“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” – Dron hücumunda yaralanan
Martın 5-i İranın dronla hücum etdiyi Naxçıvan Hava Limanının yaralı əməkdaşı əməkdaşı Vəliyeva Reyhanə “Real TV”yə müsahibə verib.
“İki sahil” xəbər verir ki, qadın həmin an yaşananları belə təsvir edib:
“Təyyarəyə minik başlayırdı, gurultulu səs eşitdik. Həmin anda işıq çıxdı, şüşələr töküldü, qaranlıq oldu. Kimsə yuxarıdan dedi ki, “bizi vurdular”. Mən onda dərk etdim. Çölə çıxdım üç nəfərə, əlavə 2 iş yoldaşıma köməklik etdim. Sonra narahat oldum. Təzə özümə gəlmişdim dedilər, ikinci gəlir. Qaçın gizlənin! Rəfiqəmlə qucaqlaşıb qaçdım, sonra xidmət başında olduğumuz üçün aeroportun həyətinə qayıtdıq”.

