Nikolayın evini müsəlmanların Allahı yıxdı, bəs indiki Rusiyanın?
Vurulan təyyarəmiz də, Moskvanın davranışları da, indi işğaldan azad torpaqlarımızda ayaqlarımız altında partlayan minalar da “qırmızı imperiyanın” cinayətlərinin əks-sədasıdır, davamı da olacaq… Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşməsinin 8 ayı tamam oldu. AZAL-ın təyyarəsinin Qroznı üzərində vurulmasından sonra Aktauda qəzaya uğradığı 25 dekabrdan hesablayanda belə alınır… Uzun illər biz Rusiya imperiyasının tərkibində olmuşuq. SSRİ-nin bayrağı Kremlin üzərindən endiriləndən – 1991-ci ilin 25 dekabrından biz indi də Rusiya adlı dövlətlə qonşuyuq. Yevtuşenkonun həmin bayrağın endirilməsinə həsr edilmiş şeiri var, “Əlvida, qırmızı bayrağımız”, qarşınıza çıxsa oxuyun, təsirlidir… Rusiya elə dövlətdir ki, ta bineyi-qədimdən…
Read More