölməsinin qarşılıqlı fəaliyyət səviyyəsinin qiymətləndirilməsində birgə iştirak ediblər. ARANTV.AZ xəbər verir ki, bu barədə NATO məlumat yayıb. “İyunun 9-dan 13-dək müttəfiqlərin Ramştayndakı Hərbi Hava Komandanlığının, Neapoldakı Birgə Qüvvələr Komandanlığının, NATO və Azərbaycanın ekspertləri Alyansın əməliyyatları çərçivəsində “C-130 Hercules” Hava Nəqliyyatı Bölməsinin qarşılıqlı fəaliyyət səviyyəsinin qiymətləndirilməsində QSQ-yə (Qətər Silahlı Qüvvələrinə – red.) köməklik göstəriblər”, – məlumatda diqqətə çatdırılıb. Bildirilib ki, əmirliyin silahlı qüvvələrinə məxsus “C-130 Hercules” nəqliyyat təyyarələrindən ikisi 2022-ci ildə İstanbul Əməkdaşlıq Təşəbbüsü (ICI) çərçivəsində Alyansın missiyalarına potensial dəstək üçün NATO-nun qüvvələr…

Read More
Cəbhədən Xəbər 

Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra Serbiya şairi və yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub, önünə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib. Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahında Azərbaycan Ordusunun Baş Qərargah rəisi…

Read More
Cəbhədən Xəbər 

Dörd hərbçimiz Türkiyədə paraşütdən tullanma təlimlərini uğurla başa vurub – VİDEO

Azərbaycan Ordusunun 4 hərbçisi Türkiyədə paraşütdən tullanma təlimlərini başa vurub. ARANTV.AZ  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, İkinci Baş Reaktiv Baza Şəxsi Heyət Xilasetmə (PK) Təlim Komandanlığının məsuliyyəti altında keçən təlimləri həmçinin 31 kursant bitirib.    

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər keçirilib

Azərbaycan Ordusunun qoşun növləri, birlik və birləşmələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılıb. Hərbi qulluqçuların iştirakı ilə qurbanlıqlar kəsilib, onlar üçün bayram süfrələri təşkil edilib. Müdafiə nazirinin tapşırığına əsasən Qurban bayramı münasibəti ilə Bakı şəhərində, eləcə də respublikamızın digər bölgələrində…

Read More