Gündəm 

Səudiyyə Ərəbistanı Pakistan-Türkiyə-Azərbaycan hərbi blokuna qoşulur?

Pakistanın baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman hər iki ölkəyə hücum zamanı qarşılıqlı yardım üçün strateji müdafiə sazişi imzalayıblar. Elə bu yaxınlarda Hindistan-Pakistan müharibəsi baş verdi. Bu müharibədə Türkiyə və Azərbaycan Pakistanın yanında yer aldı. Xüsusən Türkiyənin bu işə müdaxiləsi Pakistanın qələbəsini təmin etdi. Bundan dolayı Şahbaz Şərif Türkiyə və Azərbaycanda oldu, hər iki ölkəyə rəsmən təşəkkürünü bildirdi. O da sirr deyil ki, II Qarabağ Müharibəsində Pakistan Azərbaycana ciddi şəkildə dəstək verib. Yəni Pakistan-Türkiyə-Azərbaycan hərbi ittifaqı mövcuddur. Hindistan-Pakistan müharibəsi kimi qlobal xarakterli bir sınaqdan…

Read More
Gündəm 

Strateji güclər-Azərbaycan və BƏƏ-nin Qarabağda işbirliyi

33 il əvvəl diplomatik münasibətlər quran Azərbaycan və BƏƏ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ümumiyyətlə, Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri yüksək səviyyəli siyasi və diplomatik əməkdaşlığa əsaslanır. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu həftə Qarabağa səfəri, ali qonağın Füzuli Beynəlxalq Hava Limanında qarşılanması siyasi və mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu, ilk növbədə, azad olunmuş ərazilərdə qurulan infrastrukturun bütün təhlükəsizlik standartlarına uyğun olduğunu təsdiqləyir. Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzurda qurulan hava limanlarının təhlükəsizlik, beynəlxalq səfərlərin təşkili baxımından vacibliyini təsdiqləyir. Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Nigar…

Read More
Gündəm 

“Pul almışam, yaxşı eləmişəm” – Daha bir direktorun səs yazısı yayıldı

Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 308 nömrəli məktəbin direktoru Təranə Məmmədovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Sözügedən səs yazısında onun “mən də burada qulam, pul almışam, yaxşı eləmişəm” kimi ifadələri eşidilir. Bununla yanaşı, iddialara görə, məktəbdə attestat qiymətlərinin dəyişdirilməsi, yəni jurnalda yazılan qiymətlərlə sənəddə göstərilən qiymətlərin fərqli olması halları da var. Məktəbin direktoru iddialarla bağlı Baku TV-yə açıqlamasında özünə bəraət qazandıraraq valideynlərin şikayətini əsaslı hesab etmədiyini bildirib. Daha ətraflı videomaterialda:

Read More
Gündəm 

Taboşar dağının yeni büsatı – vaxtilə burada uran filizi hasil edən qaloş zavodu varmış

Son zamanlar Özbəkistanın sərvəti getdikcə Yaxın Şərq, Ural və Kola yarımadasının faydalı qazıntı ehtiyatları ilə müqayisə edilir. Bu günlərdə qardaş ölkənin prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanın Üstyurt bölgəsində böyük qaz yatağının kəşf edildiyini açıqlayıb. Ola bilsin ki, bu yataq Rusiyanın Sibirdəki yataqlarından Türkmənistan və İran vasitəsilə Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ərəb ölkələrinə qədər uzanan yeraltı qaz “çayı” üzərində yerləşir. Hazırda Daşkənd yaxınlığında, Kurama silsiləsində və Çadak filiz bölgəsində ikinci ən böyük mədən klasteri inkişaf etdirilir. Qiymətli metalların hasil olunduğu bu bölgə qədim zamanlardan tanınır, hətta onun ərazisində…

Read More
Gündəm 

Vətənpərvər şəxsiyyət, böyük siyasi xadim

Prezident İlham Əliyevin 2025-ci il sentyabrın 17-də Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalaması dövlət başçısının Cümhuriyyətin tarixinə, onun qurucularına olan xüsusi ehtiramın bariz nümunəsidir Ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının irsinə daim böyük diqqət göstərilir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının nəşr olunması, 1918-ci il mayın 28-də Azərbaycan istiqlalını elan edənlərin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində xatirə abidəsinin ucaldılması milli və tarixi dəyərlərimizə sədaqətin əyani təsdiqidir. Ümummilli Lider Heydər Əliyev 1993-cü il dekabrın 29-da…

Read More
Gündəm 

Cəmi 23 saata Ordumuz tarixi qələbə qazandı və regionda sabitliyi bərpa etdi

Hər hansı qanunsuz silahlı dəstələrin, yaxud qondarma qurumların mövcudluğuna əsla imkan verilməyəcəkdir 2023-cü ilin sentyabr hadisələri Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu antiterror tədbirlərinə start verdi. Bu əməliyyatın məqsədi yalnız təxribatların qarşısını almaq deyildi, həm də ərazilərimizdə hələ də mövcudluğunu qoruyan qanunsuz silahlı birləşmələrin tərksilah edilməsini, dövlətimizin konstitusiya quruluşunun bərpasını təmin etmək idi. Cəmi 23 saat ərzində həyata keçirilən əməliyyat Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, strateji çevikliyini və peşəkarlığını bir daha nümayiş etdirdi. Qısa müddətdə…

Read More
Gündəm 

Ədalətin, beynəlxalq hüququn təntənəsi

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq xalqın maraqlarına, iradəsinə əsaslanır Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 2023-cü ilin 19 sentyabr tarixində həyata keçirilən,…

Read More
Gündəm 

Qanla alınan torpaqları alın təri ilə suvaranda Vətən olur

Artıq Qarabağda və Şərqi Zəngəzurda bolluq  və firavanlıq zamanıdır Azərbaycanın ən məhsuldar torpaqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Məhz bu səbəbdən  işğaldan azad olunmuş rayonlarda da yeni aqroparkların yaradılması, oradakı ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etmək dövlətimizin qarşısında duran mühüm məsələdir. Prezident İlham Əliyev  bu barədə bildirib ki, bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür: «Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq». İndi hər bir ölkə üçün əhalisinin…

Read More
Gündəm 

Azərbaycana borclu olanlar, borclu olduğumuz ölkələr – aradakı fərq

İqtisadçı: “Digər ölkələrlə müqayisədə daxili və xarici borcumuz kifayət qədər qənaətbəxşdir” Gürcüstan uzun illər boyu Rusiya, Azərbaycan və Ermənistana olan borcunu tam ödəyib. Bu barədə TASS Gürcüstanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, Gürcüstanın ümumi dövlət borcu 1,56 milyard dollar olub, bunun da 156,9 milyon dolları Rusiyanın payına düşüb. Qeyd olunur ki, Gürcüstanın Azərbaycan və Ermənistana olan borcunun məbləği son vaxtlar təxminən bərabər və 1 milyon dollardan az olub. İqtisadçı Eldəniz Əmirov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, hazırda Azərbaycanın daxili borcu xarici borcundan iki dəfə çoxdur. Konkret…

Read More
Gündəm 

BƏƏ Prezidenti Azərbaycana səfərindən görüntülər paylaşıb – VİDEO

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərindən görüntülər paylaşıb. ARANTV.AZ  xəbər verir ki, BƏƏ Prezidentinin sosial şəbəkə hesabında paylaşında videoda onun azad edilmiş ərazilərdəki səfərinin görüntüləri əks olunub. “Mən Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirmək məqsədilə Qarabağda Zati-aliləri Prezident İlham Əliyev ilə görüşməkdən məmnun oldum. Biz bu yaxınlarda imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin verdiyi imkanlardan faydalanaraq, iqtisadi inkişafı sürətləndirmək, ortaq imkanlar yaratmaq, regional və qlobal sülh və sabitliyi dəstəkləməyə yönəlmiş əməkdaşlığın yeni istiqamətlərini araşdırdıq”, – paylaşımda deyilir.

Read More