Gündəm 

Suriyadan 5 azərbaycanlı repatriasiya olundu

Suriya Ərəb Respublikasının münaqişə bölgəsindən 21 aprel 2026-cı il tarixində iki qadın və üç uşaq olmaqla, ümumilikdə beş Azərbaycan vətəndaşının Türkiyə üzərindən Azərbaycana repatriasiyası həyata keçirilib. Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Qeyd olunub ki, proses Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində Azərbaycan Prezidentinin 2023-cü il 28 oktyabr tarixli 2336 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun baş tutub. İlk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına…

Read More
Gündəm 

“Əvvəl ödə, sonra qazanarsan” – Memardan vergi sisteminə etiraz

Azərbaycanda fərdi sahibkarlıqla məşğul olan memar Elçin Əliyev vergi sistemi ilə bağlı fikirlərini ifadə edib. O, sosial şəbəkə paylaşımında vergi orqanlarının yanaşmasını, xüsusilə “proqnozlaşdırılan gəlir” əsasında əvvəlcədən vergi ödənişlərinin tələb olunmasını ədalətsiz hesab edib. Musavat.com xəbər verir ki, memarın sözlərinə görə, bu yanaşma sahibkarı faktiki olaraq “qazanmadan əvvəl ödəniş etməyə” məcbur edir və biznesin real dövriyyəsini risk altına salır. Onun fikirləri ölkədə kiçik və orta sahibkarların üzləşdiyi fiskal təzyiqlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Tanınmış memar vergi orqanları ilə heç vaxt mübahisə etmədiyini açıqlayıb: “Sahibkar olaraq, fərdi memarlıq fəaliyyəti ilə məşğul olan…

Read More
Gündəm 

Əli Əsədovdan AÇIQLAMA

“Xəzər dənizinin sürətlə dayazlaşması fonunda Azərbaycan Xəzəryanı ölkələrin əməkdaşlığının gücləndirilməsinə çağırır”. Musavat.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada keçirilən RES2026 regional ekoloji sammitində çıxışı zamanı bəyan edib. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin düşməsi region üçün ən kəskin problemlərdən biri olaraq qalır: “Bakı Xəzəryanı ölkələr arasında bu çağırışa effektiv müqavimət göstərmək üçün əməkdaşlığın gücləndirilməsini ardıcıl olaraq dəstəkləyir”. Ə.Əsədov xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə artıq Qazaxıstan, Rusiya və Türkmənistanla Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və müvafiq cavab tədbirlərinin hazırlanması üçün ikitərəfli işçi qrupları yaradılıb: “Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi əhəmiyyətli təsir…

Read More
Gündəm 

Rusiyanın “Azərbaycan dilini öyrənək” mesajı

Siyasi təhlilçi bunun təhsil vasitəsilə siyasi elitaların tədricən yaxınlaşdırılması strategiyası olduğunu düşünür Rusiyada Azərbaycan dilinin öyrənilməsinin genişləndirilməsi ilə bağlı səsləndirilən fikirlər ilk baxışda humanitar əməkdaşlığın inkişafı kimi görünə bilər. Lakin Aleksey Overçuk tərəfindən verilən bu mesaj əslində daha dərin siyasi və strateji məzmun daşıyır. Moskvanın bu istiqamətdə təşəbbüs göstərməsi təsadüfi deyil və regionda dəyişən geosiyasi balansın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Məsələnin əsas praktiki tərəfi ali təhsil sistemindən başlayır. Xüsusilə Sankt-Peterburq Dövlət Universiteti kimi nüfuzlu akademik mərkəzlərin iştirakı ilə Azərbaycan dili üzrə proqramların genişləndirilməsi planlaşdırılır. Bu, sadəcə, dil öyrənilməsi ilə məhdudlaşmır.…

Read More
Gündəm 

SON DƏQİQƏ: Prokurorluq Gəncə İcra Hakimiyyətində araşdırma aparır

Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparır. Hesablama Palatasının müraciəti əsasında Gəncə İcra Hakimiyyətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmaya başlanıb. Qeyd edək ki, Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı audit zamanı tikinti və təmir layihələri üzrə ciddi maliyyə pozuntuları aşkarlanıb. Audit 2023–2025-ci illəri əhatə edib və 192 milyon manat vəsait yoxlanılıb. Məlumata görə, “Gəncə İdman sarayının tikintisi” layihəsində işlərin dəyəri 9,52 milyon manat artırılıb. 249 mənzilli yaşayış binası üzrə isə 1,28 milyon manat artıq ödəniş müəyyən olunub. Bundan əlavə, mənzil fondunun təmiri, yolların əsaslı…

Read More
Gündəm 

ABŞ-dən SENSASİON Zəngəzur və seçki XƏBƏRDARLIĞI

ABŞ senatorları Cin Şahin və Tom Tillis “Meta” və “Alphabet” şirkətlərinə rəsmi məktub ünvanlayaraq, Rusiyanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə mümkün müdaxiləsi barədə xəbərdarlıq ediblər. Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Senatorlar bildiriblər ki, Moskva sosial platformalar və erməniəsilli rusiyalı oliqarxlarla əlaqəli şəbəkələr vasitəsilə Moldovada sınaqdan keçirilmiş manipulyasiya metodlarından istifadə edir. Məktubda bu seçkilərin regional sülh və “Tramp Marşrutu” layihəsi üçün həlledici olduğu qeyd olunub. Bu səbəbdən texnoloji nəhənglərdən dezinformasiyanın qarşısını almaq və erməni xalqının azad iradəsinin təmin edilməsi üçün kifayət qədər resurs ayırmaq tələb…

Read More
Gündəm 

Azərbaycanda yeni PUA hazırlandı -VİDEO

Azərbaycanda yeni pilotsuz uçuş aparatı (PUA) hazırlanıb. Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-dən məlumat verilib. Bildirilib ki, PUA Milli Aviasiya Akademiyasında istehsal olunub. “Akademiyanın peşəkar mütəxəssislərin yüksək keyfiyyətlə ərsəyə gətirdiyi bu qurğu texniki imkanları ilə seçilir”, – qurumdan qeyd olunub. Dron Xəzər dənizində 10 kilometr məsafəyə qədər 10 kiloqramadək yük çatdırılması, eləcə də aeroçəkilişlər üçün nəzərdə tutulub. Cihaz aeroçəkiliş rejimində 40 dəqiqə, fasiləsiz yükdaşıma rejimində isə 30 dəqiqə havada qala bilir.

Read More
Gündəm 

Yağışlar pambıqçıları ağlar qoyub

Meteoroloqların əvvəlcədən xəbərdarlıq etdiyi kimi, aprel ayı Azərbaycanın əksə bölgələrində normadan artıq yağıntılarla müşayiət olunur. Bu yağıntılar şəhərlərdə evlərin su ilə dolması, rayonlarda isə əkinlərin, bağların məhv olması ilə nəticələnməkdədir. Ataların dediyi “yeddi il quraqlıq olar aclıq olmaz, bir illik yağanlıq hamını ac qoyar” misalı son illərdə Azərbaycanda tam təsdiqini tapmaqdadır. 2024-cü ilin yağışları kənd təsərrüfatına ağır zərbə vurmuşdu, bu zərbə 2025-ci ildə xeyli dərəcədə aradan qalxdı. İndi isə yenidən kəndlinin əkin-səpinini, bağlarını sellər yuyub aparır. Məlumdur ki, hazırda bölgələrdə yazlıq səpinlərin qızğın vaxtıdır. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən…

Read More
Gündəm 

Bu ASC ləğv edildi

European Tobacco-Baku ASC ləğv edilib. Musavat.com APA-ya istinadla xəbər verir ki, bu barədə şirkət “Vergilər” qəzetində elan yerləşdirib. Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1031 Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Köndələn uzununa 1-ci küçəsi, ev 21 ünvanına bildirə bilərlər. Qeyd edək ki, Azərbaycanın əsas siqaret istehsalçısı olan şirkət 2021-ci ildə yaradılıb və nizamnamə kapitalı 133,9 min manatdır. “European Tobacco-Baku”nun qanuni təmsilçisi isə Tural İsmayıl oğlu Qasımovdur.

Read More
Gündəm 

Nazirlər Kabineti QƏRAR VERDİ – 3 ay müddətində…

Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları çağrı xidmətlərinin “108” Çağrı Mərkəzində təşkili məqsədilə müvafiq məlumatları (sənədləri) 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməli və qoşulma ilə bağlı digər zəruri tədbirlər görməlidirlər. Musavat.com xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər öz vəsaitləri hesabına (fəaliyyətlərindən əldə olunan gəlirlər nəzərə alınmaqla) 5 ay müddətində çağrı…

Read More