Fransa Afrikadakı nəzarət mexanizmlərindən mərhələli şəkildə məhrum olur
2022-ci ildən sonra Afrika-Fransa münasibətlərində köklü dönüş baş verdi. Fransa faktiki olaraq Afrika qitəsindən sıxışdırılıb çıxarılır. Mərkəzi Afrika Respublikasında rəsmi Parisə qarşı atılan sərt addımlar domino effekti yaratdı -ardınca Mali, Burkina Faso və Niger kimi ölkələr də Fransanı ölkədən çıxarmağa qərar verdilər. Onilliklər ərzində -1960-cı illərdən bəri bu ölkələrdə hərbi bazalar saxlayan Fransa indi həmin mövqelərini bir-bir itirir. Əslində, bu proses Afrikanın müstəqil siyasətə keçidinin və Fransa neokolonial modelinə qarşı artan narazılığın nəticəsidir. Bu, bir növ Afrikanın “FransAfrik” modelinə qarşı tarixi cavabıdır.Fransanın 2030-cu ilə qədər olan Milli Strateji İcmalında Afrika…
Read More