Manset 

Adi ispanağın bu faydalarına inanmayacaqsınız!

Əslində ispanaq göyərti deyil, yarpaq tərəvəzdir. İspanaq olduqca faydalı və diyetik məhsuldur. Bütün dünyada qida mütəxəssisləri və diyetoloqalar ən faydalı məhsulların siyahısını tərkib etdikdə mütləq ora ispanağı da daxil edirlər. ARANTV.AZ ispanağın inanılmaz faydalarını sizə təqdim edir. 1. Raş Universitetinin (ABŞ) alimləri sübut edib ki, ispanaq beyinin qocalmasını xeyli ləngidir, Alsheymer xəstəliyinin və demensiyanın qarşısını alır. 2. İspanaq əzələləri daha güclü edir, əzələ toxumasını artırmağa yardım edir. 3. İspanaq ürəyin sağlamlığını qoruyur. Omeqa-3 maddəsi ilə zəngin olan ispanaq ürək və damar xəstəliklərinin riskini azaldır. 4. Amerika alimləri aşkar ediblər ki,…

Read More
Manset 

Evlənmək çətin deyil, evli olmaq çətindir

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur. Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək. Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və…

Read More
Manset 

Kişinin xəyanət etdiyini göstərən 12 əlamət

Türkiyənin klinik psixoloqu Mehmet Başkak bir kişinin həyat yoldaşını aldatdığını göstərən bariz işarələr olduğunu deyib. ARANTV.AZ yenicag.az-a istinadən həmin 12 əlaməti təqdim edir. 1. Köynəyinin yaxasında və geyimlərində dodaq boyası ləkələri, bədənində cinsi əlaqə zamanı yarandığını düşündüyünüz bəzi izlər, saçında, ya da paltarlarında başqa bir qadının qoxusu… Səhər başqa alt paltarıyla gedib axşam başqasıyla dönənlər. Xüsusən də bütün bunlar bir dəfədən çox baş veribsə… 2. Xarici görünüşünə həddindən çox fikir verir? Bəlkə, daha yaxşı geyinir, bəlkə, birdən-birə təraşdan sonra aşırı miqdarda ətir vurur, yaxud anidən idman eşqi baş qaldırır və ağırlıq…

Read More
Manset 

Üzük taxdığınız barmaq xasiyyətinizi ələ verir. Psixoloqların maraqlı izahı

Qədim zamanlarda üzük taxmaq müxtəlif mistik ritualların tərkib hissəsi idi. Belə rituallardan biri bu günümüzə qədər çatıb. Söhbət, təbii ki, nikah və sevgi simvolu olan nişan üzüyündən gedir. Psixoloqların fikrinə görə, üzüklərin taxılması (hansı barmağa taxılır, böyükdür yoxsa kiçikdir və s.) insanın xasiyyətindən xəbər verir. Böyük barmaqda üzük ARANTV.AZ  xəbər verir ki, məhz böyük barmağa üzük taxmağı xoşlayalar enerjili və emosional, hislərini gizlədə bilməyən, coşqun insanlar olur. Onlar əksər hallarda çox tərs olur, onlarla mübahisə etmək, onların fikrini dəyişmək, nəyə isə inandırmaq çətin məsələdir. Bu insanlarlar cəsarətli və ürəkli olur, problemlərdən…

Read More
Manset 

Pul ağacı. Evə pul gətirməsə də, sağlamlıq gətirir

Pul ağacı kimi tanınan (krasula) otaq bitkisinə ofislərdə və evlərdə rastlamaq mümkündür. Pul gətirəcəyinə inanılaraq saxlanılan bu bitkinin bir çox faydalı xüsusiyyətləri də mövcuddur. ARANTV.AZ  bildirir ki, pul ağacının yarpaqlarında çox miqdarda efir yağları, flavonoidlər var. Pul ağacı bitkisi otağın havasını yaxşı təmizləyir. Bu bitkinin şirəsi güclü bakteriosid, virusəleyhinə, iltihabəleyhinə, bərpaedici xüsusiyyətlərə malikdir. Xalq təbabətində bu bitkidən bır sıra xəstəliklər zamanı istifadə edilir: – Oynaq xəstəlikləri (artrit, artroz, podaqra); – Mədə xorası və 12 barmaq bağırsağın xəstəlikləri; – Varikoz; – Revmatizm, 3-lü sinirin soyuqdəyməsi; – Babasil; – Pielonefrit, sistit; –…

Read More
Manset 

Alimlər qəndin əsas zərərini açıqladı

Qlükoza və fruktozadan ibarət olan saxaroza bağırsaq mikroflorasının inkişafı üçün vacib olan zülalın formalaşmasına əngəl yaradır. ARANTV.AZ  xəbər verir ki, belə bir nəticəyə ABŞ-ın Yel Universitetinin alimləri gəlib. Məlum olduğu kimi, bağırsağın mikroflorası insanın sağlamlığında vacib rol oynayır, onun quruluşu qida rasionundan asılı olaraq dəyişir. Buna qədər karbohidratların nazik bağırsağa qədər sovrulduğu, şəkərin isə heç vaxt yoğun bağırsağa qədər gedib çıxmadığı hesab olunurdu. Lakin bu yaxınlarda şəkərin mikrofloraya təsir etdiyi, onun quruluşunu dəyişə bildiyi qeyd olunur. Alimlər yüksək qlükoza və fruktozadan ibarət pəhrizin siçan orqanizmində faydalı Bacteroides thetaitaomicron bakteriyasına təsirlərini araşdırıb. Məlum…

Read More
Manset 

Qadınlar niyə kişilərdən çox yaşayır?

Qadınların kişilərlə müqayisədə daha uzun ömür sürməsi onların həyata daha “sağlam” yanaşması deyil, orqanizmlərində qocalmanı ləngidən əlavə gen surətinin olması ilə əlaqəlidir. ARANTV.AZ xəbər verir ki, bu barədə elmi araşdırmanın nəticələri “Aging Cell” jurnalında dərc olunub. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hal-hazırda orta insan ömrü 71 yaş təşkil edir. Ən yoxsul Afrika dövlətlərindən tutmuş ən zəngin Avropa şəhərlərinə kimi bütün dünya ölkələrində qadınların orta ömrü kişilərdən daha yüksəkdir (müvafiq olaraq 73 və 68 il). Maraqlıdır ki, antropoloqlar bu tendensiyanın ibtidai icma quruluşunda qalmış xalqlar arasında da müşahidə olunduğunu müəyyən edib.…

Read More
Manset 

Çox çay içmək nə üçün ziyanlıdır?

Çay ən faydalı içkilərdən biri sayılır. Çay orqanizmi tonuslaşdırır, təzyiqi tənzimləyir, mübadilə proseslərini stimullaşdırır, qanda pis xolesterolun səviyyəsini açağı salır, orqanizmi təmizləyir, xərçəngin riskini azaldır. Alimlərin fikrinə görə, gün ərzində 4-5 fincan təzə dəmlənmiş yaxşı çay içmək orqanizmə böyük fayda verə bilər. Bundan artıq miqdarda içilən çay isə əksinə sağlamlığa ziyan vurur. ARANTV.AZ  sizə çoxlu çay içməyin ziyanlarını təqdim edir: 1. Sümüklər üçün ziyanlıdır, sümüklərdən kalsiumu yuyub aparır ki, bu da onları zəif və kövrək edir, sınıqların riskini artırır. 2. Sinir sisteminə qıcıqlandırıcı təsir edir, yuxu pozulmalarına, əsəbiliyə səbəb olur. 3.…

Read More
Manset 

Qış depresiyası nədir və ondan QURTULMAĞIN YOLLARI

Qışda soyuq və tutqun hava, gün işığının azlığı və hərəkətsizlik depresiyaya səbəb olur. Bəs qış depresiyasından necə qurtula bilərik? ARANTV.AZ mövzu ilə əlaqədar oxucularına maraqlı yazını təqdim edir. Payız və qış aylarında serotonin ve melatonin hormonlarının səviyyələrində dəyişikliklər baş verir. Bu hormonlar əhvala və yuxu rejiminə təsir edir. Gün işığının azalması, qaranlıq saatların artması melatonin hormonunun çoxalmasına, serotonin hormonunun isə azalmasına səbəb olur. Bu vəziyyət isə depresiyanı meydana çıxarır. Mövsümi depresiyaya meylli insanlarda bu daha çox üzə çıxır. Depresiyaya düşən insanlar xoşbəxt olmur. Ama xoşbəxt olmamağınız depresiya əlaməti olmaya da…

Read More
Manset 

Natamam yuxunun yeni fəsadları aşkarlandı

Köln Universitetinin alimləri yuxu çatışmazlığının yeni fəsadlarını üzə çıxarıb. Almaniyalı həkimlər belə bir nəticəyə gəlib ki, az yatan insan zərərli qidalar qəbul etməyə və artıq çəkiyə meyilli olur. ARANTV.AZ  xəbər verir ki, elmi araşdırmanın nəticələri haqqında press-reliz “Eurekalert!” saytında dərc olunub. Tədqiqatda 19-33 yaşlarında 32 nəfər iştirak edib. Könüllülər bir həftə intervalla iki funksional maqnit-rezonans tomoqrafiya sessiyasından keçib. Təcrübədə iştirak edənlər beyin müayinəsindən əvvəl şam yeməyi yeyib. Onların bəziləri evə yollanıb, qalanları laboratoriyada yuxusuz gecə keçirib. Səhər tezdən mütəxəssislər könüllülərin iştaha səviyyəsini qiymətləndirməyə çalışıb. Əvvəl iştirakçılar yeyilə bilən və yeyilə bilməyən predmetlər təqdim olunub.…

Read More