Gündəm 

Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər?- Üç dəfə bəraət alıb

Yekaterinburq prokurorluğu 2000-ci ildə iş adamı Aleksey Zubakini qətlə yetirməkdə ittiham olunan azərbaycanlı biznesmen Nəsimi Məmmədov barəsində çıxarılan bəraət hökmünü növbəti dəfə ləğv etməyə çalışıb. Bu barədə məlumatı “Ura.ru” agentliyi yayıb. Sentyabrın 17-də məsələyə baxan Sverdlovsk vilayət məhkəməsi isə N.Məmmədov barəsində verilən hökmü qüvvədə saxlayıb. Maraqlıdır ki, bundan əvvəl məhkəmə üç dəfə azərbaycanlı iş adamının günahsız olduğu barədə qərar çıxarıb. Amma Rusiyanın prokurorluq orqanları məhkəmə qərarları ilə razılaşmaq istəmir. Qətl hadisəsi 2000-ci il dekabrın 21-də A.Zubakinin evinin yaxınlığında baş verib. Mərhum Dmitri Deyç adlı şəxslə görüşmək üçün avtomobili ilə evinin…

Read More
Gündəm 

Azad Qarabağda erməninin iki təhlükəli “mirası”

İşğalçı qüvvələrin basdırdıqları silah-sursat və minalar hələ də çətinliklər yaratmaqdadır Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin və Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı birgə məlumatda bildirilib.  Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. Bundan əvvəl isə Xankəndidə erməniəsilli sakin gizlədiyi…

Read More
Gündəm 

Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur

Rufiz Qonaqov: Qısa zamanda görülən böyük işlər Azərbaycanın gücünü, dövlət başçısının qətiyyətini və iradəsini nümayiş etdirir Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni inkişaf mərhələsinin simvoluna çevrilib. İllərlə işğal altında qalan, dağıntılarla üz-üzə qalmış torpaqlar bu gün sürətli bərpa və quruculuq prosesi ilə yeni həyat qazanır. Dövlət siyasətinin əsas istiqaməti məhz bu ərazilərin sosial-iqtisadi dirçəlişi, dayanıqlı məskunlaşması və sakinlərin firavan yaşaması ilə bağlıdır. Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bu məsələ barədə danışıb. Ölkə başçısı qeyd edib ki, biz…

Read More
Gündəm 

Azərbaycan sabitlik diyarı, böyük investisiyalar məkanı kimi nüfuz qazanıb

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası ölkəmizin hər bir hədəfə zamanında nail olmasını şərtləndirir Bu gün qalib, bütövləşən, yeni dövrə yeni hədəfləri ilə qədəm qoyan Azərbaycanın uğurlarından bəhs edirik. 31 il bundan öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilənin iqtisadi və siyasi əhəmiyyətinin ümumiləşdirilmiş ifadəsini bu gün 30 il işğal altında qalan torpaqlarımızın azadlığa qovuşmasında, Böyük Qayıdış Proqramının uğurlu icrasında, ən əsası tariximizə Zəfər Gününün və Dövlət Suverenliyi Gününün daxil…

Read More
Gündəm 

Karvan yollarından rəqəmsal gələcəyə çatan rabitə…

İndi poçt saniyələr içində zamanla məkanı bir körpüdə birləşdirir Uzaq bir şəhərdən gələn kiçik bir məktub masa üzərində sükutla açılır. İçində sevgi, səmimiyyət, xəbər və hətta sirr gizlidir.  Hər məktub və paket bir hekayə danışır, insanları bir-birinə yaxınlaşdırır.  Kağızın qoxusu, mürəkkəbin izi və möhürün səssiz dili – poçt dünyasının simvollarıdır. Onlar yalnız məlumat daşımaqla kifayətlənmir, insanın ruhunu və duyğularını bir nöqtədən digərinə aparır. 9 Oktyabr – Ümumdünya Poçt Günü bizə xatırladır ki, poçt yalnız məlumat ötürmə vasitəsi deyil. O, insanları birləşdirən, tarix yazan və mədəni irsi qoruyan əvəzsiz bir körpüdür.…

Read More
Gündəm 

“Əmioğlu qardaşdan önə keçəndə…” – Qəzza məsələsində ərəb dövlətləri ön planda olmalıdır

Azərbaycan dünyəvi dövlət olaraq, teokratik rejimlərdən fərqlənsə də, islam həmrəyliyini dəstəkləyən ölkədir. Dövlət müstəqilliyi qazandığımız ilk illərdə, haqlı Qarabağ davası apardığımız dönəmlərdə biz çox düzgün olaraq siyasi məsələlərə din amilini qarışdırmadıq, Ermənistanla aramızdakı münaqişəyə dini ixtilaf donu geydirmədik, bu konfliktin torpaq, ərazi iddiası olduğunu bəyan etdik, sona qədər də sözümüzün arxasında durduq. Ancaq ermənilər lap ilk günlərdən qüdrətli xristian dövlətlərini öz tərəflərinə çəkmək üçün dini mənsubiyyətlərini qabartdılar. Bununla da onlar əslində qarşımızda xeyli üstünlük qazandılar. Bu, gizlədilməsi mümkün olmayan bir faktdır: bir çox Avropa dövlətləri Ermənistan-Azərbaycan münaqişəsinə sırf dini prizmadan…

Read More
Gündəm 

Səfirin dil yanlışı, yoxsa… – sənə nə düşüb, ay Kirsti?!

Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki, “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb “Bu, Ermənistan və Azərbaycan hökumətlərinin qərarı idi və təbii ki, ATƏT də bunu məmnuniyyətlə yerinə yetirdi”. Finlandiyanın Ermənistandakı səfiri Kirsti Narinen sentyabrın 15-də keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025″ beynəlxalq konfransı çərçivəsində NEWS.am saytına müsahibəsində ATƏT-in Minsk Qrupunun buraxılması məsələsinə toxunaraq deyib. Diplomat Azərbaycan və Ermənistan arasında sülhün mümkünlüyünə də diqqət çəkib: “Sülh iradə məsələsidir. Əgər iki xalq və dövlət arasında sülh və barışıq iradəsi varsa, bu, əlbəttə, mümkündür. Amma bu, uzunmüddətli proses ola bilər”. Səfir…

Read More
Gündəm 

Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu- 300 minlik əmlakı qaytaracaq

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu keçmiş arvadının tələb etdiyi bütün əmlakı qaytarmalıdır. Bakı Apellyasiya Məhkəməsi bu barədə yekun qərar çıxarıb. Bir neçə ay əvvəl H.Pənahova əri Məhəmməd Pənahov tərəfindən fiziki şiddətə məruz qalması barədə məlumatlar yaydı. Sonradan oğul Pənahov razı olmasa da, məhkəmə cütlüyün boşanmasına qərar verdi. Amma həmin vaxt birgə nikah dövründə alınmış əmlak məsələsi həll edilməmiş qalmışdı. Gəlin Pənahova qiyməti 300 min manat təşkil edən qızıl-zinət əşyaları, bahalı kürklər və digər geyimlərini geri ala bilmədiyi, keçmiş əri isə boşanmaq istəmədiyi üçün apellyasiya şikayətləri verdilər. Bakı Apellyasiya Məhkəməsi əvvəlcə Məhəmməd…

Read More
Gündəm 

İrəvanın strateji tərəfdaşları – Arasında Azərbaycana dost olanlar da var

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Fransada səfərdədir. Rəsmi məlumata görə, səfər çərçivəsində siyasi məsləhətləşmələr aparılıb, strateji tərəfdaşlığa dair sənəd və onun imzalanmasının mümkün şərtləri, müxtəlif sahələrdə əməkdaşlıq proqramları müzakirə edilib. “Tərəflər bundan əvvəl Vaşinqtonda Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair əldə olunmuş razılaşmaları, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini də müzakirə edib. Həmçinin Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının gündəliyi ilə bağlı məsələlərə toxunulub”, – Ermənistan XİN-dən bildiriblər. Yəni nə qədər qəribə görünsə də, Ermənistanla Fransa arasında indiyədək strateji tərəfdaşlıq müqaviləsi yoxdur. Amma az öncə İrəvan Çinlə belə bir sənədi imzalayıb.…

Read More
Gündəm 

Lüks maşın almaq istəyənlər yarım milyon itirdi- Üç nəfər həbs olunub

Amerika Birləşmiş Ştatlarından avtomobil gətirib satanlar həbs ediliblər. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dilerlər yarım milyonluq dələduzluqda təqsirli biliniblər. Şikayətlər əsasında 34 yaşlı Tapdıq Qarayev, 33 yaşlı Orxan Şükürov və 24 yaşlı Bəylər Əhmədzadə polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İlk iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onlardan Bəylər hadisə vaxtı ADA Universitetinin tələbəsi olub. O, Orxanla elə avtomobil almaq məqsədilə tanış olub. Sonradan birlikdə işləməyə razılaşıblar. İstintaq materiallarına əsasən, 2023-cü ildən Orxan Şükürov, Tapdıq Qarayev və Bəylər Əhmədzadə “Bidgroup.az” adlı instaqram səhifəsi vasitəsilə vətəndaşlara ABŞ-dən avtomobil gətirib satmağı…

Read More