Gündəm 

Milli mənliyini itirən lakeylərin pafoslu zəvzəkliyi

Yaxud yalançı-kamuflyajlı təbliğat həqiqətin əzəməti qarşısında acizdir Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz Liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Azərbaycanın regionda və bütövlükdə Avrasiya məkanında artan rolunu, ölkəmizin Asiya ilə Avropa arasında körpü rolunun beynəlxalq səviyyədə qəbul edilməsini, həm inkişaf etməkdə olan ölkələrlə, həm də Qərb gücləri ilə əməkdaşlıq etməklə yeni dünya düzənində balanslı siyasət yürütməsini həzm edə bilməyən qüvvələri və onların ruporu olan ölkə daxilindəki “beşinci kolon”un ünsürlərini ciddi narahat edir, əsəblərini tarıma, yuxularını ərşə çəkir.…

Read More
Gündəm 

Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır

Dövlət başçısı İlham Əliyevin Füzuli, Xocavənd, Xocalı rayonlarına və Xankəndi şəhərinə səfəri bunun bir daha təsdiqi oldu Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşaraq yenidən nəfəs alır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu gün  Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul…

Read More
Gündəm 

Antiterror əməliyyatı separatizmin kökünü kəsməklə regiona əmin-amanlıq və sabitlik gətirdi

İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni möhtəşəm səhifə yazan qüdrətli Azərbaycan Ordusu növbəti qələbəsini 2023-cü ilin sentyabrın 19-da Qarabağ iqtisadi zonasında keçirdiyi antiterror tədbirlərində qazandı. Həmin döyüşləri uğurla və qısa müddətdə  başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Cəmi bir günə əldə edilən tarixi Qələbə separatçı və terrorçu rejimin sonunu gətirdi. Bu tarixi Zəfərimizlə sübut etdik ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə həmişə…

Read More
Gündəm 

Paşinyanın gecikmiş etirafları: Sülh və regional inteqrasiya önündəki əsas maneələr artıq aradan qalxıb

Baş nazirin son parlament çıxışı 30 il davam edən yanlış siyasətin nəticələrini açıq şəkildə üzə çıxardı Nikol Paşinyanın son günlərdə parlamentdə və ictimai çıxışlarında səsləndirdiyi fikirlər bir tərəfdən onun uzun müddət gizlətməyə çalışdığı həqiqətləri təsdiqləyir, digər tərəfdən isə bölgədə yaranmış yeni reallıqları qəbul etməyə məcbur qaldığını nümayiş etdirir. Bu açıqlamalar təkcə Ermənistanın daxili auditoriyasına deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mesajlar kimi qiymətləndirilməlidir. Çünki Paşinyan artıq sülhün alternativinin olmadığını anlayır, lakin bunu etiraf etməkdə gecikdiyinin fərqindədir. Sülhü pozmaq istəyən qüvvələr Sentyabrın 10-da Nikol Paşinyanın yay tətilindən sonra Ermənistan parlamentində ilk…

Read More
Gündəm 

Suverenlik günü dövlətçiliyimizin şərəfli tarixini əks etdirən fəxri rəmzdir

Azərbaycan Respublikasının dövlətçiliyinin əsas prinsiplərindən biri onun suverenliyidir. Suverenlik bir dövlətin müstəqil siyasət yürütmək, daxili və xarici işlərini sərbəst şəkildə tənzimləmək hüququnu ifadə edir. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”…

Read More
Gündəm 

20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Belə ki, 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına…

Read More
Gündəm 

Putinin Azərbaycanda batan milyonları – SENSASİON DETALLAR

Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb; bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş… – faktlar Rusiya Prezidenti Vladimir Putin cari ilin avqustun 29-da xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsini ləğv edib. Məqsəd Prezident Administrasiyasının işini optimallaşdırmaq olub. Əvəzində aparatda strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə idarə yaradılıb. “Bakı-Xəbər” “The Insider” araşdırma nəşrinə istinadən yazır ki, Kreml keçmiş SSRİ ölkələrində “yumşaq güc”ü irəlilətməyə nail olmayıb və bu da təəccüblü deyil: Ayrılan pullar əməkdaşların qonşularının və qohumlarının yeməyə getdiyi mənasız tədbirlərə xərclənib, rəhbərlik isə daim dəyişib.  Sözügedən idarə 2005-ci ildə…

Read More
Gündəm 

Peşə təhsilindən narazılıq – babalı nazirliklərin boynuna

Deputat: “Qarabağda hansı sahə üzrə mütəxəssisə ehtiyac var, bunlar təhlil edilməlidir” Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin də nəticələri açıqlanıb. Birinci və ikinci mərhələdə ümumilikdə 44 000 nəfərdən çox namizəd peşə təhsili almaq üçün müraciət edib. 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 13 640 plan yeri üzrə aparılıb. İkinci mərhələdə platforma vasitəsilə 72 597 müraciət daxil olub. Ümumilikdə 8341 nəfər müsabiqədən keçib. “Bakı-Xəbər” qeyd edir ki, son günlər peşə məktəblərinə qəbulla bağlı sosial şəbəkələrdə bir sıra etirazlar öz əksini tapır. Belə ki, həmin qeyd…

Read More
Gündəm 

Valideynlər direktoru məhkəməyə verdi: “Bizimlə prinsipə düşüb”

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 169 saylı məktəbdə məktəbin III sinifləri günorta növbəsinə keçirilib. Bu barədə Milli.Az-a şikayət edən valideynlər bildiriblər ki, məktəbin direktoru Pərvanə Əzimova dərs ilinin açılmasına 7 iş günü qalmış Elm və Təhsil Nazirliyinin adından istifadə edərək məktəbin bütün 3-cü siniflərini ikinci növbəyə keçirib. “Valideynlər adından yazılı müraciət etmişik, məktubu min bir əzabla rəsmi şəkildə qəbul elətdirmişik, lakin direktor ümumiyətlə məktuba cavab verməkdən imtina edir. Direktor nazirlik tərəfindən göstəriş verildiyini desə də, bizə heç bir rəsmi göstəriş təqdim olunmayıb. Daha sonra direktor Pərvanə Əzimova bildirdi ki, məktədə yeri…

Read More