Gündəm 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları «yaşıl enerji» zonasına çevrilir

Kəlbəcər rayonunda 8,6 meqavatlıq «Aşağı Vəng», 8,8 meqavatlıq «Nadirxanlı», «Çaykənd» kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi bu reallığı təsdiqləyir Qlobal layihələri ilə dünyada böyük nüfuz qazanan, Vətən müharibəsindən sonra bölgədə yaratdığı reallıqlarla uğurlarını davam etdirən Azərbaycanın enerji diplomatiyasına maraq artmaqdadır. Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Zəngin karbohidrogen ehtiyatlarını şaxələndirilmiş marşrutlarla istehlakçılara çatdıran Azərbaycan güclü siyasi iradə ortaya qoyur. İyun ayının əvvəlində ölkəmizdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi «Caspian Oil and Gas»,…

Read More
Gündəm 

Qars-Naxçıvan dəmir yolu: polad iradə, polad yol

Bölgədə yaranan yeni reallıqlar fonunda dövlət başçısı İlham Əliyevin iradəsi ilə həyata vəsiqə almaqda olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda beynəlxalq ticarətə yeni imkanlar yaradacaq Bir əsrdən çoxdur ki, blokadada yaşayan, ötən əsrin 90-cı illərində isə ölkənin əsas hissəsindən tamamilə təcrid vəziyyətinə düşən, işğal təhlükəsi yaşayan Naxçıvanda bu gün dünyanın iqtisadi-ticarət-enerji qatarına qoşulması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Bu ilin mart ayında istifadəyə verilən İğdır-Naxçıvan qaz kəməri fonunda hazırda Azərbaycan Respublikası Prezidentinin “Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və…

Read More
Gündəm 

Ballıqaya qətliamından 33 il ötür

Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən, tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının ildönümüdür. “Report” xatırladır ki, Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 33 il ötür. Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib. Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində…

Read More
Gündəm 

Kəlbəcərin qürur və qayıdış günü

İllərlə düşmənin vəhşicəsinə tar-mar etdiyi, xarabalığa çevirdiyi yurd yerlərimiz, şəhər, kənd və qəsəbələrimiz sürətlə dirçəlir, cənnətə çevrilir. İşğaldan azad olunmuş ərazilərdəki doğma ocaqlarına qayıdan, uzun illər məcburi köçkün həyatı yaşayaraq yurd həsrəti çəkmiş soydaşlarımız üçün yaradılan ən yaxşı həyat şəraiti Prezident cənab İlham Əliyev siyasətinin uğurlarının davamı kimi tariximizə qızıl hərflərlə yazılır. İşğaldan azad olunmuş digər rayonlar kimi erməni faşizminin xarabalığa çevirdiyi Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcər rayonu da bərpa olunur, düşmən işğalından əvvəlki günlərinə qovuşur. Düşmənin cəngindən azad edilən dağlıq ərazidə yerləşən Kəlbəcərə qış aylarında gediş-gəlişi asanlaşdırmaq məqsədi…

Read More
Gündəm 

Avrasiya əməkdaşlığında yeni mərhələ

2025-ci il 22 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri həm ikitərəfli münasibətlər, həm də regional inteqrasiya baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar Azərbaycanın Xəzər hövzəsində və bütövlükdə Avrasiya məkanında artan nüfuzunun bariz nümunəsidir. Azərbaycanın xarici siyasət kursunda Türkmənistanla münasibətlər mühüm yer tutur. Həm ortaq tarixi-mədəni köklər, həm də Xəzər dənizi hövzəsindəki geoiqtisadi maraqlar bu əlaqələrin strateji əsaslarını formalaşdırır. Prezident İlham Əliyevin səfəri, əslində, Azərbaycan–Türkmənistan əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri, türkmən…

Read More
Gündəm 

“Rusiya ilə münasibətlərimizdə yarana biləcək problemlər dövlət maraqlarımızın lehinə deyil” – Politoloq

1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib. Dövlət başçısı 1917-ci ildə Rusiya imperiyasının süqut etməsindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını diqqətə çatdırıb. Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər 2022-ci ildə imzalanmış müqavilənin müəyyən etdiyi şərtlər baxımından strateji müttəfiqlik səviyyəsində qurulub və müqavilə hələ də qüvvədədir. Tərəflərdən heç biri onun müəyyən etdiyi müddəaların icrasından rəsmən imtina etməyiblər.Rusiya ilə münasibətlərimizdə yarana biləcək problemlər dövlət maraqlarımızın lehinə deyil: “Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya…

Read More
Gündəm 

Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib

Son vaxtlarda ölkə baçısı cənab İlham Əliyev Avropa və dünyanın bir sıra aparıcı informasiya agentliklərinə çoxaylı müsahibələr verib. Azərbaycanın bölgədə aparıcı mövqe tutması, Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi siyasət aparan dövlət rəhbəri kimi tanınması tanınmış KİV-lərin müsahibələrlə bağlı müraciətlərini də artırıb. Prezident İlham Əliyev növbəti müsahibəsini  Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verib və müsahibə avqustun 26-da həmin telekanalda yayımlanıb. Dünya miqyasında tanınan telekanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunulub. Müsahibədə avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə baş tutan Ermənistan və Azərbaycan arasında imzalanmış…

Read More
Gündəm 

Azərbaycanın ərazi bütövlüyünə şübhə – BU, ERMƏNİSTANI BİTİRƏR!

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə möhtəşəmdir! Elə ərəb coğrafiyasının özü, Türk dünyası, Qafqazlar, keçmiş SSRİ, Avropa və b. yaxın-uzaq, doğma-yad coğrafiyalar barədə verilən suallara unudulmaz cavablar yalnız bir müsahibənin gərəkdirdikləri deyil, ümumdünya mənzərəsinin səlis incələnməsi, dəyərləndirilməsi və dürüst bilgi axışıdır. Nə gizlədim, “Əl-Ərəbiyyə” müsahibəsi Prezidentin 2020-ci ilin oktyabrında – müharibənin gedişində verdiyi möhtəşəm müsahibələri xatırlatdı. Avqustun 26-da yayılan müsahibədə Prezident Əliyev, ayın 8-də Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə paraflanan razılaşmanı tarixin dönüm nöqtəsi kimi xarakterizə etdi. Prezident Əliyev Prezident Trampı bir sülh təşəbbüskarı kimi səmimi şəkildə təsvir…

Read More
Gündəm 

Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda – FOTO

Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi Nəbizadə ilə bağlı son günlər sosial şəbəkədə videolar yayılıb. Aparıcının ağır vəziyyətdə olduğu, danışa bilmədiyi qeyd edilib. Bloger Nail Kəmərli N.Nəbizadənin videosunu yayımlayıb. O bildirib ki, aparıcı ilə görüşəcək: “Nəsimi qardaşımızla danışdım. Hər şey qaydasındadır. Sabah özü ilə canlı görüşəcəyəm. Nəsiminin yanındayam. Özü də bilir”. (Axşam.az)

Read More