Gündəm 

Gürcüstan Azərbaycandan rekord dəyərdə keramika məhsulları alıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 959 min ABŞ dolları dəyərində keramika məhsulları idxal edib. “Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ən azından son 17 ildə eyni dövr üçün rekord göstəricisidir, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə isə 88 % çoxdur. Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 96 milyon ABŞ dolları dəyərində keramika məhsulları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 8 % çoxdur. Bu ilin ilk 9 ayında Gürcüstan İrandan 22,7 milyon ABŞ dolları, Çindən 20 milyon ABŞ dolları, İspaniyadan 17 milyon ABŞ…

Read More
Gündəm 

Bu gün Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlət rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq…

Read More
Gündəm 

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqramdakı hesabında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib. Musavat.com paylaşımı təqdim edir: “9 Noyabr Dövlət Bayrağı Günü. Qoy sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!”.

Read More
Gündəm 

9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç…

Read More
Gündəm 

Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi

Bayraq bir millətin ruhunu, azadlıq arzusunu və dövlət müstəqilliyini təcəssüm etdirən ən müqəddəs rəmzlərdəndir. Azərbaycan xalqı üçün üçrəngli bayrağımız, sadəcə bir simvol yox, xalqımızın qürurunun, iradəsinin və azadlıq mübarizəsinin ifadəsidir. Hər dəfə bu bayraq dalğalananda, tariximizin ağrı və zəfərlərlə dolu səhifələri göz önünə gəlir, Vətən uğrunda şəhid olan igidlərin xatirəsi, xalqımızın milli ruhu bir daha canlanır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə – 1918-ci il noyabrın 9-da Nazirlər Şurasının qərarı ilə qəbul edilən üçrəngli bayraq, ilk demokratik respublikanın ideallarını ifadə edirdi. Mavi rəng türklüyümüzü və mənəvi köklərimizi, qırmızı rəng müasirlik və tərəqqiyə…

Read More
Gündəm 

Ərdoğan paradda şeir dedi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda Azərbaycan şairi Məmməd Arazın “Vətən! – desin” şeirini söyləyib. Musavat.com-un məlumatına görə, Ərdoğan sözügedən şeirdən aşağıdakı bəndi səsləndirib: “Bu gün gərək hər anımız – Vətən! – desin, Qılıncımız, qalxanımız – Vətən! – desin… Ölənlərin yerinə qalanımız – Vətən! – desin… Vətən! – desin qəlbimizin hər duyğusu, hər vurğusu – Vətən! desin… Fərqi yoxdur harda olaq, zamanımız, məkanımız – Vətən! – desin”. Həmin görüntüləri təqdim edirik:  

Read More
Gündəm 

Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır

Məcburi köçkünlərin Qarabağa doğma yurdlarına qayıdışını görmək ruhlandırır. “Report” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Qarabağda, Laçında və Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır: “Artıq gələcəyimizə böyük ümid və arzularla baxırıq. Prezident İlham Əliyev, bu, sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir”.

Read More