Manset 

Xoşbəxtliyin sirri çözüldü

Stendford institutunun mütəxəssisləri keçirdikləri təhqiqatlar nəticəsində xoşbəxtliyə çatmağın yollarını tapıblar. Təhqiqatların nəticəsində məlum olub ki, insanlar əlindən gələn yaxşılıqları digərlərinə edən zaman özlərini xoşbəxt hesab edirlər. ARANTV.AZ bildirir ki, sözügedən təhqiqatda bir neçə könüllü insan iştirak edib. Təhqiqatların nəticəsində məlun olub ki,  nəyisə kiməsə bəxş edən insanlar, kimdənsə nəsə qəbul edən insanlardan daha xoşbəxt olurlar. Mütəxəssislər qeyd ediblər ki, altruizm insanların həmçinin ömrünün artmasına da səbəb olur. Alimlər bildiriblər ki,  insanların xoşbəxt olmasına səbəb heç də yığılan pullar və əşyalar olmur. Xoşbəxtliyin həqiqi səbəbi insanın öz həyatından məmnun olmasıdır.  Bu məmnunluğu…

Read More
Manset 

Qocalmaq istəməyənlər üçün 5 sadə içki

Diyetoloqların fikrinə görə, bəzi faydalı içkilərin müntəzəm istehlakı nəinki sağlamlığı qoruyur, həmçinin orqanizmin qocalmasını da ləngidir. ARANTV.AZ saglamolun.az-a istinadən bu içkiləri təqdim edir: 1. Alma şirəsi Hüceyrələri sərbəst radikalların təsirində qoruyan alma şirəsi qocalmanı ləngidir. Amerika alimləri aşkar edib ki, alma şirəsinin istehlakı yaşlı insanlarda beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. 2. Nar şirəsi Tanin, flavonoidlər, vitamin və minerallarla zəngin olduğundan nar şirəsi ən faydalı şirələrdən biri sayılır. Nar şirəsi arterial təzyiqi normallaşdırır, immun sistemini möhkəmləndirir, xərçəngin riskini azalıdır. 3. Xiyar şrəsi Bu şirə orqanizmdən ziyanlı maddələrin çıxmasını sürətləndirir, ateroskleroz və işemiya…

Read More
Manset 

Risk etməyin! Viaqranın daha bir əks-təsiri aşkar edilib

İngiltərədə orta yaşlı kişi yüksək miqdarda viaqra qəbul etdiyi üçün görmə qabiliyyətini itirib. ARANTV.AZ xəbər verir ki, bu barədə tibb dünyasının əhəmiyyətli jurnallarından olan “Retinal Cases and Brief Reports”-da xəbər yayılıb. Məlumata görə, araşdırmanın müəllifi həkim Riçard Rosen qeyd edib ki, insanlar çox zaman yüksək dozada dərman qəbul edərək, sağlam qalacaqlarını düşünürlər: “Yüksək dozada dərman qəbul etmək zərərlidir və araşdırmamda bu, bir daha sübuta yetirildi”. Rosen qeyd edib ki, 31 yaşlı bir kişi xəstəxanaya gələrək görmə problemi yaşadığını qeyd edib. Araşdırma zamanı onun qanında yüksək dozada viaqra olduğu müəyyən edilib.…

Read More
Manset 

Dünyada ən nadir göz rəngi hansıdır?

Hal-hazırda göz rənglərinin çoxlu sayda variasiyaları mövcuddur. Bu və ya digər rəng tonunun yayğınlığı müxtəlif coğrafi zonalara görə də fərqlənir. Bəs həmişəmi belə olub? Alimlər sübut edib ki, təqribən 10 min il əvvəl bütün dünya əhalisinin gözü qəhvəyi rəngdə olub. Bu rəng indi də ən çox rastlanandır – 70-90%. Qəhvəyidən sonra isə mavi göz rəngi yaranıb. Bu göz qişasında melaninin azalmasına görə baş verdi. Alimlər 12-dən (Sovet antropoloqu V.V.Bunakın sisteminə görə) 16-ya qədər (Qərbdə qəbul olunmuş Martin-Şultsın cədvəlinə görə) göz çalarını ayırırlar. Onların arasında mavi, göy, qəhvəyi, boz, sarı, yaşıl,…

Read More
Manset 

Niyə xoşbəxt deyilik? Necə xoşbəxt ola bilərik? PSİXOLOQUN TÖVSİYƏLƏRİ

Dünyadaki insanları xoşbəxt və bədbəxt deyə iki kateqoriyaya ayırsaq, əksəriyyəti xoşbəxt olmadığını söyləyəcəkdir. ARANTV.AZ bildirir ki, əgər xoşbəxt deyiliksə, ilk öncə xoşbəxt olmamağımızın səbəblərini bilməliyik. Daha sonra isə xoşbəxt olmaq üçün nələri etməmiz lazım olduğunu düşünməliyik. Xoşbəxt olmamağımızın səbəblərini belə sıralaya bilərik: 1. Özünəqapanmaqdır. Özünü günahkar sayanlar, bir nöqtəyə ilişib qalanlar, megalomanyaklar (özünü hər kəsdən üstün görən və hər zaman özünü ön plana çıxartmaq istəyən insandır). Bunların xoşbəxtliyə qovuşması üçün tək yolu var. O da ətraf aləm ilə maraqlanmaqdır. 2. Hər şeyi öyrənib bitirmiş və artıq dünyada yaşamağa dəyər, heç bir şeyi…

Read More
Manset 

Xoşbəxtlik insanın içində olmalıdır

Həyat marafon yarışına bənzəyir. İnsan doğulduğu andan öləcəyi günə qədər daim hərəkətdədir. ARANTV.AZ xəbər verir ki, kimisi uğur qazanmaq, yer tutmaq üçün dayanmadan çalışır, kimisə özünü həyatın axışına buraxır və ya başqasının gözəl həyatına baxıb köks ötürür. Ətrafında olan, arzuladığı və ondan çox-çox uzaqda olan həyatlar bəzilərinə daha da irəli getmək üçün stimul versə də, bir çoxlarına xəstəlikdən başqa bir şey vermir. İnsanların həyata qarşı narazılıqları onların səhhətinə də ciddi təsir göstərir. Tibb Universitetinin həkim-qastroenteroloqu Habil Hüseynov “Zaman-Azərbaycan”a müsahibəsində bildirdi ki, insanlarda tez-tez yorğunluq, halsızlıq, ruh düşkünlüyü kimi hallar müşahidə…

Read More
Manset 

Üzümün bu günə qədər bilinməyən faydası — Xərçəngi sağaldır

Cenevrə universitetinin bir qrup alimi üzüm üzərində yeni tədqiqat aparıblar. ARANTV.AZ  xəbər verir ki, üzümün tərkibində olan resveratrol fenol birləşməsi ağ ciyər xərçəngi ilə mübarizə aparma gücünə malikdir. Alimlər bunu təsdiqləmək üçün laboratoriya siçanları üzərində təcrübə aparıblar. Siçanların bir çoxu tütün tüstüsünün tərkibində olan kanserogenə məruz qalıb. Eyni zamanda resveratrol qismində “müalicə” də tətbiq edilib.  Siçanlar dörd qrupa bölünüb: birinci qrup, yoxlama qrupudur. Bu qrupa nə kanserogen, nə də resveratrol verilib. İkinci qrupa hər iki maddə eyni zamanda verilib.  Üçüncü qrupa sadəcə kanserogen, dördüncü qrupa isə sadəcə resveratrol verilib. Alimlər…

Read More
Manset 

Ana olmaq üçün ən uyğun yaş hansıdır? – ARAŞDIRMA

İngiltərədə aparılan bir araşdırmada qadınların fiziki və psixoloji baxımdan hansı yaşda ana olmağa uyğun olduqları ilə bağlı qəribə nəticələr ortaya çıxıb. ARANTV.AZ həmin nəticələri təqdim edir. “Royal College” Ginekologiya Birliyinin apardığı araşdırmanın nəticəsinə görə, 20-35 yaş arası ana olmaq üçün ən uyğun zamandır. Bu 15 illik zaman içərisində yumurtalığın döllənməsi daha asan olur. Bu yaşda yüksək təzyiq xəstəsi olma ehtimalı az olduğu üçün hamiləlikdə hər hansı bir təhlükəli durumun olması da azdır. Qadın daha enerjili dönəmdə olduğundan yuxu azlığı və ağır rejim anaya o qədər də təsir etmir. Qeysəriyyə kəsiyi…

Read More
Manset 

Zəif işıq beyin strukturunu dəyişdirə bilər

Uzun müddət zəif işıq altında vaxt keçirtmənin beynin strukturunu dəyişdirəcəyi və öyrənmək, yaddaşa zərər verə biləcəyi müəyyən edilib. ARANTV.AZ xəbər verir ki, ABŞ-ın Miçiqan Universitetinin neyrobioloqları insanlar kimi gündüz hərəkət edib gecələr yatan Nil çöl siçanları üzərində araşdırma aparıblar. Belə ki, onlar siçanların bəzilərini bir ay boyunca zəif, digərlərini parlaq işığa məruz qoyublar. Zəif işığın təsiri altında olan siçanların beyinlərindəki öyrənmə və yaddaşla bağlı hippokampus bölümündə təxminən 30 faizə yaxın enerji itkisi qeydə alınıb. Bundan əlavə, heyvanların məkanla bağlı vəzifələrini yetirərkən çətinlik çəkdiyi məlum olub. Parlaq işığa məruz qalan siçanlarda isə…

Read More