Gündəm 

Dərman bazarında ucuzlaşma olmayacaq

Yeni mexanizm ancaq qiymətlərin son həddini müəyyən edə bilər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrinin təminatı prosesini açıqlayıb. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bildirib ki, vətəndaş tibb müəssisəsində qeydiyyatçıya yaxınlaşıb müvafiq ixtisaslı həkimin qəbuluna yönəldiləcək. Həkim tərəfindən müayinə olunacaq və diaqnoz qoyulacaq. Zəruri hallarda “E-Resept” sistemi ilə icbari tibbi sığorta üzrə resept yazılacaq. Vətəndaş resept əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış aptekə yaxınlaşacaq. Öz şəxsiyyət vəsiqəsini təqdim edəcək və ona sığorta hesabına qarşılanan…

Read More
Gündəm 

Ermənistanla sərhəddə növbəti delimitasiyanın anonsu verildi

  Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın sözlərinə görə, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq. Bu barədə o, Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir çərçivəsində keçirilən brifinq zamanı bildirib. “Deməliyəm ki, bəzi məsələlərdə biz, bəzi məsələlərdə isə Azərbaycan tərəfi tələsir, lakin proses davam edir və düşünürəm ki, yaxın vaxtlarda sərhədin hansısa hissəsini delimitasiya edəcəyik”, – Simonyan qeyd edib. Vaxt qrafikinə gəlincə, MM sədri prosesin gələn ilin birinci rübündə baş tuta biləcəyini vurğulayıb. Xatırlatma: 2024-cü ilin iyununda Ermənistan və Azərbaycan delimitasiyanın birinci mərhələsinin başa çatdığını elan edib.…

Read More
Gündəm 

Zakir Qaralov üzə çıxdı – FOTO

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov illər sonra görünüb. Zakir Qaralov keçmiş müavini Rüstəm Usubov və sabiq mətbuat katibi Eldar Sultanovla birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Z. Qaralov açıqlamasında deyib ki, bu günlər xalqımız Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar onun əziz və unudulmaz xatirəsini hörmət və dərin ehtiramla yad edir. Qeyd edək ki, Zakir Qaralov 2000-ci ildən 2020-ci ilədək Azərbaycanın baş prokuroru olub. (Mənbə: lent.az)

Read More
Gündəm 

Onların məzuniyyəti 46 gün olacaq

Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün verilməlidir. Musavat.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavinin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır.

Read More