Cəmiyyət 

Oruc zamanı dərman istifadəsi ilə bağlı izah

“Orucu pozan əsas amillər – yemək, içmək və cinsi münasibət – klassik fiqh mənbələrində daha qabarıq şəkildə göstərilib”.

Bunu BiG.AZ-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib.

O, qeyd edib ki, son dövrlərdə isə vitamin qəbulu, eləcə də qulaq və göz dərmanlarından istifadə ilə bağlı suallar daha çox müzakirə olunur:

“Ümumilikdə, qulaq damcıları orucu pozmur. Çünki qulaqdan mədəyə birbaşa keçid yolu yoxdur. Eyni şəkildə, burun dərmanlarının istifadəsi də əksər hallarda orucu pozmuş sayılmır. Bununla belə, həkimlər və din alimləri oruc zamanı burun və qulaq preparatlarından istifadə edərkən ehtiyatlı olmağı tövsiyə edirlər.

Hər hansı ağrı – istər diş, istərsə də baş ağrısı – zamanı keyidici iynə vurulması da orucu pozmur. Lakin vurulan iynənin tərkibi qidalandırıcı maddələr və ya vitaminlərlə zəngindirsə, bu halda oruc pozulmuş hesab olunur”.

Daha çox xəbərlər