İnsan haqqlarının qorunmasında mühüm sənəd
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hüquqi və əhatə dairəsi baxımından qiymətli sənəddir. Bu sənəd xalqımızın demokratik prinsiplərə sadiq olmasını, milli dövlətçilik yolunun inkişafını özündə ehtiva edir. Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və bilavasitə rəhbərliyi ilə ərsəyə gələn konstitusiyamız barəsində fikirləri günümüzün reallığını özündə əks etdirir: “Əminəm ki, Azərbaycanın ilk demokratik Konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksəksəviyyəli, dünya demokratiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövlətini miras qoyacaq”. “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin 28…
Read More