“BakuBus” qadın sürücü ilə bağlı yayılan VİDEOya aydınlıq gətirdi
Qadın sürücülərlə bağlı stereotipləri hələ tamamən adlamamış ictimaiyyətdə diqqət yenə avtobus sükanı arxasına keçən qadınlara yönəldi. Belə ki, sosial şəbəkələrdə “BakuBus”ın qadın sürücüsü ilə bağlı video yayılıb. Xanım sürücünün yüksək səslə mahnı dinləməsi izləyicilərin narazılığına səbəb olub. Musavat.com xəbər verir ki, “BakuBus”ın MMC-dən verilən məlumata görə, sözügedən görüntülərin sürücünün fəaliyyətinə hər hansı bir aidiyyəti yoxdur. “Yayılan görüntülərə dair bildiririk ki, qeyd olunan video sərnişin tərəfindən çəkilmiş, daha sonra üzərinə musiqi əlavə edilmişdir. Məlumat üçün bildiririk ki, “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda təhlükəsizlik tələblərinə uyğun olaraq radio və musiqi sistemləri deaktiv…
Read More