Gündəm 

Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Azərbaycana gələcək

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos sentyabrın 18-də Bakıda olacaq. Bu barədə “Report”a Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib. Qeyd edilib ki, səfər Azərbaycan-Ermənistan sülh prosesinin həlledici məqamına təsadüf edir və regional inkişafa konkret töhfə olaraq Aİ-nin Regionlararası Əlaqələr Gündəliyini təqdim etmək imkanı yaradacaq. Diqqətə çatdırılıb ki, komissar M.Kos Azərbaycan hakimiyyəti ilə ortaq strateji maraqları, o cümlədən enerji, nəqliyyat və minalar əleyhinə mübarizə məsələlərini müzakirə edəcək. Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşlər keçirəcək. Komissar Ağdama da…

Read More
Gündəm 

SON DƏQİQƏ! Oktyabrın 1-dən quru sərhədlər açılır? AÇIQLAMA

Son zamanlar ölkə ictimaiyyətində quru sərhədlərin açılıb-açılmayacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə də oktyabrın 1-dən sonra sərhədlərin açılması ehtimalı ilə bağlı gözləntilər var. Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın sərhədlərinin bağlı qalması ilk növbədə ölkənin təhlükəsizliyi ilə bağlıdır: “İnanmıram ki, oktyabrın 1-dən sonra quru sərhədlər açılsın. TəhlükəsizliK məsələsi bizim üçün çox önəmlidir. Hazırda nə şimalda, nə də cənubda sərhədlərin açılmasına imkan verəcək real şərait mövcuddur. Son dövrlərdə Rusiyanın Azərbaycana qarşı müxtəlif təhdidlər səngimir. Bu təhdidlər isə hər kəsin gözü qarşısındadır. Belə bir vəziyyətdə…

Read More
Gündəm 

BƏƏ Prezidentinin önəmli səfəri – Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Azərbaycanda rəsmi səfərdə olub. Prezident İlham Əliyev onu Füzulidə qarşılayıb. Ali qonaq Azərbaycanın Qarabağ bölgəsini ziyarət edib. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verilib. Qarşılama mərasiminin işğaldan azad edilmiş torpaqda keçirilməsi Azərbaycan, regional və qlobal baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanın torpaqlarına sahib olduğunu, işğalçıların havadarları ilə birlikdə xarabazara çevirdikləri bölgələrin yenidən qurulmasını, modern şəhərlərin, infrastrukturun tikilməsini, yerli əhalinin qayıdışının uğurla həyata keçdiyini…

Read More
Gündəm 

Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ

Gürcüstan uzun illər boyu Rusiya, Azərbaycan və Ermənistana olan borcunu tam ödəyib. Bu barədə TASS Gürcüstanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, ölkənin xarici borcu ilə bağlı məlumatlar 2003-cü ildən etibarən mövcuddur və həmin ilin yekunlarına görə, Gürcüstanın ümumi dövlət borcu 1,56 mlrd. dollar olub, bunun da 156,9 mln. dolları Rusiyanın payına düşüb. Bildirilir ki, cari ilin avqust ayının yekunlarına görə, Gürcüstanın ümumi dövlət borcu 9,09 mlrd. dollar olub, bu da aylıq müqayisədə 50 mln. dollar azalma deməkdir. Qeyd olunur ki, Gürcüstanın Azərbaycan və Ermənistana olan borcların məbləği son…

Read More
Gündəm 

Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər

Azərbaycan 30 illik işğal dövründə Qarabağ məsələsinin daim sülh danışıqları əsasında çözülməsinə çalışırdı. Baxmayaraq ki, Ermənistan danışıqlar prosesinə imitasiya naminə qatılıb vaxt qazanmağa səy göstərirdi. Dövlətimizin real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasəti nəticəsində əldə edilən diplomatik uğurlar İkinci Qarabağ müharibəsində əhəmiyyətli rol oynadı. 44 gün ərzində 30 illik işğala son qoymaq bir daha Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı dövlət hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren…

Read More
Gündəm 

Qarabağın bərpasına xarici yardımı necə cəlb etməli…

Ekspert deyir ki, quruculuq işlərində yalnız bir neçə dövlət iştirak edib – təklif “İşğaldan azad edilən ərazilərdə bu qədər qısa müddətdə belə miqyaslı və intensiv şəkildə aparılan quruculuq işlərinə dünyanın heç bir yerində rast gəlinmir”. Bunu Demokrat.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan bu prosesə tamamilə sıfırdan başlamalı olub.  Deputat əlavə edib ki, bu torpaqlarda gələcək üçün real perspektivlər formalaşdırılır: “Bu miqyasda quruculuq işlərinin aparılması təkcə regional deyil, qlobal səviyyədə nadir hadisədir. Bu işlərin hamısı Azərbaycan dövlətinin daxili…

Read More
Gündəm 

Araik və digər canilərin hökmü yaxınlaşır – son tarix

Azərbaycanın suverenliyinin bərpasının və xuntaçıların həbsinin iki ili tamam olur – hüquq müdafiəçisindən gözlənti 2023-cü il, sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.  Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası…

Read More
Gündəm 

Gələn ilin büdcəsi: iki fərqli gözlənti

Ekspertlər hökumətin yanaşmasını bölüşmür Maliyyə Nazirliyi Azərbaycanın 2026-cı il dövlət büdcəsinin ilkin parametrlərini açıqlayıb. “Yeni Müsavat” açıqlanan sənədə istinadən xəbər verir ki, gələn il dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, 2025-ci il proqnozları ilə müqayisədə gələn il büdcə gəlirlərimiz cəmi 0,2 faiz, büdcə xərcləri isə 0,3 faiz artacaq.  2026-cı ildə dövlət büdcəsinin kəsiri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 74.0 milyon manat və ya 2,4 faiz çox olmaqla 3 milyard 125.6 milyon manat…

Read More
Gündəm 

Prezident İlham Əliyev BƏƏ Prezidenti ilə görüşünün videosunu paylaşıb – VİDEO

Prezident İlham Əliyevin “X” sosial şəbəkəsindəki rəsmi hesabında dövlət başçısının Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşünə aid videoçarx paylaşılıb. Paylaşımda liderlərin səmimi şəraitdə görüşdükləri və ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə etdikləri anlar əks olunub. Tribunainfo.az paylaşımı təqdim edir:    

Read More