Türk komandodan Bakıda DUYĞULANDIRAN JEST – VİDEO
Məlum olduğu kimi, noyabrın 8-də Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Türkiyə hərbçiləri də iştirak edib. Musavat.com xəbər verir ki, paraddan sonra Bakı küçələrində gəzən türk komandolarından biri maraqlı addımı ilə yadda qalıb. Belə ki, o, qolundakı bayrağı açaraq yolunun üstündə durub onları salamlayan azyaşlıya bağışlayıb. Onun bu jesti hər kəs tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə yanaşı, bir sıra ölkələrin ordu rəhbərliyi…
Read More