Gündəm 

Suverenlik müstəqil Azərbaycanın varlığını, inkişaf və tərəqqisini təmin edən əsas amildir

Prezident İlham Əliyevin 19 sentyabr 2024-ci il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamında bildirilir ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir: “Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.” Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa…

Read More
Gündəm 

Gözdən düşən erməni kilsəsi

Baş nazir Nikol Paşinyan bütün ermənilərin katolikosunun ölkədən çıxarılması planını təsdiqləyib Ermənistanda kilsənin dövlət işlərində təsiri, rolu həmişə diqqətdə olub. Dünyanın müxtəlif ölkələrində məskunlaşan erməni diasporunun yardımları hesabına antitürk təbliğatında, müsəlmanlara qarşı əsrlərdən bəri aparılan etnik təmizləmə siyasətində və soyqırımlarda aparıcı qüvvə kimi qəddarlığını davam etdirən kilsənin din xadimləri daha çox terrorlara dəstək göstəriblər. Yeri gəldikdə erməni lobbisi ilə birləşərək hakimiyyətə qarşı təsir, təzyiq vasitəsi kimi istifadə olunan kilsələrdə ən qatı cinayətlərin planları belə hazırlanıb. Bu günlərdə işğalçı ölkədə yenidən alovlanan dövlət-din münasibətləri onsuz da mürəkkəbləşən ölkədaxili vəziyyəti daha da…

Read More
Gündəm 

“Əsrin müqaviləsi”nin 31 ili – Azərbaycanın qazancları

İlham Şaban: “İri neft müqaviləsinin imzalanması ilə cəmiyyətdə gələcəyə ümid, xaricdə isə ölkəmizə maraq yarandı” Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 31 ili tamam olur. “Xəzər dənizinin Azərbaycan sektorunda ”Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə 1994-cü il sentyabrın 20-də Bakının “Gülüstan” sarayında imzalanıb. “Əsrin müqaviləsi”ndə 8 ölkənin – Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının – 13 neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR,…

Read More
Gündəm 

İcra başçıları daha bir səlahiyyətini itirdi – dəyişən nə olacaq?

Taksi dayanacaqlarını quraşdırmaq AYNA-ya verilir Rayonlarda da dayanacaq məntəqələri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən quraşdırılacaq. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb və bu məqsədlə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün…

Read More
Gündəm 

Azərbaycan Asiya nəhəngindən yeni silah ala bilər – düşmənlərə mesaj

Müdafiə naziri Çində həmkarı ilə görüşüb; ölkəmiz o gözəgörünməz qırıcı təyyarələri əldə edərsə… Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Çin Xalq Respublikasının milli müdafiə naziri admiral Dong Junun dəvəti ilə 12-ci Syanşan Forumunda iştirak etmək üçün Pekində işgüzar səfərdədir. Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 18-də müdafiə naziri “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə keçirilən 12-ci Pekin Syanşan Forumunun rəsmi açılış mərasimində iştirak edib. Forum çərçivəsində general-polkovnik Zakir Həsənov çinli həmkarı admiral Dong Jun və Mərkəzi Hərbi Şuranın Avadanlıqların İnkişafı Departamentinin…

Read More
Gündəm 

Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə – Borclar silinə bilər

Komitə sədrindən icra edilməyən qərarlarla bağlı çağırış: “Bank vətəndaşın durumunu bilirdi, krediti verəndə geri qayıtmayacağını bilməli idi”; mütəxəssislərdən təkliflər Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məhkəmə qərarları ilə bağlı maraqlı faktlar açıqlayıb. Deputat bildirib ki, Azərbaycanda vətəndaşların banklara borcunu qaytarmamasına görə 340 minə yaxın məhkəmə qərarı icra edilməyib: “Hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməli idi”. Əkrəm Həsənov İqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo-ya bildirib ki, icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələləri ilə bağlıdır. Əkrəm…

Read More
Gündəm 

Araikgil Ermənistana qaytarıla bilərmi – baş nazirin o sözü…

Azər Həsrət: “Azərbaycan bu məsələyə baxa bilər, amma İrəvan da qarşılığında nəsə verməlidir” “Biz bu mövzu üzərində (Bakıdakı erməni hərbi canilərin qaytarılması – red.) gündəlik praktiki olaraq işləyirik”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də hökumətin brifinqində bildirib. “Göz qabağında olacaq bir nəticə olana qədər, mövzunun hədsiz həssaslığına görə əlavə sizin hamınızın bildiklərindən başqa heç nə deyə bilmərəm”, – Paşinyan əlavə edib. Erməni baş nazirin sözlərindən belə çıxır ki, Bakı ilə İrəvan arasında bu məsələ ilə bağlı müzakirələr gedir. Söhbət hərbi canilərin Ermənistana qaytarılmasından gedirsə, əvvəla, onlar barəsində məhkəmə…

Read More
Gündəm 

Müstəqillikdən tam suverenliyə: Azərbaycanın yüzillik yol xəritəsi

Dövlət üçün suverenlikdən və müstəqillikdən, vətəndaş üçünsə azadlıqdan müqəddəs heç nə yoxdur. Zəngin tarixi keçmişi olan Azərbaycan xalqı azad yaşamaq üçün həmişə mübarizə aparmışdır. Xalqımız bir gerçəkliyi heç vaxt unutmamışdır: suveren dövlət qurmadan azad yaşamaq mümkün deyildir. Azərbaycan 1918–1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarixi nöqteyi-nəzərdən 23 ay çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən…

Read More
Gündəm 

Türkiyə Səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyənin Azərbaycandakı Səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edirik. Report xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında yazılıb. “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik”,-məlumatda qeyd olunub.    

Read More
Gündəm 

Paşinyandan SON DƏQİQƏ Azərbaycan, Türkiyə və Rusiya BƏYANATLARI: Bu sərhədlərdə… – Detallar CANLI

Bütün gecə Ukrayna Rusiyanın kütləvi hücumu altında olub. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, Rusiya 40 qanadlı və ballistik raket və 580-ə yaxın drondan istifadə edib. Zelenski qeyd edib ki, Rusiya mülki infrastrukturu, yaşayış sahələrini hədəf alıb: “Dneprdə çoxmərtəbəli binaya birbaşa raket zərbəsi endirilib. Hücum nəticəsində onlarla yaralı var. Təəssüf ki, üç nəfər ölüb”. Ukrayna lideri qeyd edib ki, Rusiyaya qarşı güclü beynəlxalq cavab lazımdır: “Ukrayna özünü və Avropanı qoruya biləcəyini sübut etdi, lakin etibarlı bir qalxan üçün birlikdə hərəkət etməlidirlər: hava hücumundan müdafiəni gücləndirmək, silah tədarükünü artırmaq,…

Read More